Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1325/2024 04.09.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, Məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 5895 manat həcmində borc məbləğinin, iddiaçı tərəfindən ödənilmiş 78.95 manat dövlət rüsumunun və ümumilikdə 5973.95 manat məbləğində pulun tutularaq İddiaçı MMC-yə ödənilməsinədair qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixli borc müqaviləsinə əsasən İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış borc müqaviləsinin şərtlərinə görə müqavilənin bağlandığı gün cavabdeh iddiaçıdan 5895 (beş min səkkiz yüz doxsan beş) manat məbləğində pul almışdır. Müqavilənin şərtlərinə görə borc məbləği cavabdeh 10 (on) aydan gec olmayaraq, ayda 589.50 (beş yüz səksən doqquz manat 50 qəpik) manat olmaqla tam həcmdə nağd yolla geri qaytarılmalı idi. Lakin, həmin müqavilə üzrə, müqavilə qüvvəyə mindiyi tarixdən etibarən bu günkü tarixinədək cavabdehə dəfələrlə edilmiş şifahi xəbərdarlığa baxmayaraq, heç bir ödəniş olunmamışdır. Əlavə olaraq bildiririk ki, xx.xx.2023-cü il tarixdə cavabdehə borc müqaviləsinə əsasən ona verilmiş pul vəsaitinin geri alınmasına və borc müqaviləsinə xitam verilməsinə dair xəbərdarlıq məktubu cavabdehin qeydiyyatda olduğu ünvanına göndərilmişdir. Məktubda müqavilə üzrə cavabdeh öz üzərinə götürdükləri öhdəliklərini icra etməyi üçün xx.xx.2023-cü il tarixədək müddət göstərilmişdir. Məktub rəsmi qaydada poçt vasitəsilə ünvanlarına göndərilmişdir. Xəbərdarlıq məktubun göndərilməsinə də baxmayaraq, borc məbləği cavabdeh tərəfindən hal-hazıra kimi qaytarılmamışdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisə üzrə mülki iş Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə mülki iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə məhkəmə aidiyyətinin yenidən müəyyən edilməsi üçün mülki iş Xaçmaz Rayon Məhkəməsinə qaytarılmışdır. Mülki iş üzrə yenidən təyin edilmiş məhkəmənin hazırlıq iclasında iddiaçı tərəf iddianı müdafiə edərək göstərmişdir ki, İddiaçı MMC əsasən telefon və telefon aksesuarlarının satışı ilə məşğuldur. Cavabdehə telefon aksesuarları satılmış, cavabdehlə aralarında alqı-satqı münasibətləri olmuş və cavabdehin borcu yaranmışdır. Cavabdeh borcu ödəyə bilmədiyi üçün sonradan aralarında borc müqaviləsi təsdiq edilmiş, cavabdeh 10 ay ərzində borcu ödəyəcəyinə dair öhdəlik götürmüş, lakin götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İşin kommersiya məhkəməsinə göndərilməsinə etiraz etmir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında cavabdeh iddianı qəbul edərək göstərmişdir ki, telefon alqı-atqısı ilə məşğul olur. Həmin şirkətlə olan münasibəti də telefon aksesuarlarının alqı-satqısı ilə bağlı olmuşdur. VÖEN-i var, sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi iş materialları ilə birlikdə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı MMC ilə Cavabdeh arasında yaranmış mübahisə sahibkarlıq fəaliyyəti ilə əlaqədardır. Məhkəmə qeyd edir ki, araşdırma zamanı hüquq münasibətinin xarakterindən həmçinin, iddiaçı tərəfin və cavabdehin izahatlarından, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş sənədlərdən mübahisənin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olduğu müəyyən edilmişdir. Odur ki, mübahisənin xarakteri, iddiaçı və cavabdehin sahibkarlıq subyektləri olması və onların arasında mütəmadi olaraq sahibkarlıq fəaliyətindən irəli gələn münasibətin həyata keçirildiyi nəzərə alınaraq işə kommersiya sahəsi üzrə ixtisaslaşmış məhkəmədə baxılması məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 32.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyətinin dəyişdirilməsi barədə ərizə verə bilər. 32.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxs məhkəmə aidiyyəti ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. 32.3-ci maddəsinə əsasən hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.4-ci maddəsinə əsasən aidiyyət haqqında məsələ qalxdıqda, hakim işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Bununla yanaşı məhkəmə onu da qeyd edir ki, iddiaçı hazırki qərardaddan şikayət verəcəyi təqdirdə aşağıda qeyd olunan hüquq normalarının tələblərini nəzərə almalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 32.5-ci maddəsinə əsasən aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 32.6-ci maddəsinə əsasən iş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. 403-1.3-cü maddəsinə əsasən məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 - 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq verilir. 403-1.4-cü maddəsinə əsasən şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. 403-1.5. Şikayətin surəti birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra onlar, 5 gündən gec olmayaraq şikayətə dair etirazlarını və yaxud izahatlarını kassasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdırlar. 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs (onun qanuni nümayəndəsi və ya nümayəndəsi) və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Qanuni nümayəndə və ya nümayəndə tərəfindən verilən şikayətə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 408.1.1-ci maddəsinə əsasən kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə geri qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24, 26, 32, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçın Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. İddia ərizəsinin və iddia ərizəsinə əlavə olunmuş sənədlərin elektron məhkəmə informasiya sisteminə yerləşdirilməsi məhkəmənin dəftərxanasına həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün ərzində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1325/2024
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1325/2024
04.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver