Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1701/2024 13.08.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Məhbubə Təbriz qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh vurulmuş ziyana görə 2200 (iki min iki yüz manat) AZN, dövlət rüsumu olaraq ödənilmiş 42 (qırx iki manat) olmaqla, cəmi 2242 (iki min iki yüz qırx iki manat) pul vəsaitini və eləcə də pul vəsaitini qanunsuz saxlamağa görə qətnamənin çıxarıldığı günə uyğun bank uçot dərəcəsi ilə faizin müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixində təxminən saat 02:23 radələrində ona məxsus “Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami Rayonu İmadeddin Nesimi kuçəsi ile hərəkətdə olan zaman sağdan Qara Qarayev prospekti ile yaxınlaşmaqda olan Cavabdeh ”Dodge Durango” markalı **- OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bakı şəhəri Nizami RPİ TŞ nın baş təhqiqatçısı mayor Tufan Şükürovun HK1-242 saylı materiala əsasən 05 iyun 2023 cü il tarıxındə qərar vermişdir. Həmin qərara əsasən hər iki tərəf qəzada təqsirkar görülmüşdür. Qərara əsasən Cavabdeh İnzibati Xətalar Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməsinə dair xx.xx.2023-cü il tarixli İXP5464043 nömrəli protokol haqqında qərar çıxarılmışdır. Bununla da hadisənin törədilməsində Cavabdeh da günahkar olması öz təsdiqini tapmışdır. Hadisə nəticəsində ona məxsus “Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobilə 4400 manat məbləğində ziyan vurulmuş, dəymiş ziyan "xxxx" MMC tərəfindən verilən xx.xx.2024-cü tarixli Qüsur aktı ilə də öz təsdiqini tapır. Cavabdeh qəzanın baş verdiyi gündə avtomilinin icbari siğorta müqaviləsi olmadığından ona dəyən ziyanın yarısını- 2200 manatı əldə edə bilmir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Beləliklə, cavabdeh tərəfindən ona məxsus pul vəsaiti xx.xx.2023-cü ildən saxlanılır, belə olan halda cavabdehdən 2200 (iki min iki yüz manat) AZN məbləğin tutulması barədə qətnamə çıxarıldığı gün üçün bank uçot dərəcəsinə uyğun faizlər tutulmalıdır. Həmçinin cavabdeh tərəfindən ona vurulan ziyanın ödənilməməsi səbəbi ilə iddia ərizəsi ilə ödənilmiş və həmin məbləğdə ona geri ödənilməlidir. İddiaçı iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 2200 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 42 manat, cəmi 2242 manat pulun alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən saat 02.23 radələrində ona məxsus “Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili Nizami rayoni İmaməddin Nəsimi küçəsi ilə hərəkətdə olan zaman sağdan Qara Qarayev prospekti ilə yaxınlaşmaqda olan Cavabdeh “Dodge Durango” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. 4400 manat maddi ziyan dəymişdir. Bu ziyanın 50%-ni, yəni 2200 manatı İcbari Sığorta hazırlamışdır. Geri qalan 2200 manatı isə cavabdehdən tələb edir. Cinayət işinin başlanması və rədd olunması ilə bağlı qərar var. Qərardan razı qalmadığı üçün şikayət vermişdir. Xəsarət təyin olunmamışdır. Qarşı tərəfdə də xəsarət müəyyən olunmayıb. Ekspertiza keçirilib. Cavabdehin avtomobilinin sığortası yox idi. Bu səbəbdən məbləğ ödənilməyib. Başqa əlavəsi yoxdur. Xahiş edir ki, iddiası təmin olunsun. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - X1 İXP5154013 saylı protokoldan müəyyən olunur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulan xətanı törətmişdir. - Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Arayışdan müəyyən olunur ki, 2023- 04-11-il tarixdə saat 02:23 dəqiqədə Bakı şəhəri Nizami rayon, Qara Qarayev prospekti ilə Nəsimi küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin növü: Toqquşma olmuşdur. “Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı, ”Dodge Durango” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobil isə Cavabdeh məxsusdur. Hadisə zamanı hər ikisi sürücü xəsarət almışlar. - 05 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından müəyyən olunur ki, tərəflər arasında yaranmış mübahisə mülki xarakterli olduğundan cinayət işi başlanması rədd edilmişdir. İddiaçı və Cavabdeh barəsində AR İXM-nin 327.2ci maddəsinə əsasən inzibti tənbeh tədbirinin görülməsi üçün qərarın surəti Nizami RPİnin DYPŞ-nə göndərilmişdir. - Bakı şəhəri, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli, 06 saylı Arayışından müəyyən olunur ki, ünvan 1 ünvanında yaşayan, İddiaçı məxsus Nissan Sunny minik, ** KG *** dövlət nömrə nişanlı avtomobilə nöqsan aktına əsasən ümumilikdə 4400.00 manat məbləğində ziyan dəymişdir. - Nöqsan Aktından müəyyən olunur ki, İddiaçı məxsus Nissan Sunny - minik, ** KG *** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyan 1900 manatdır. - Bakı şəhər Nizami rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində saat 02:23 radələrində idarə etdiyi "Nissan Sunny” markalı 99KG037 dövlət qeydiyyat nişanlı və Cavabdeh idarə etdiyi "Dodge Durango” markalı 99OZ045 dövlət qeydiyyat nişanlı avtomaşınların iştirakı ilə Nizami rayonu Q.Qarayev prospekti ilə Nəsimi küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi Nizami RPİ Tədqiqat şöbəsinin baş tədqiqatçısı polis mayoru Tufan Şükürovun icraatında olmuşdur. Baş tədqiqatçı polis mayoru Tufan Şükürovun qəbul etdiyi qərarda “Dodge Durango” markalı 99OZ045 dövlət qeydiyyat nişanlı avtomaşının icbarı sığortasının olmadığı barədə heç bir məlumat qeyd olunmamışdır. “Dodge Durango” markalı 99OZ045 dövlət qeydiyyat nişanlı avtomaşının icbarı sığortasının olmadığına dair arayışın verilməsi Nizami RPİ DYPŞ-nin səlahiyyətinə aid deyildir. - İcbari Sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması barədə elektron çıxarışdan müəyyən olunur ki, hadisə baş verən vaxt, yəni xx.xx.2023-cü il tarixində, saat 02:23 radələrində “Dodge Durango” markalı 99OZ045 dövlət qeydiyyat nişanlı avtomaşının icbari sığortası olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, xx.xx.2023-cü il tarixində iddiaçıya məxsus “Nissan Sunny” markalı **-KG-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh ”Dodge Durango” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ona məxsus avtomobili vurmaqla yol nəqliyyat hadisəsi törətmişdir. İddiaçıya məxsus “Dodge Durango” markalı **-OZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə 4400 manat maddi ziyan dəymişdir. Bu ziyanın 50%-ni, yəni 2200 manatı İcbari Sığorta hazırlamışdır. Geri qalan 2200 manatı isə cavabdehdən tələb edir. Lakin cavabdeh 2200 manatı iddiaçıya qaytarmamışdır. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh yolnəqliyyat hadisəsi zamanı iddiaçıya zərər vurmuşdur. Bu hallar X1 qərar və digər sübutlarla da öz təsdiqini tapmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. - 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. -1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və cavabdehin buna gətirib çıxaran əməldə təqsiri, habelə dəymiş zərərin məbləğinin 2200 manat həddində olması iş materialları ilə təsdiq olunur. Odur ki, iddia əsaslıdır. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, tələb bu hissədə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 42 manat dövlət rüsumu iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 2200 manat maddi ziyan, 42 manat dövlət rüsumu alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2200 manat məbləğində pul və ödənilmiş 42 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Xaçmaz Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-1701/2024
Xaçmaz Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(067)-1701/2024
13.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver