Məhkəmə qərarları › İş №e-2(067)-171/2023

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-171/2023

27.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-171/2023 27.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pulun tutulması və sair tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsi üzrə kreditə görə 328,37 Manat əsas, faiz borcuna görə 30,75 Manat, cərimə borcuna görə 75,1 Manat, borcun cəmi məbləği 434,22 Manat pul və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulmasını, Cavabdeh məxsus olan girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarına yönəldilməsi, 1. Sırğa 1 ədəd - 1 ədəd, çəkisi- 7,4 qr,əyarı - 750. Cəmi: 7,4 qr, Bu əmlakların hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh xx.xx.2022-ci il tarixli XCLMB- 02816 saylı kredit müqaviləsi üzrə 328,37 manat əsas, faiz borcuna görə 30,75 manat, cərimə borcuna görə 75,1 manat, borcun cəmi məbləği 434,22 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun ödənilməsini, Girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait qeyd olunan xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, Cavabdeh digər əmlakına yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022- ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 470 manat məbləğində cavabdehə kredit verilmişdir (kredit müqaviləsinin 2.1, 2.3. və 2.4. bəndləri). xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya) faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımı qaydada icra etməmişdir (kredit müqaviləsinin 3.1.11., 4.2. bəndi). Bu barədə cavabdehə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh xx.xx.2022-ci il tarixli XCLMB- 02816 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 328,37 manat əsas, faiz borcuna görə 30,75 manat, cərimə borcuna görə 75,1 manat, borcun cəmi məbləği 434,22 manat təşkil edir. xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Xaçmaz” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: 1. Sırğa 1 ədəd -1 ədəd,çəkisi -7,4 qr,əyarı-750- cəmi: 7,4 qr. Cavabdeh xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsi üzrə kreditə görə 328,37 manat əsas, faiz borcuna görə 30,75 manat, cərimə borcuna görə 75,1 manat, borcun cəmi məbləği 434,22 manat pul tutulmalıdır, tələblər girov predmetləri olan adları yuxarıda çəkilən qızıl-zinət əşyalarına yönəldilməlidir, girov predmetləri satıldıqdan sonra əldə edilmiş pul vəsaiti borcun ödənilməsinə yetərli olmazsa, qalan məbləğ borcludan tutulmalıdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə baxışı iclasında iştirak edə bilmədiyindən, məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə çağırış vərəqəsi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin olunmalıdır. İşə əlavə edilmiş xx.xx.2022- ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsinə əsasən illik 29 % dərəcəsi olmaqla 12 ay müddətinə 470 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli XCLMB- 02816 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2022-ci il tarixli təhvil-təslim aktına əsasən İddiaçı ASC-nin “Xaçmaz” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: 1. Sırğa 1 ədəd -1 ədəd,çəkisi -7,4 qr,əyarı- 750- cəmi: 7,4 qr. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 328,37 manat əsas, faiz borcuna görə 30,75 manat, cərimə borcuna görə 75,1 manat, borcun cəmi məbləği 434,22 manat təşkil edir. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli,9/164 saylı Ekspert Rəyindən görünür ki, iş materiallarında göstərilən 750 əyarlı 7.4 qr çəkidə sırqanın nəzəri qaydada hazırki orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 740,0 manat, likvid qiyməti 666.0 manat müəyyən edilir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı ASC məhkəmədə iddia ərizəsinə baxılması üçün 30.40 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iş materiallarında olan sübutlara məjmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 119.1, 216-220, 226, 227, 233 və 360-ci maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli XCLMB-02816 saylı kredit müqaviləsi üzrə kreditə görə 328,37 manat əsas, faiz borcuna görə 30,75 manat, cərimə borcuna görə 5 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pul tutularaq İddiaçı ASC-nə ödənilsin. Tutma girov qoyulmuş aşağıdakı qızıl-zinət əşyalarından Sırqa 1 ədəd - çəkisi- 7,4 qr, əyarı- 750 olan əmlaka yönəldilsin. Əmlakın satış qiyməti 666 manat müəyyən edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar