Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2007/2023 10.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı Nemət qızının xeyrinə təmir adıyla alınıb qaytarılmayan 2 000 manat məbləğin və ödənilmiş 40 manat dövlət rüsumunun ödənilməsi barəsində qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İddiaçı Nemət qızı xx.xx.2022-ci il tarixdə qızına məxsus Xaçmaz şəhər, Həzi Aslaov küçəsi 42 ünvanında yerləşən evin təmir işlərini gördürmək üçün usta axtarırmış. O, özünü usta kimi təqdim edən hazırki cavabdeh Xaçmaz şəhər sakini Cavabdeh 8.900 manata evi təmir edəcəyini bildirdi. Cavabdeh hissə-hissə 8900 manat məbləğində pul ödəmişdir. Evin təmirinə 6.900 manat xərcləyərək qalan məbləği isə ev təmirinə xərcləməyib. Öhdəliyini yerinə yetirməyib, apardığı işlər qusurlu və yarımçıq olduğunu gördükdən sonra 2000 manat məbləği geri qaytarmağını tələb etdim. Lakin o müxtəlif bəhanələr gətirməklə 2000 manat pulu ona geri qaytarmamışdır. Beləliklə, xx.xx.2022-ci il tarixdə Xaçmaz rayon Polis İdarəsinə müraciət etmişdir. Cavabdehdən alınan izahatda 2022-ci ilin noyabr ayının sonuna qədər qaytaracağını bildirmişdi. Lakin 2022-ci ilin noyabr ayının bitməyinə baxmayaraq bu günə qədər hələ də məbləği qaytarmaıb və dəfələrlə xəbərdarlıq edilsə də, heç bir nəticə yoxdur. Dəfələrlə ondan borcun ödənilməsini tələb etsə də, cavabdeh götürdüyü 2000 manatı qaytarmaqdan yayınır, müxtəlif bəhanələr gətirməklə əlavə müddət istəyir. Məhkəmə baxış iclasında iş üzrə İddiaçı iddia tələbini müdafiə edərək izahat vermiş və əlavə olaraq bildirmişdir ki, evin təmiri üçün ustaya pul vermişdir. Ona usta demək olarsa. Usta kimi qələmə verib özünü cavabdeh. Zay edib bütün təmiri, yenidən təmir etdirmişdir. O, cavabdehə 8900 manat pulu hissə-hissə vermişdir ki, iş getsin. Sentyabr ayının 13-də evə qayıtmışlar, ev toz içində imiş. O, Xaçmaz rayonunun Yalama kəndində yaşayır. Xaçmaz şəhər, Həzi Aslaov küçəsi 42 ünvanında yerləşən evi almışlar, ora təmirsiz, köhnə tikili idi. O, su sayğacı ilə bağlı Su idarəsinə gedəndə orada Əhməd adlı şəxsi görmüşdür, o, sayğacı düzəltdi, sonra o, ona cavabdehi usta kimi məsləhət gördü, göstərib dedi ki, yaxşı ustadır, etibar edə bilərsən. O, də inanmışdır. Cavabdeh evə baxıb hesabladı, 8900 manat pul çıxacaq. 8900 manat pul zəhmət haqqı, materialların pulu birlikdə idi. 8900 manat pulu cavabdehə hissə-hissə vermişdir. O, Samur-Yalama Milli Parkında işləyir, işdə olurmuş. Evə gəlib baxanda cavabdehi görürmüş, başqa ustaları görmürmüş, işlər yarımçıq qalırmış. İşlərin görülməsini tələb edirdi. Pul cavabdehdə idi. Cavabdehin özünün verdiyi siyahı ilə hesablamışdır, dedi bunları almışdır, amma çekləri yox idi, siyahı ilə hesablamışdır, 2000 manat əskik çıxdığını görmüşdür. Cavabdeh ona 2000 manat pul qaytarmalıdır. Məhkəmə baxış iclasında Cavabdeh iddianı etiraf edərək təmin olunmasına etiraz etməmiş və əlavə olaraq bildirmişdir ki, ev köhnə ev idi. Evin pəncərəsi, tavanı, döşəməsi, rəngsaz işlərinin görülməsi, yeni hamam tikilməsi, su sistemi, işıq sistemi, tavan və döşəmənin yenidən vurulması, həyətin təmizlənməsi, ağacların kəsilməsinə qədər görmüşdür. Pulu hissə-hisə verib. Biz birbirilərindən pul alanda imza edirmişlər. Axırıncı dəfə iki üç yerə qol çəkməmişdir. Çeklər də var. Özləri istədiyi qiymətlə hesablayıblar, 1700 manat əskiyi qalıb. Hesablayıb demişdir ki, 2000 manat qaytaracaqdır. Bütöv şəkildə pulu qaytara bilməyəcəkdir, hissə-hissə qaytara bilər. Ona görə iddianı qəbul edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirilmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiy halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, cavabdeh iddia tələbini etiraf etdiyindən, iş üzrə əlavə araşdırma və əlavə sübutların toplanılmasına heç bir zərurət yoxdur. Belə olan halda, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 2 000 manat məbləğində pul və dövlət rüsumun əvəzi olaraq 40 manat pul tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-2007/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2007/2023
10.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver