Məhkəmə qərarları › İş №e-2(067)-1821/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1821/2023

05.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1821/2023 05.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızı, Məhkəmə iclas katibi Hüseynova məhbubə Tofiq qızının iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, müəyyən etdi: İddiaçı Bank olmayan kredit təşkilatı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair idddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı ASC məhkəməyə ərizə göndərərək, mülki işin baxılmamış saxlanılmasını və iddia ərizəsinin verilməsinə dair ödənilmiş dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə geri qaytarılma barədə ərizəni nəzərə alaraq, habelə cavabdehin məhkəmə iclasına gəlməməsini, onunn işin mahiyyəti üzrə həll olunmasını tələb etməməsi kimi qiymətləndirərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddiaçı iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Bank olmayan kredit təşkilatı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Bank olmayan kredit təşkilatı ASC tərəfindən 18 may 2023-ci ildə hökümət ödəniş portalında (və ya AsanPay vasitəsilə) ödənilmiş 144,11 manat (№********** 18.05.23), İddiaçı Bank olmayan kredit təşkilatı ASC-yə (nağd) geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar