Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-125/2024 12.01.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, Tərəflərin iştirakı olmadan , İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh xx.xx.2021-ci il tarixli, İK1517/F-21 saylı kredit müqaviləsi üzrə 13 667.87 AZN (on üç min altı yüz altmış yeddi manat 87 qəp.) əsas borca hesablanmış 5% məbləğində 973.84 AZN (doqquz yüz yetmiş üç manat 84 qəp.) məbləğində borcun və ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, “TuranBank ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK1517/F-21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21.2 % olmaqla, 36 ay müddətinə 14 000 AZN (on dörd min manat) məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra qrafikə uyğun olaraq cavabdeh aylıq 528.89 AZN ödəməli olduğu halda cəmi bir dəfə 282.83 AZN ödəniş edərək müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Hal-hazırda borclu Cavabdeh TuranBank ASC-yə 13 667.87 AZN (on üç min altı yüz altmış yeddi manat 87 qəp.) əsas, 2 326.12 AZN (iki min üç yüz iyirmi altı manat 12 qəp.) faiz və 100 AZN (bir yüz manat) cərimə borcu olmaqla, cəmi 16 093.99 AZN (on altı min doxsan üç manat 99 qəp.) təşkil edir. Borcalan Cavabdeh qarşı Xaçmaz Rayon Məhkəməsində iddia qaldırılmış, xx.xx.2021-ci il tarixli, İK1517/F21 saylı kredit müqaviləsi üzrə 13 717.17 AZN (on üç min yeddi yüz on yeddi manat 17 qəp.) əsas, 2 770.71 AZN (iki min yeddi yüz yetmiş manat 71 qəp.) faiz və 2 754.56 AZN (iki min yeddi yüz əlli dörd manat 56 qəp.) cərimə borcu olmaqla, cəmi 19 242.44 AZN (on doqquz min iki yüz qırx iki manat 44 qəp.) cavabdehdən tutularaq borcun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İş üzrə Xaçmaz Rayon Məhkəməsi e-2(067)-151/2023 saylı xx.xx.2023cü il tarixli qətnamə çıxardaraq iddia tələbini qismən təmin edərək cavabdehdən 13 667.87 AZN (on üç min altı yüz altmış yeddi manat 87 qəp.) əsas, 2 326.12 AZN (iki min üç yüz iyirmi altı manat 12 qəp.) faiz və 100 AZN (bir yüz manat) cərimə borcu olmaqla, cəmi 16 093.99 AZN (on altı min doxsan üç manat 99 qəp.) borcun tutularaq kredit borcunun ödənilməsi qət edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış xx.xx.2021-ci il tarixli, İK1517/F-21 saylı kredit müqaviləsi 36 aylıq müddətə bağlanmışdır. xx.xx.2023-cü il tarixdə qətnamə qanuni qüvvəyə minmiş, faizlər həmin tarixədək hesablanmış, eləcə də məhkəmə məhz həmin dövrədək mövcud olan faizlərin tutularaq Banka ödənilməsi qənaətinə gəlmişdir. xx.xx.2023-cü il tarixdə qətnamə qanuni qüvvəyə minməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə asas, faiz və gecikmə borcunu ödəməmiş, eyni zamanda borcun tutulmasına maneələr yaratmışdır. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2023-cü il tarixə cavabdehin Banka əsas borcunun qalığı 13 667.87 AZN (on üç min altı yüz altmış yeddi manat 87 qəp.) təşkil edir. Həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Beləliklə təqdim edilmiş sənədlərdən və xx.xx.2023-cü il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla cədvələ uyğun ödəniş etməlidir: Kredit müqaviləsi üzrə öhdəliklərini Bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2023-cü il tarixə TuranBank ASC-yə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5 % məbləğində hesablanmış 973.84 AZN (doqquz yüz yetmiş üç manat 84 qəp.) borcu qalmaqdadır. İddiaçı ASC-nin nümayəndəsi məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən müəyyən edilir ki, “TuranBank ASC-nin Xaçmaz filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK1517/F- 21 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 21.2 % olmaqla, 36 ay müddətinə 14 000 AZN (on dörd min manat) məbləğində kredit verilmişdir. İş materiallarında olan Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 13667.87 manat əsas, 2326.12 manat faiz, 100 manat cərimə borcu, 147.73 manat dövlət rüsumu tutularaq iddiaçı “TuranBank ASC-nə ödənilməsi qət edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 oktyabr 2023-ci il tarixli 9/7783 saylı rəyindən müəyyən olunur ki, “TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İK1517/F-21 saylı kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixinə illik 5% hesablanmaqla 13717.17 AZN əsas borca münasibətdə faiz borcu 1151.63 AZN faiz borcu müəyyən edilmişdir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 27 oktyabr 2023-ci il tarixli 9/7783 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh aparılmış tədqiqatın dəyəri 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. İş üzrə Xaçmaz Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olmasına baxmayaraq,cavabdeh müqavilə üzrə əsasə, faiz və gecikdirilmiş borcu ödəməmiş, borc pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli Qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 13667.87 manat əsas borca hesablanmış 5% məbləğində 973.84 manat məbləğində borc tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci il tarixli, İK1517/F-21 saylı kredit müqaviləsi üzrə 13 667.87 AZN (on üç min altı yüz altmış yeddi manat 87 qəp.) əsas borca hesablanmış 5% məbləğində 973.84 AZN (doqquz yüz yetmiş üç manat 84 qəp.) məbləğində borc və ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumu tutularaq “TuranBank ASC-nin xeyrinə ödənilsin. Cavabdeh 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-125/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-125/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver