Məhkəmə qərarları › İş №e-2(067)-1424/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1424/2025

26.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1424/2025 26.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızı İddiaçı«Aqrarkredit” QSC-nin Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı ”Aqrarkredit” QSC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 27 iyul 2021-ci il tarixli 96 saylı Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Xaçmaz şəhər sakini Cavabdeh1 arasında 26 noyabr 2021-ci il tarixli 2456 saylı“X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi” (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh1 cəmi illik 1% hesablanmaqla, 1996,84 (bir doqquz yüz doxsan səkkiz) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 3 (üç) il müddətində ödənilməsini öz öhdəsinə götürmüşdür. Cavabdeh1 ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fizki şəxs Cavabdeh2 arasında 26 noyabr 2021-ci il tarixli 1722 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 qrafikə uyğun olaraq əsas borcu və ona hesablanmış faiz borcunu ödəməli olduğu halda o, müqavilənin şərtlərinə əməl etməmişdir. Borclu əsas borcdan və faiz borcundan ödəniş etməmişdir. Bununla da cavabdeh restrukturizasiya müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuş və kreditoru ümid etməyə haqqı çatanlardan məhrum etmişdir. Bağlanmış 26 noyabr 2021-ci il tarixli 2456 saylı Restrukturizasiya Müqaviləsi üzrə Cavabdeh1İddiaçı QSC Bank olmayan Kredit Təşkilatına olan əsas borcu 1230,95 manat, faiz borcu 9,30 manat, cəmi borcu1240,25 (bir min iki yüz qırx manat 25 qəpik) manat təşkiledir. Cavabdeh1 ilə bağlanmış Restrukturizasiya Müqaviləsinin 2.4-cü bəndinə əsasən, restrukturizasiya olunan kredit borcuna hesablanan illik 1%-lə faiz hesablanır və ödəniş cədvəlinə uyğun olaraq cavaddeh tərəfindən hər ay ödənilir. Borc gecikdirildiyi halda isə gecikdirilmiş borc galığına illik 2%-lə faiz hesablanır. Cavabdeh1 zamini Cavabdeh2 Kredit Təşkilatı ilə borcalan arasında bağlanmış müqavilələrdən irəli gələn bütün öhdəlikləri tam şəkildə yerinə yetirməyi öz öhdəliklərinə götürmüşdülər. Borcun ödənilməsi tələbi ilə Cavabdeh1na və onun zamininə dəfələrlə müraciət olunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq lazımi nəticə əldə olunmamışdır. Cavabdehlərə göndərilmiş xəbərdarlıq məktubları nəticəsiz qalmışdır. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrəiddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianınqiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraqsadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtinaolunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxanhakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə daircavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edənsənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydadaaldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və onaəlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmişetirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” AzərbaycanRespublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtibedilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının tələbinə dair bildiriş göndərilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tələbə qarşı etirazlarını məhkəməyə təqdim etməmişlər. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdırmaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquqvə azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir,məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və yamüəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etməkhüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən vəvəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yənişərtləşdirilmişvaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isəaldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmişöhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin borclu kreditor qarşısındabirgə məsuliyyət daşıyırlar. İş materiallarından müəyyən ounur ki, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının İdarə Heyətinin 27 iyul 2021-ci il tarixli 96 saylı Qərarın icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Xaçmaz şəhər sakini Cavabdeh1 arasında 26 noyabr 2021-ci il tarixli 2456 saylı“X1 Keçmiş Kredit Borcunun Restrukturizasiya Müqaviləsi” (bundan sonra Restrukturizasiya Müqaviləsi) bağlanmış, həmin müqaviləyə əsasən Cavabdeh1 cəmi illik 1% hesablanmaqla, 1996,84 (bir doqquz yüz doxsan səkkiz) manat kredit borcunun müqavilə imzalandığı tarixdən 3 (üç) il müddətində ödənilməsini öz öhdəsinə götürmüşdür. İş materiallarında olan 26 noyabr 2021-ci il tarixli zaminlik müqaviləsindən müəyyən olunur ki, müəyyən olunur ki, Cavabdeh1 ilə bağlanmış Restrukturizasiya Müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fizki şəxs Cavabdeh2 arasında 26 noyabr 2021-ci il tarixli 1722 saylı zaminlik müqaviləsi bağlanmışdır. İş materallarında olan maliyyə arayışıdan müəyyən olunur ki, Cavabdeh1 «Aqrarkredit” QSC-nə xx.xx.2025-ci iltarixə olan borcu 1230,95 manat əsas borc, 9,30 manat faiz borcu olmaqla, cəmi 1240,25 manat təşkil edir. İş materiallarında olan pretenziya məktubundan müəyyən olunur ki, Aqrarkredit” QSC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edirki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsasıkimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdehlər iddiaçı ilə bağladıqları müqavilələr üzrə öhdəliklərini icra etmədiklərindən iddiaçıya 1230,95 manat əsas borcu, 9,30 manat faiz borcu olmaqla, cəmi 1240,25 borcları yaranmışdır. Ona görə məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1230,95 manat əsas borc, 9,30 manat faiz borcu olmaqla, cəmi 1240,25 manat məbləğində pul borcu və dövlət rüsumuna görə ödənilmiş 32,40 manat vəsaitİ ddiaçı «Aqrarkredit” QSC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakm Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar