Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2039/2025 14.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini və əlavə olunmuş sənədləri nəzərdən keçirib MÜƏYYƏN ETDİM : İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ümumi Oferta müqaviləsinə əsasən yaranmış 4600 manat məbləğində əsas, 261.83 manat faiz borcu olmaqla, cəmi 4861.83 manat pulun, 68.62 manat manat məbləğində ödənilmiş dövlət rümumunun və 0.40 manat xidmət haqqının alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, həmin iddia ərizəsinə ərazi aidiyyatı üzrə Xaçmaz rayon məhkəməsində baxıla bilməz. Belə ki, cavabdehin şəxsiyyət vəsiqəsi məlumatları barədə Elektron Məhkəmə İnformasiya sisteminə edilmiş sorğu əsasında çıxarılmış məlumatdan müəyyən olunur ki, iş üzrə Cavabdeh Bakı şəhəri, Səbail rayonu, 16B,110 nömrəli ünvanda qeydiyyatdadır. Cavabdehin adına xx.xx.2019-cu il tarixdə AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən qanunda başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə olan halda İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının özünə qaytarılmalıdır. Yuxardakılara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.3, 152.2 və 152.3-cü maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçının özünə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Xıdır Quliyev
Məhkəmə qərarları › İş №e-2(067)-2039/2025
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2039/2025
14.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver