Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1316/2024 22.04.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında müqavilə üzrə yaranmış “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı konditer məmulatlarının satışı üzrə ixtisaslaşmış hüquqi şəxsdir. Cəmiyyət Bakı şəhərində yerləşməsinə baxmayaraq ölkə üzrə tamamilə bütün rayonlarda yerləşən satış məntəqələrinə (marketlərə) öz mallarını təqdim edir. Cavabdeh oğlu xx.xx.2018-ci il tarixli "xxxx" əsasən MMC-yə satış üzrə ticarət agenti ticarət nümayəndəsi vəzifəsinə işə götürülmüşdür. Onun əsas fəaliyyəti ölkənin şimal-şərq hissəsinə (Siyəzən - Xaçmaz, Quba, Qusar rayonlarına) iddiaçının təklif etdiyi malları marketlərə təklif edilməsi və çatdırılması olmuşdur. 2020-ci ilin sonlarında mühasibatlıq tərəfindən aşkar edilmişdir ki, Cavabdeh malları təhvil-təslim etdiyi 3 kontragentin (ninirətşüm) ödənişlər üzrə borcları yaranmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, bu müştərilər ümumiyyətlə heç bir mal almamışlar. Yəni Cavabdeh malları özü başqa yerlərə satmış, əldə edilmiş gəliri mənimsəmiş, sənədləşmə işlərində isə heç nədən məlumatı olmayan 3 fərqli dükanı göstərmişdir. Bundan sonra iddiaçı tərəfindən Xaçmaz rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh əməlini tam etiraf etmiş və dəymiş zərərin hissə hissə ödənilməsi öhdəliyini götürmüşdür. Həm etirafında, həm üzləşmə aktları ilə müəyyən olunmuşdur ki, Cavabdeh 6768 manat məbləğində zərər vurmuşdur. Bundan sonra 3 dəfə ödəniş etmiş, xx.xx.2021-ci il tarixdə 900 manat, daha sonra 300 manat və xx.xx.2021-ci il tarixdə 1465 manat məbləğlərini qaytarmışdır. "xxxx" MMC-in müstəqil audiotor rəyinə əsasən xx.xx.2021-ci il tarixə Cavabdeh iddiaçıya 4101,83 manat məbləğində ödənilməmiş maddi zərəri qalmışdır. İşində verdiyi kobud pozuntuya görə xx.xx.2022-ci il tarixdə Cavabdehla bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə pozulmuşdur. Yəni iddiaçı ona 1 ildən artıq müddət ərzində inanmış və öhdəliyinin icra edilməsinə şərait yaratmışdır. Lakin cavabdeh bu şəraitdən səmərəli istifadə etməmişdir. Ümumiyyətlə 3 ilə yaxın müddət keçməsinə baxmayaraq cavabdeh heç bir ödəniş etməmiş, telefon zənglərinə cavab verməmiş, maddi zərərin ödənilməsindən heç bir üzrlü səbəb göstərmədən yayınmışdır. Odur ki, iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan İddiaçı MMC-nin xeyrinə 4101 manat məbləğində maddi zərərin, hüquqi yardıma görə 500 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsümünün əvəzi olaraq 67 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının ərizəsinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -xx.xx.2018-ci il tarixli "xxxx" əsasən Cavabdeh oğlu İddiaçı MMC-yə satış üzrə ticarət agenti ticarət nümayəndəsi vəzifəsinə işə götürülmüşdür. -xx.xx.2022-ci il tarixli əmrin surətindən görünür ki, Cəmiyyətin ticarət nümayəndəsi vəzifəsində işləyən Cavabdeh oğlu ilə bağlanmış əmək müqaviləsi xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğu üçün ləğv edilmişdir. - Cavabdeh oğlunun ərizələrindən görünür ki, Cavabdeh əməlini tam etiraf etmiş və dəymiş zərərin hissə hissə ödənilməsi öhdəliyini götürmüşdür. -"xxxx" MMC-in müstəqil audiotor rəyindən görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh iddiaçıya 4101,83 manat məbləğində ödənilməmiş maddi zərəri qalmışdır. -xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 67 manat dövlət rüsümu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh oğlu xx.xx.2018-ci il tarixli "xxxx" əsasən MMC-yə satış üzrə ticarət agenti ticarət nümayəndəsi vəzifəsinə işə götürülmüşdür. Onun əsas fəaliyyəti ölkənin şimal-şərq hissəsinə (Siyəzən - Xaçmaz, Quba, Qusar rayonlarına) iddiaçının təklif etdiyi malları marketlərə təklif edilməsi və çatdırılması olmuşdur. 2020-ci ilin sonlarında mühasibatlıq tərəfindən aşkar edilmişdir ki, Cavabdeh malları təhvil-təslim etdiyi 3 kontragentin (ninirətşüm) ödənişlər üzrə borcları yaranmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, bu müştərilər ümumiyyətlə heç bir mal almamışlar. Yəni Cavabdeh malları özü başqa yerlərə satmış, əldə edilmiş gəliri mənimsəmiş, sənədləşmə işlərində isə heç nədən məlumatı olmayan 3 fərqli dükanı göstərmişdir ki, nəticədə Cavabdeh 6768 manat məbləğində zərər vurmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2018-ci il tarixdə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir; 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, işin faktiki halları və qeyd olunan maddi hüquq normalarına əsasən müəyyən olundu ki, Cavabdeh əsas fəaliyyəti ölkənin şimal-şərq hissəsinə (Siyəzən - Xaçmaz, Quba, Qusar rayonlarına) iddiaçının təklif etdiyi malları marketlərə təklif edilməsi və çatdırılması olmuşdur. 2020ci ilin sonlarında mühasibatlıq tərəfindən aşkar edilmişdir ki, Cavabdeh malları təhvil-təslim etdiyi 3 kontragentin (ninirətşüm) ödənişlər üzrə borcları yaranmışdır. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, bu müştərilər ümumiyyətlə heç bir mal almamışlar. Yəni Cavabdeh malları özü başqa yerlərə satmış, əldə edilmiş gəliri mənimsəmiş, sənədləşmə işlərində isə heç nədən məlumatı olmayan 3 fərqli dükanı göstərmişdir. Bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Bundan sonra iddiaçı tərəfindən Xaçmaz rayon Prokurorluğuna şikayət ərizəsi ilə müraciət edilmişdir. Cavabdeh əməlini tam etiraf etmiş və dəymiş zərərin hissə hissə ödənilməsi öhdəliyini götürmüşdür. Göründüyü kimi Cavabdeh Mülki Məcəllənin 1096.1-ci maddəsində nəzərdə tutulduğu qaydada mülki qanunvericliyin normalarını pozan hərəkətləri nəticəsində iddiaçı KDV Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinə maddi ziyan vurulmuş, tərəflər arasında mübahisəli mülki hüquq münasibətləri yaranmışdır. Belə olan halda, Cavabdeh Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən vurduğu maddi ziyanın əvəzini, Mülki Məcəllənin 21-ci maddəsinə əsasən həmin maddi ziyanın əvəzini ondan tələb etmək hüququ olan İddiaçı MMC-yə ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. 284-1-ci maddəsinə əsasən,, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, 67 manat məbləğində dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 284-1- 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4101 manat məbləğində maddi zərər və 67 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1316/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1316/2024
22.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver