Məhkəmə qərarları › İş №e-2(067)-204/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-204/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-204/2025 30.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və qeyrisinə qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1415.29 manat məbləğində əsas kredit borcunun, 248.01 manat məbləğində faiz borcunun, 19.55 manat cərimə borcunun, cəmi 1682.85 manat məbləğində pul vəsaitinin, həmçinin iddia qaldırılması üçün ödənilmiş 36.83 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə bağlanmış xx.xx.2022-ci il tarixli 13041***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən X2 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X2 24 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 100.84 manat olmaqla hər ayın 04 dək ödənilmək şərti ilə) 2000 manat məbləğində kredit verilmişdir. Müqavilə üzrə öhdəliklər vaxtında və lazımı qaydada icra edilməmişdir. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli 5-49/2-401/2024 saylı məktubundan müəyyən edilir ki, mərhum X1 vəfatından sonra ona məxsus olan Xaçmaz rayonun Sayad kəndində yerləşən 3.31 ha kənd təsərrüfatı, 0.12 ha həyətyanı sahələri və fərdi yaşayış evi həyat yoldaşı Cavabdeh1 və məhrumun oğlu Cavabdeh2 tərəfindən idarə və istifadə olunur. Gördünüyü kimi mərhum borcalanın arvadı Cavabdeh1 və oğlu Cavabdeh2 vərəsəliyi faktiki olaraq qəbul etmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi və rəsmi (pretenziya) müraciət edilməsinə baxmayaraq, onlar tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, öhdəliklər lazımi qaydada icra edilməmişdir. Cavabdehlərin xx.xx.2024-cü il tarixə İddiaçı ASCyə1415.29 manat məbləğində əsas kredit borcu, 248.01 manat məbləğində faiz borcu, 19.55 manat cərimə borcu olmaqla,cəmi 1682.85 manat məbləğində borcu qalmaqdadır. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə elektron qaydada ərizə göndərərək işə nümayəndənin iştirakı olmadan baxılaraq iddianın tam təmin edilməsi barədə qətnamə qəbul ediməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən qəbul edərək göstərmişdir ki, krediti mərhum əri almışdır. Əri vəfat edəndən 1 ay sonra bankdan kreditin ödənilməsi ilə əlaqədar zəng vurulmuşdur. Ərinin vəfat olmasını bildirmişdir. Ölüm haqqında şəhadətnaməni də vermişdir. 4 aydan sonra yenə də zəng vurub bildirmişlər ki, borcu ödəməlidirlər. Ərindən qalmış evdə yaşayırlar, mirası rəsmi qəbul etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh2 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 13041***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən X2 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X2 24 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 100.84 manat olmaqla hər ayın 04 dək ödənilmək şərti ilə) 2000 manat məbləğində kredit verilmişdir. -Xaçmaz rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1969-cu ildə Xaçmaz rayon Sayad kəndində anadan olmuş X1 ölümündən sonra ona məxsus olan Xaçmaz rayon Sayad kəndində yerləşən 03.31 ha kənd təsərrüfatı, 0.12 ha həyətyanı sahələrin və fərdi yaşayış evini həyat yoldaşı Cavabdeh1 və onun oğlu Cavabdeh2 tərəfindən idarə və istifadə olunur. -İddiaçı ASC -nin cavabdehə ünvanladığı pretenziya məktubundan görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -“ASAN” ödəniş sistemindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 36.83 manat dövlət rüsumu ödənilmişdir. -Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X5 5 saylı Xaçmaz Ərazi İdarəsinin 3-21-3-34/2-15685/2024 nömrəli,14 noyabr 2024 -cü il tarixli məktubundan görünür ki, arxiv məlumatlarında X1 adına Xaçmaz rayonu Sayad kəndində ümumbirgə 3.3179 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə verilmiş ********** qeydiyyat nömrəli çıxarış və 0,12 ha həyətyanı torpaq sahəsinə verilmiş JN-177Ä nömrəli şəhadətnamə aşkar edilmişdir. - məhkəmənin verdiyi sorğuya əsasən alınmış Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, xx.xx.2023-cü ildə vəfat etmiş X1 ölümündən sonra miras qalmış hər hansı bir əmlaka dair vərəsəliyin qəbulu və vərəsilik hüququ haqqında şəhadətnamənin verilməsi üçün Xaçmaz rayon 1 saylı notariat ofisinə heç bir müraciət daxil olmamışdır. -Cavabdehlərin etiraz ərizəsindən müəyyən olunur ki, işin baxılmasının iddia icraatına keçirilməsini xahiş etmişlər. -Cavabdeh2 ərizəsindən müəyyən olunur ki, iddianı qəbul etmir. Məhkəmə iclaslarını iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, İddiaçı ASC ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tariхli, 13041***-*******02L saylı kredit limiti müqaviləsinə əsasən X2 120 ay müddətinə 50.000 manat məbləğində kredit limiti ayrılmışdır. Kredit limiti müqaviləsinin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X2 24 ay müddətinə illik 19% dərəcəsi ilə (aylıq ödəniş 100.84 manat olmaqla hər ayın 04 dək ödənilmək şərti ilə) 2000 manat məbləğində kredit verilmişdir. İş üzrə iddiaçı qeyd olunan müqaviləyə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. X3 xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. İddiaçı kredit borcun mirası faktiki olaraq qəbul etmiş vərəsələrdən tutulması xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2022-ci il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabrın 1-dək qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 1313-cü maddəsinə əsasən tələblərin ödənilməsi zamanı miras qoyanın kreditorları vərəsənin kreditorları qarşısında üstünlüyə malikdirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Qeyd edilənlərlə müəyyən olundu ki, borclu X3 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və X3 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 443.1 və 448.1-ci maddələri ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hazırda borclu X3 vəfat etdiyindən, onun mirası faktik qəbul etmiş vərəsələri kimi Cavabdeh1 və Cavabdeh2 mərhumun öhdəliyi üçün tam həcmdə məsuliyyət daşıyırlar. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1415.29 manat məbləğində əsas, 248.01 manat məbləğində faiz, 19.55 manat cərimə borcu və 36.83 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətin hesabına ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar