Məhkəmə qərarları › İş №e-2(067)-1887/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-1887/2023

10.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-1887/2023 10.07.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı "xxxx" KOMMERSİYA BANKİ Açıq Səhmdar Cəmiyyəti-nin Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair mübahisələr üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, ` MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" KOMMERSİYA BANKİ Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr tələbinə dair sadələşdirilmiş icraat qaydasında məhkəməyə müraciət etmişdir. İddiaçı "xxxx" KOMMERSİYA BANKİ Açıq Səhmdar Cəmiyyəti işin baxılmamış saxlanılması barədə ərizə təqdim edərək, sadələşdirilmiş icraat qaydasında iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı "xxxx" KOMMERSİYA BANKİ Açıq Səhmdar Cəmiyyəti tərəfindən işin baxılmamış saxlanılması barədə ərizə təqdim olunduğu və o, ərizənin geri qaytarılmasını və işin baxılmamış saxlanılmasını xahiş etdiyi üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı "xxxx" KOMMERSİYA BANKİ Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" KOMMERSİYA BANKİ Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi və ona əlavə olunmuş sənədlər "xxxx" KOMMERSİYA BANKİ Açıq Səhmdar Cəmiyyətina geri qaytarılsın. Qərardaddan 10 gün müddətinə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar