Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1397/2024 19.03.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı əraziyə daxil olmaq, sərbəst şəkildə giriş-çıxışına şərait yaradılması, müvafiq sənədlərin təqdim edilməsi, eləcə də mühasibat kitabları və digər sənədlərlə tanış olmaq hüququnun təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-nin (VÖEN **********) 5% təsis payına malik təsisçi olaraq ona Cavabdeh1 MMC-nin fəaliyyət göstərdiyi əraziyə daxil olmaq, sərbəst şəkildə giriş-çıxışına şərait yaratmaq, Cəmiyyətin mülkiyyətində olan daşınar və daşınmaz əmlakları əyani şəkildə göstərərək mülkiyyət sənədlərinin, Cəmiyyətin 2018-ci ildən 2023-cü ilədək olan dövr üzrə əmlak, mənfəət vergisi bəyannamələri və digər vergi dövriyyəsi barədə məlumatlarıəks etdirən rəsmi təsdiq edilmiş sənədlərinin, Cəmiyyətin hüquqi ünvanı olan ünvan 1orpaq sahəsinin və torpaq sahəsinin üzərindəki binaya mülkiyyət hüququnu əks etdirən sənədlərin surətinin təqdim edilməsi, eləcə də mühasibat kitabları və digər sənədlərlə tanış olmaq hüququnun təmin edilməsi öhdəliyinin cavabdehlər Cavabdeh1 MMC və digər təsisçi Cavabdeh2 üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə olunan sənədlər nəzərdə keçirilərkən müəyyən olunmuşdur ki, iddia ərizəsi aşağıdakılara əsasən geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsində cavabdehlər qismində hüquqi şəxs olan Cavabdeh1 MMC-ni və hüquqi şəxsin təsisçi olan Cavabdeh2 qeyd etmişdir, iddia ərizəsinin məzmunundan isə müəyyən olunur ki, iddiaçının tələbi kommersiya mübahisəsidir, yəni sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 1.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasının məhkəmələrində mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının qaydası Azərbaycan Respublikasının Konstitusiyası, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanunu, bu Məcəllə, digər qanunlar, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə müəyyən edilir. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.2.-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 24.3.-cü maddəsinə əsasən məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələlərini ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Həmin Məcəllənin 26.1.-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Həmin Məcəllənin 26.2.-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. Həmin Məcəllənin 30-cu maddəsinə əsasən bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli 10 saylı qərarının 4-cü bəndinə əsasən iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı olmaması səbəbindən geri qaytarılması əsası işin inzibati deyil, yalnız mülki və kommersiya aidiyyətini ehtiva edir. Bu əsasla iddia ərizəsinin geri qaytarılmasına dair birinci instansiya məhkəməsinin qərardadından verilmiş şikayətə apellyasiya instansiyası məhkəməsində baxılması məhkəmə aidiyyəti ilə bağlı məsələlər üzrə yekun qərarın faktiki olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən verilməsi ilə nəticələnəcəyindən bu şikayətlər baxılması üçün kassasiya instansiya məhkəməsinə göndərilməlidir. Həmin qərarda həmçinin işlərin məhkəmə aidiyyətinin (ümumi və yaxud kommersiya) müəyyən edilməsinin yeni qaydasına dair aşağıdakılar qeyd edilmişdir:
13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Göstərilənlərə əsasən hesab olunur ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı əraziyə daxil olmaq, sərbəst şəkildə giriş-çıxışına şərait yaradılması, müvafiq sənədlərin təqdim edilməsi, eləcə də mühasibat kitabları və digər sənədlərlə tanış olmaq hüququnun təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, göstərilən nöqsanları aradan qaldırmaqla ərizə ilə təkrar Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 267-268-ci maddələrini rəhbər tutaraq,
QƏRARA ALDİ:
İddiaçı cavabdehlər Cavabdeh1 MMC-nə və Cavabdeh2 qarşı əraziyə daxil olmaq, sərbəst şəkildə giriş-çıxışına şərait yaradılması, müvafiq sənədlərin təqdim edilməsi, eləcə də mühasibat kitabları və digər sənədlərlə tanış olmaq hüququnun təmin edilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması tələbinə dair iddia ərizə geri qaytarılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunur ki, göstərilən nöqsanları aradan qaldırmaqla təkrarən Kommersiya Məhkəməsinə müraciət etmək hüququ vardır. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə elektron qaydada şikayət verilə bilər.
Sədrlik edən: Nərmin Abiyeva