Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-1904/2025 06.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı öhdəliyin icra edilməsi, əldən çıxmış fayda tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə Cavabdeh 25.04.22-ci il tarixli, İK 4050/F22 saylı kredit müqaviləsi üzrə 12800 AZN (on iki min səkkiz yüz manat )əsas borca hesablanmış 5% məbləğində 935.11 AZN ( doqquz yüz otuz beş manat on bir qəpik) borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 30 AZN (otuz manat) məbləğində dövlət rüsumunun tutularaq TuranBank ASC- yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7 % olmaqla, 36 ay müddətinə 14500 AZN (on dörd min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Cavabdeh qarşı Xaçmaz rayon Məhkəməsində iddia qaldırılmış, bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə banka olan Cavabdehnun xx.xx.2023-cü il tarixinə TuranBank ASC-yə 12,607.43 AZN (on iki min altı yüz yeddi manat qırx üç qəpik) əsas, 1,849.30 AZN (bir min səkkiz yüz qırx doqquz manat otuz qəpik) faiz, 2,633.62 AZN (iki min altı yüz otuz üç manat altmış iki qəpik)cərimə borcu olmaqla, cəmi borcu 17,090.35 AZN (on yeddi min doxsan manat otuz beş qəpik) borcun, 141.27 AZN (yüz qırx bir manat iyirmi yeddi qəpik) məbləğində borcun və ödənilmiş 141.27 AZN (yüz qırx bir manat iyirmi yeddi qəpik) məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi 36 aylıq müddətə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə ödəniş etsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2022-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh Bankı haqqıçatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Hazırda xx.xx.2025-ci il tarixə cavabdehin Banka əsas borcunun qalığı 12800 AZN (on iki min səkkiz yüz manat) təşkil edir. Həmin əsas borcun ödənilməsini gecikdirdiyinə, əsassız olaraq pul vəsatini özündə saxladığına və Bank da digər əsasdan çıxış edərək daha böyük məbləğdə pul tələb edə bilmədiyinə görə əsas borcun faktiki qalığına görə illik 5% (beş faiz pul cavabdehdən tutularaq Banka ödənilməlidir. Beləliklə təqdim edilmiş sənədlərdən və xx.xx.2023.-cü il tarixdən sonrakı dövrü əhatə edən kredit borcu üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh əsas borca görə illik 5% hesablanmaqla ödəniş etməlidir: Kredit müqaviləsi üzrə öhdəliklərini Bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2025-ci il tarixə TuranBank ASC-yə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5% məbləğində hesablanmış 935.11 AZN (doqquz yüz otuz beş manat on bir qəpik) borcu qalmaqdadır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iddianı müdafiə edərək göstərmişdir ki, cavabdehə xx.xx.2022-ci il tarixdə 36 ay müddətinə verilmiş kredit verilmişdir. Bir müddət ödənişlər edilməsinə baxmayaraq, sonradan ödəniş etməmiş, bu günə qədər kredit tam şəkildə ödənilməmişdir. Bununla bağlı Xaçmaz rayon mhkəməsinə müraciət edilmiş və məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Hazırda iddianın mahiyyəti ondan ibarətdir ki, gecikməyə düşən gündən qətnamə qəbul olan günədək bankın qazana biləcəyi gəlirin 5 faiz məbləğində 935 manat borcun tutulması barədə qətnamə qəbul edilməsini xahiş edirlər. 2022-ci ildən 2024-cü ilə qədər olan müddət üçün 5 faizin hesablanmasını istəyirlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçı tərəfin izahatını, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsindən görünür ki, cavabdehə illik faiz dərəcəsi 18.7 % olmaqla, 36 ay müddətinə 14500 manat məbləğində kredit verilmişdir. -ödəniş portalından çıxarışdan görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. -Xaçmaz rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli e-(067)-222/2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 12800.80 manat əsas, 1748,77 manat faiz, 200 manat cərimə borcu və ödənilmiş 141.27 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi qət edilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7 % olmaqla, 36 ay müddətinə 14500 AZN (on dörd min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. Cavabdeh qarşı Xaçmaz rayon Məhkəməsində iddia qaldırılmış və iddia təmin edilmişdir. cavabdehlə bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F- 22 saylı kredit müqaviləsi 36 aylıq müddətə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə ödəniş etsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2022-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərini Bank qarşısında tam icra etməyən Cavabdeh xx.xx.2025-ci il tarixə TuranBank ASC-yə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsinə görə 5% məbləğində hesablanmış 935.11 AZN (doqquz yüz otuz beş manat on bir qəpik) borcu qalmaqdadır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli Qərarında göstərilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunmalıdır ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik 5% (beş faiz) ödəməyə borcludur. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır.” Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 18.7 % olmaqla, 36 ay müddətinə 14500 AZN (on dörd min beş yüz manat) məbləğində kredit verilmişdir. Kredit verildikdən sonra ödənişlər cavabdeh tərəfindən qrafikə uyğun olaraq ödənilsə də, sonradan cavabdeh müqavilənin və ödəniş qrafikinin tələblərini pozmuşdur. İddiaya əlavə edilmiş, iş üzrə çıxarılmış qətnamədən və kredit müqaviləsindən görünür ki, cavabdehlə bağlanmış 25.04.22-ci il tarixli, İK 4050/F-22 saylı kredit müqaviləsi 36 aylıq müddətə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə ödəniş etsə də, gecikmədən çıxmamış və əsas, faiz və cərimə borcu üzrə öhdəliklərini yerinə yetirməmişdir. xx.xx.2022-cü il tarixdən uzun müddət keçməsinə baxmayaraq, cavabdeh kredit müqaviləsi üzrə əsas, faiz və gecikmə borcunu ödəməmişdir. Bununla da cavabdeh Bankı haqqı çatanlardan məhrum etmiş, borc aldığı pulu geri qaytarmaqdan yayınmışdır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehlərin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, İK 4050/F22 saylı kredit müqaviləsi üzrə 12800 manat əsas borca hesablanmış 5% məbləğində 935.11 manat borc və 30 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-1904/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-1904/2025
06.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver