Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1313/2025 04.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında mülki işin materiallarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İsmayıloviçdən iddiaçı "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********44 saylı kredit müqaviləsinə əsasən 769.86 manat əsas və 0.01 manat faiz borcu olmaqla, cəmi 769.87 (yeddi yüz altmış doqquz manat səksən yeddi qəpik) manat məbləğində kredit borcunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə təqdim edərək, Cavabdeh banka olan borcunu ödədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası). Məhkəmə hesab edir ki, mülki prosessual qanunvericilikdə kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin baxılmamış saxlanılması nəzərdə tutulmadığından, həmin münasibətlərə qanunun analogiyası üzrə oxşar münasibətləri tənzimləyən, yəni iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə iddia ərizəsinin baxılmamış saxlanılmasını nəzərdə tutan Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin norması tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. 113.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə təqdim olunduğundan və cavabdeh də işin baxılmamış saxlanılmasını xahiş etdiyindən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti vəsatəti təmin olunsun. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə olunmuş sənədlər və dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1313/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1313/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver