Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1761/2025 14.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı alqı-satqı müqaviləsinin ləğv edilməsi və sair tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı QSC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2023-cü il tarixliAN-İ № ******* saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinin ləğv edilməsi, Xaçmaz rayonu Ağyazı Buduq kəndində 0.33 ha torpaq sahəsi və üzərində yerləşən 182.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X1 və Cavabdeh5 çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi İddiaçı QSC-yə təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2023cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Xaçmaz rayonu Ağyazı Buduq kəndində 0.33 ha torpaq sahəsi və üzərində yerləşən 182.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin alıcı Cavabdeh1 35000 (otuz beş min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 3500 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh1 qalan 31500 manat məbləği 36 ay müddətinə, hər iki aydan bir 1000 manat olmaqla 17 ödəniş və sonuncu ödənişdə 14500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən 8600 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Cavabdeh1 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam edir. Tərəflər arasında bağlanmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin 19-cu bəndinə əsasən, müqavilənin ləğv edilməsi tərəflərin yazılı razılığı əsasında, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həyata keçirilir. Cavabdeh1 müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin cavabdeh təklifə cavab verməmişdir. Həmin ünvanda qeydiyyatda olan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X2 və Cavabdeh5 əmlakı könüllü olaraq boşaldıb mülkiyyətçi banka təhvil vermələri barədə xəbərdarlıq göndərilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Xaçmaz rayonu Ağyazı Buduq kəndində 0.33 ha torpaq sahəsi və üzərində yerləşən 182.90 m ümumi sahədən ibarət fərdi yaşayış evinin alıcı Cavabdeh1 35000 manat qiymətinə satılması razılaşdırılmışdır. Müqaviləyə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 3500 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəməlidir. Cavabdeh1 qalan 31500 manat məbləği 36 ay müddətinə, hər iki aydan bir 1000 manat olmaqla 17 ödəniş və sonuncu ödənişdə 14500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən 8600 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Cavabdeh1 nisyə alqı-satqı müqaviləsinin şərtlərini pozduğuna görə iddia qaldırmışlar. Tərəflərə müqavilənin ləğv edilməsinə dair təklif və əmlakın könüllü olaraq boşaldılılb mülkiyyətçi banka təhvil verilməsi barədə xəbərdarlıq göndərilmişdir. İddianın təmin edilməsini xahiş edir. Mülki iş üzrə cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. 18 iyun 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, onların evində 10 nəfər yaşayır, 2 nəfər ağır xəstədir. Nəvəsi serebral iflicdir. Noyabr-dekabr aylarında iddiaçı banka borcdan 1000 manat ödəniş etmək üçün getmiş, bankın baş ofisində işləyən Rəşad müəllim qəbul etməmişdir, 5000 manat məbləğində ödəniş etməyini bildirmişdir. İddiaçı tərəfdən ödəniş etmək üçün ona 1 ay möhlət verilməsini istəyir, 5000 manat ödəniş edəcək. Cavabdeh 31500 manat məbləği 36 ay müddətinə, hər iki aydan bir 1000 manat olmaqla 17 ödəniş və sonuncu ödənişdə 14500 manat olmaqla ödəməli idi. 3500 manat əvvəldən nağd olaraq ödəniş etmiş, bundan sonra isə 5100 manat ödəniş etmişdir, 10 ay müddətində ödənişlər olunmuşdur. 06 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Cavabdeh1 göstərmişdir ki, hazırki gün 2000 manat ödəniş etməyə hazırdır, həmin məbləği də ona borc veriblər. Qalan borcu ödəmək üçün vaxt lazım gəlir. İki aydan bir 1000 manat ödəməyə razıdır. O, borcu ödəməkdən imtina etmirəm. 06 avqust 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı tərəf göstərmişdir ki, cavabdeh tərəf 8600 manat ödəniş edib, bundan sonra ödəniş etməmişdir. Cavabdeh avqust ayına qədər banka 6000 manat pul ödəməli idi, lakin ödəniş etməyib. Cavabdeh keçən məhkəmə iclasında borcdan hissə-hissə ödəniş etməsinə imkan verilmədiyini bildirmişdir. Bununla bağlı bankın rəhbərliyinə müraciət etmiş, cavabdehin hissə-hissə ödəniş etməsi ilə bağlı razılığa gəlinmişdir, lakin cavabdeh tərəfdən heç bir ödəniş edilməmişdir. İddiaçı bank tərəfindən cavabdeh tərəfə xeyli güzəştlər edilmiş, fərdi yaşayış evi bank tərəfindən Cavabdeh1 satılmışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -AN-İ № seriyalı ******* nömrəli 19 yanvar 2023-cü il tarixli daşınmaz əmlakın nisyə alqı-satqı müqaviləsindən müəyyən olunur ki, İddiaçı QSC mülkiyyətində olan Xaçmaz rayonu Ağyazıbuduq kəndində yerləşən ümumi sahəsi 182.9 kv.metr olan fərdi yaşayış evini Cavabdeh1 satmışdır. -Cavabdeh1 müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. -xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********87-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu Ağyazıbuduq kəndində 0.33 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 182.9 kv.metr olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı QSC-nin mülkiyyətindədir. -mədaxil qəbzlərinin surətindən görünür ki, Cavabdeh1 alqı-satqı müqaviləsinə əsasən müxtəlif vaxtlarda ödənişlər etmişdir. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 100.80 manat dövlət rüsumu ödənilmişdir. -Xəbərdarlıq məktubundan görünür ki cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə, tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. 424.3-cü maddəsinə əsasən müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır. 424.4-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, tərəflər müqavilənin dəyişdirildiyi və ya ləğv edildiyi anadək öhdəlik üzrə icra etdiklərinin qaytarılmasını tələb edə bilməzlər. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında xx.xx.2023-cü il tarixində AN-İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Nisyə alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı QSC-nin mülkiyyətində olan Xaçmaz rayonu Ağyazı Buduq kəndində 0.33 ha torpaq sahəsi və üzərində yerləşən 182.90 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin alıcı Cavabdeh1 35000 (otuz beş min) manat qiymətinə satılması razılaşdırılmışdır. Müqavilənin 5-ci bəndinə əsasən alıcı Cavabdeh1 ilkin olaraq 3500 manat məbləği satıcı İddiaçı QSC-yə notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh1 qalan 31500 manat məbləği 36 ay müddətinə, hər iki aydan bir 1000 manat olmaqla 17 ödəniş və sonuncu ödənişdə 14500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin alıcı tərəfindən 8600 manat ödənilmiş, qalan məbləğ isə ödənilməmişdir. Cavabdeh1 nisyə alqı-satqı müqaviləsinin şərtini pozaraq müqavilə üzrə öhdəliklərini yerinə yetirməmiş, ödəməli olduğu məbləği Banka ödəməmişdir. Bununla da Cavabdeh1 nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq pozmaqda davam etmişdir. İddiaçı cavabdehə müqavilənin ləğv edilməsinə dair təklif göndərilmiş, lakin cavabdeh təklifə cavab verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır, təmin olunmaldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü madəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 226, 227, 233 və 360-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Xaçmaz rayon 1 saylı Notariat Ofisində 19 yanvar 2023-cü il tarixdə İddiaçı QSC ilə Cavabdeh1 arasında Xaçmaz rayonu Ağyazıbuduq kəndində yerləşən ümumi sahəsi 182.9 kv.metr olan fərdi yaşayış evinə dair bağlanmış AN-İ № seriyalı ******* nömrəli alqısatqı müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, X3 və Cavabdeh5 Xaçmaz rayonu Ağyazı Buduq kəndində yerləşən iddiaçıya məxsus (xx.xx.2022-ci il tarixli, reyestr nömrəsi **********87-10301 olan və qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) 0,33 ha torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 182.9 kv.metr olan fərdi yaşayış evindən çıxarılsınlar və həmin əmlak boşaldılaraq mülkiyyətçi İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə təhvil verilsin. Mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlərdən tutularaq İddiaçı QSC-nə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1761/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1761/2025
14.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver