Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2132/2025 18.12.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, məhkəmə iclas katibi X6, Cavabdeh iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq 21888,87 (iyirmi bir min səkkiz yüz səksən səkkiz manat səksən yeddi qəpik) manat sığorta ödənişi məbləğinin və 155,66 (yüz əlli beş manat altmış altı qəpik) manat dövlət rüsumunun, cəmi 22044,53 (iyirmi iki min qırx dörd manat əlli üç qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 25477,27 (iyirmi beş min dörd yüz yetmiş yeddi manat iyirmi yeddi qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı AR DİN Bİ və Tİ-dən Cəmiyyətə xx.xx.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surəti daxil olmuş və həmin qərara əsasən Cavabdeh hadisənin baş verdiyi tarixdə qüvvədə olan AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. AR DİN Bİ və Tİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. “İcbari sığortalar haqqında” AR Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000,00 (beş min) manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən xx.xx.2021-ci il tarixində “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalamış "xxxx" ASC tərəfindən 3588,40 (üç min beş yüz səksən səkkiz manat qırx qəpik) manat məbləğində pul vəsaiti Cəmiyyətə ödənilmişdir. İş üzrə iddiaçı tərəf məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddianını təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməyi barədə ona məlumat verilməmişdir, ola bilsin ki, özləri protokol tərtib etmiş, cəriməni də ödəmişlər. Onun bundan 2 il sonra məlumatı olmuşdur. X5 cinayət işin başlanılmasının rədd edilməsi barədə qərarı ləğv edildikdən sonra təhqiqatçı Vüsal Məmmədov onu dəvət etmiş, izahatını almış, bildirmişdir ki, yeni qərar qəbul edilən zaman ona məlumat veriləcək, lakin məlumat verilməmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -MC********** nömrəli sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" ASC-də söğortalanmışdır. -xx.xx.2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində cinayət təqibi rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. -21-06031/11/CM-229/21 nömrəli sığorta aktından müəyyən olunur ki, "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi ilə əlaqədar sığorta ödənişinin məbləği 25477,27 manat təşkil edir. -xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 25477.27 manat məbləğində pul "xxxx" QSC-nin hesabına ödənilmişdir. -xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, geriyə tələb (subroqasiya) hüququna əsasən cavabdehdən sığorta ödənişi məbləğində pul vəsaiti tələb edilmişdir. -AVRASİYA HOSPİTALİNİN xx.xx.2021-ci il tarixli, 147 nömrəli arayışından görünür ki, Cavabdeh həqiqətən Avrasiya Hospitalda xx.xx.2021-xx.xx.2021-ci ildə Reanimasiya və stasionar şöbələrində olmuşdur və xəstəyə Müştərək travma. Qapalı KBT. Baş beynin yüngül dərəcəli əzilməsi. Travmatik subaraxnoidal qanama. Fəqərə sütünunun travması. Thorax İX, X, Xİ fəqərələrinin sağ köndələn çıxıntılarının sınığı. Sağ bazu sümüyün orta 1/3-nin yerdəyişmiş sınığı. Hər iki scapulanın sınığı. Sağ İ, İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ, İX qabırğaların sınığı. Sağ ağciyərin pnevmohemotoraksı. Hər iki ağciyərin kontuziyası diaqnozu qoyulmuşdur. Xəstəyə xx.xx.2021-ci ildə osteosintez əməliyyatı icra edilmişdir. Xəstəyə mütəmadi həkim tramatoloqun qəbulunda olmaq və 8 ay fiziki işdən azad olmağı məsləhət görülmüşdür. -Ödəniş cədvəlindən müəyyən olunur ki, "xxxx" ASC məhkəmədə iddia ərizəsinə baxılması üçün 155.66 manat məbləğində dövlət rüsumu ödəmişdir. -iş üzrə Cavabdeh etiraz ərizəsində göstərmişdir ki, "İcbari sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinə əsasən üçüncü şəxslərin əmlakına dəyən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki – məsuliyyətinin icbari sığortası üzrə sığorta məbləği 5000 manat müəyyən edilmişdir. Qeyd olunan maddəyə əsasən xx.xx.2021-ci il tarixində "VAZ 21154" markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini "Avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış "xxxx" ASC tərəfindən 3588,40 manat məbələğində pul vəsaiti Cəmiyyətə ödənilmişdir. Göstərilən iddia ərizəsi ilə əlaqədar maraqlarına toxunan 3-cü şəxs X1 da cəlb edilməsi ilə, cavabdehlər-"xxxx" ASC-nə və Azərbaycan Respublikasının DİN-nin Baş X23 İdarəsinə qarşı tərəfindən qarşılıqlı iddia ərizəsi məhkəməyə təqdim olunaraq: İik iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh-"xxxx" ASC-nin və ikinci cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X23 İdarəsinin hesabından müştərək qaydada 20 min manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması barədə məhkəmə qətnaməsi qəbul edilməsi xahiş edilmiş və qarşılıqlı iddia ərizəsində ona qarşı irəli sürülmüş iddia tələbinin əsassızlığı, eyni zamanda tərəfindən təqdim edilmiş qarşılıqlı iddia tələbinin qanuniliyi barədə isə göstərilmişdir ki: baş vermiş yol-nəqliyyat hadisəsi zamanı aldığı ağır xəsarət nəticəsində uzun müddətdə müalicə olduğundan, bu məsələnin araşdırılması, yaxın tanışı olan X2 tərəfindn həyata keçirilmiş və onun tərəfindən Azərbaycan Respuvblikasının Daxili X21 Vilayət Eyvazova xx.xx.2022ci il tarixli aşağıdakı məzmunlu müraciət ünvanlanmışdır. "Bildirir ki, xx.xx.2021-ci il tarixdə, saat 12:00 raddələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu Köhnə Xaçmaz kəndi ərazisindən keçən 27-ci kilometrliyində, X12 idarə etdiyi "BMV" markalı, 10JJ 061 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəndob istiqamətində hərəkətdə olan zaman yolun sol hissəsindən hərəkət yoluna daxil olub dönmə aparan Cavabdeh idarə etdiyi "VAZ 21154" markalı, ** BN *** dövlət qeydiyyatı nişanlı avtomobillə toqquşmuş və nəticədə Rəsul İmanquliiyev ağır bədən xəsarətləri aldığından huşsuz vəziyyətdə təcili yardım tibb xidmətinin avtomobili ilə xəstəxanaya çatdırılaraq əmliyyat olunmuş və bir müddət də hüşsuz vəziyyətdə xəstəxananın "reanimasiya" bölməsində qalmışdır. Özünə gəldikdə isə, yaxınları tərəfindən ona bildirilmişdir ki, qarşı tərəflə əldə edilmiş razılaşmaya görə, avtomobillərin xərcləri hər tərəfin öz üzərinə düşür, müalicə xərclərinin isə yarısına qarşı tərəfdən köməklik göstəriləcəkdir. Hadisə ilə əlaqədar, polis formasında olan bir nəfər xəstəxanaya gələrək ona hansısa sənədlərə imza da etdirmişdir. X9 idarə etdiyi "BMV" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobil, Emin Novruzovun həm qardaşı, həm də ki, Xaçmaz YPX-nin əməkdaşı Cavadın adınadır. Təmsil etdiyi Cavabdeh yaxınları da, hadisə ilə əlaqədar barışığı, məhz, Cavadla apardıqlarından, 2021-ci ilin sonlarında, bir neçə dəfə şəxsən onunla telefonla danışmış, məsələnin həllini xahiş etmişdir. Bu danışıqlardan sonra isə, mütləq Bakıya gəlib onunla görüşəcəyinə söz versə də, görüş baş tutmamışdır. Nəhayət, 2021-ci ilin fevral ayında, "xxxx" ASC-dən zəng edilmiş və bildirimişdir ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar, "BMV" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə qarşı tərəfə 25477,27 manat ödənilən sığortanın məbləğini onlar ödəməlidirlər, əks halda isə nəhkəməyə müraciət olunacaqdır. Bununla əlaqədar "xxxx" ASC-nin nümayəndəsi ilə görüşmüş və onlara təqdim edilən sənədlərdən müəyyən olunur ki, sığortanın predmeti kimi, "BMV" markalı ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil göstərilmiş, sığortalı-MİDAS CO" olmaqla, 25477,27 manat məbləğində sığorta ödənişi də "xxxx" Qapalı Səhmdar Cəmiyyəti almışdır. Baxmayaraq ki, bütün Xaçmaz rayon əhalisinə də məlum idi ki, "BMV" markalı, ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil Xaçmaz RPX-nin əməkdaşı Cavada məxsusdur, onun qardaşı-X12 isə avtomobili Cavada görə sənədsiz idarə edirdi. Onların bu təşkilatlarla nə əlaqələrinin olduğu barədə suala isə, eyni zamanda, DİN-nin Dİ və Tinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsinin müstəntiqi, polis mayoru Cəsarət Bayramovun tərtib etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında 18 may 2021-ci il tarixli Qərarı təqdim edilmiş və bil dirilmişdir ki, hər bir halda, sığortanın predmeti "BMV" markalı, ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil olduğundan və həmin avtomobilə görə ödənilmiş pul məbləği tərəfindən sığorta təşkilatına ödənilməlidir. Beləliklə, Xaçmaz YPXnin əməkdaşı X10, Rəsul İmanqulliyevin yaxınlarının inamından, həmçinin, YPX-nin əməkdaşı kimi qulluq mövqeyindən sui-istifadə edərək, yol-nəqliyyat hadisəsi ilə bağlı qardaşı-X8 xeyrinə olan qərarın qəbul edilməsinə nail olmuş, faktiki olaraq onları aldatmşdır. Məhz, Cavadın xahişi əsasında, "cinayət işinin başlanmasının rədd edilməsi haqqında tərtib edilmiş 18 may 2021-ci il tarixli qərarın "müəyyən etdim" hissəsinin 1-ci səhifəsinin 3-cü abzasında qeyd edilənlər yetərlidir ki, həmin qərarın hansı şəraitdə və kimin diqtəsi ilə yazıldığı təsdiq edə biləsən. Qərarın həmin hissəsində aşağıdakı kimi qeyd aparılmışdır: "Araşdırma zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarxdə, saat 12:50 raddələrində Cəndob-Yalama yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazsindən keçən 27-ci klomerlliyində X12 idarə etdiyi "BMV" markalı, ** JJ *** dövlət qeydiyyatı nişanlı avtomobil ilə Gəndob istiqamətində "60 km/saat surətlə hərəkətdə olan zaman" yolun sol hissəsində dayanmış Cavabdeh idarə etdiyi "VAZ 21154" dövlət qeydiyyatı nişanlı avtomobilə Yalama istiqamətində hərəkət edən iki nəqliyyat vasitəsini buraxaraq hərəkət zolağına daxil olub soluna doğru hərəkət etmiş, bu zaman yolun hərəkət hisssində, yəni yolun Gəndob istiqamətinidə sağ kənarından 1,46 metr məsafədə "BMV" markalı avtomobilin qabaq hisssəsilə "VAZ 21154" markalı avtomobilin qabaq sağ hissəsi arasında toqquşma baş vermişdir." Bir daha qeyd etməyi zəruri hesab edir ki, məhz, Cavadın xahişi əsasında, "cinayət işinin caşianmasının rədd edilməsi haqqında" tərtib edilmiş 18 may 2021-ci il tarixli qərarın "müəyyən etdim" ' hissəsinin 1-ci səhifəsinin 3-cü abzasında qeyd edilənlər yetərlidir ki, həmin qərarın hansı şəraitdə və kimin diqtəsi ilə yazıldığını təsdiq edə biləsən. Belə ki, hadisə baş vermiş ərazidəki ticarət obyektinin müşahidə kamerasının görüntüsünün disk yazısından müəyyən olunur ki, Cavadın qardaşı-Emin Novruzovun idarə etdiyi avtomobil "60 km/saat sürətlə deyil, "160-180" km/saat surətlə hərəkətdə olmuş və "BMV" markalı avtomobilin qabaq hiissəsi ilə AZ 21154" markalı avtomobilin qabaq yan hissəsi arasında toqquşma baş verməmiş, "BMV" markalı avtomobilin qabaq hissəsi ilə, "VAZ 21154" markalı avtomobilin qabaq hissəsini, tam şəkildə, "qopararaq- süpürüb özü ilə aparmışdır." Həmçinin, şahidlərin dedikərindən o da məlum olmuşdur ki, Cavadın qardaşı- Emin Novruzov işkili vəziyyətdə olmuşdur. Hadisə baş vermiş ərazi ilə işıqfor arasında məsafə 20-25 metrdir və Cavabdeh tərəfindən qanuni olaraq dönmə hərəkətləri edilərkən, işıqforun qırmızı işığı yanırdı." Beləliklə, xx.xx.2021-ci il tarxdə, saat 12:50 radələrində Gəndob-Yalama yolunun Xaçmaz rayonu, Köhnə Xaçmaz kəndi ərazisindən keçən 27-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı, Cavadın qardaşı-Emin Novruzovun idarə etdiyi avtomobilin "60 km/saat surətlə deyil, "160-180 km/saat surətlə hərəkətdə olmasını və "BMV"markalı avtomobilin qabaq hissəsi ilə "VAZ 211654" markalı avtomoblin qabaq yan hissəsi arasında toqquşmanın baş verməməsini, "BMV" markalı avtomobilin qabaq hissəsi ilə "VAZ 21154" narkalı avtomobilin qabaq hissəsinin, tam şəkildə qopararaq süpürüb özü ilə aparması ilə bağlı, hadisə baş vermiş ərazidəki ticarət obyektinin müşahidə kamerasının görüntüsnün disk yazısını da edilən şikayətlərə əlavə edilməklə aidiyyatı üzrə göndərilərək edilən çoxsaylı şikayətlərin nəticəsi olaraq, iddiaçının da istinad etdiyi "Cinayət işinin başlanmasının rədd edilməsi haqında" Cəsarət Bayramovun qərarı ləğv edilmiş və onlara bildirilmişdir ki, bütün məsələlər Cavad tərəfindən sülh yolu ilə həll ediləcəkdir. Məhz, bu səbəbdən, həmçinin, yol-nəqliyyat hadisəsi zamanı sağ qaldığının nəzərə alınması ilə bağlı atasının və yaxınlarının xahişləri də nəzərə alınmaqla, şikaytlərini tamamilə dayandırmışlar. Göstərilənlərdən əlavə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə iddiaçının iddia ərizəsinə əlavə etdiyi və izahatı kimi təqdim edilən əl yazmasının ona heç bir aidiayatı olmamış və həmin izahatın alt hissəsindəki imza da ona məxsus deyildir. Bütün olanlardan sonra, hadisə ilə bağlı sığorta ödənişinin aparılmasından 4 ildən artıq müddət keçdikdən sonra, "xxxx" ASC-nin ona qarşı iddia tələbi ilə məhkəməyə müracət etməsini heç cür başa düşülən hal hesab etmir və bununla əlaqədar iddia müddətinin tətbiq etməklə ilk iddianın rədd ediİməsi ilə yanaşı, qarşılıqlı iddianın təmin edilməsi və baş vermiş yol-nəqliyyat hadisəsi zamanı faktiki olaraq ona dəymiş zərərin, həm hazırki iş üzrə iddiaçıdan, həmçinin də, tabeçiliyindəki Polis əməkdaşının cinayətininin ifşa edilməsinin qarşısının alınması məqsədi ilə, hadisənin araşdırılmasında əvvəlcədən qanunsuzluqlara yol vermiş Baş X23ndən müştərək qaydada ona ödənilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını məqsədə müvafiq hesab edir. Hərçənd ki, "xxxx" ASC-i bilməmiş deyildir ki, 3 il müddətində mütləq qaydada məhkəməyə müraciət etməli olduğu halda, bunu etməmişdirsə, pul tələbi üzrə iddia müddəti birmənalı şəkildə ötürülmüş hesab edilir. Müddətin tətbiqi ilə bağlı oxşar iş üzrə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 1(006)-791/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə, ilk iddia üzrə X13, X11 və X4 "xxxx" ASC-nə qarşı aralarında bağlanmış xx.xx.2018-ci il tarixli, müvafiq olaraq 80-1/18, 80-2/18 və 80-3/18 saylı Kredit Müqavilələrin etibarsız hesab edilməsi, eyni zamanda, qarşılıqlı iddia üzrə isə, GünayBank" ASC-nin bu şəxslrə qarşı, bağlanmış həmin müqavilələr üzrə, 10,2 milyon manat əsas borcun və ona hesablanmış 5 milyon manatdan artıq faiz borcunun bankın xeyrinə tutulması tələbi, məhz, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıdakı, müddətinin tətbiqi barədə normalarına istinad edilməklə rədd edilmişdir. Göstərilənlərlə əlaqədar olaraq, hazırki iş üzrə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2.-ci və 375.2.-Cİ maddələri əsasında, iddiaçı "xxxx" ASC-nin ona qarşı olan iddia tələbindən imtina edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. -məhkəmə tərəfindən verilmiş sorğuya əsasən alınmış xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarının surətindən görünür ki, X12 və Cavabdeh yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almaları faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində toplanmış HK-1-300/21 nömrəli material üzrə cinayət işi başlanmasının rədd edilməsinə dair müstəntiq Cəsarət Bayramovun 18 may 2021-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilmişdir. Material üzrə araşdırmanın davam etdirilməsi Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə istintaq və təhqiqat şöbəsinə qaytarılması qərara alınmışdır. -sorğuya əsasən alınmış Xaçmaz rayon polis şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2021-ci il tarixdə Xaçmaz rayon ərazisində “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı və "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobillərin iştirakı nəticəsində vermiş YNH-si ilə bağlı Xaçmaz RPŞ-nə məlumat daxil olmamışdır. -məhkəmə ekspertiza mərkəzinin 18 may 2021-ci il tarixli 8/1024 saylı ekspert rəyindən görünür ki, hərəkət üçün təhlükə yaranan anda BMW markalı, ** JJ *** döviət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 41,6 metrdən kiçik məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X8 hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. Hərəkət üçün təhlükə yaranan anda BMW markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşma yerindən olduğu məsafənin 41,6 metrdən böyük məsafədə olmasının istintaq tərəfindən müəyyən edilməsi şəraitində sürücü X8 hadisənin qarşısını almağa texniki İmkanı olmuş və onun hərəkətlərində «Yol hərəkəti haqqında olmamış və onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21154 markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Sələr oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh barəsində cinayət təqibi rədd edilmiş və Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. -məhkəmənin verdiyi sorğuya əsasən alınmış Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh barəsində aparılmış araşdırmanın nəticəsi barədə qəbul edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2022-ci il tarixli qərarı ləğv edilməmiş, hazırda qüvvədədir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanmış "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 25477.27 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı geriyə tələb (reqres) hüququna əsasən ödənilən məbləği cavabdehdən tələb edir. Cavabdeh iddianı qəbul etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 10 iyun 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 65.1 və 65.4-cü maddələrinə əsasən, cinayət prosesini həyata keçirən orqanın ləğv edilməmiş qərarı həmin məsələ üzrə yeni qərar çıxarılmasına yol vermir. Cinayət prosesini həyata keçirən orqanın qərarı, şəxsin cinayət təqibini istisna edən qərarlardan başqa, hökmün və ya məhkəmənin digər yekun qərarının çıxarılması ilə əlaqədar məcburi qüvvəyə malik deyildir. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə müvafiq olaraq, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün preyudisiallığı işdə iştirak edən şəxslərin dairəsi ilə məhdudlaşır və yalnız hadisənin olubolmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Yəni, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarın preyudisial əhəmiyyəti prosessual qanunvericiliklə müəyyən edilmiş subyektiv və obyektiv hədlərdə mümkündür. Preyudisiallığın subyektiv həddi şəxslərin dairəsi ilə, obyektiv həddi isə hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsi ilə müəyyən edilir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “VAZ 21154” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətməsi və nəticədə "xxxx" ASC-də sığortalanmış "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurması və iddiaçının 25477.27 manat məbləğində ödəniş etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi ona qarşı da yönəlməlidir. Cavabdeh qeyd olunan sığorta hadisəsilə bağlı təqsirinin müəyyən edilmədiyini və barəsində hər hansı tədbir görülmədiyini bildirsə də, məhkəmə ekspertiza mərkəzinin 18 may 2021-ci il tarixli 8/1024 saylı ekspert rəyindən görünür ki, VAZ-21154 markalı ** BN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Sələr oğlunun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bundan başqa qüvvədə olan xx.xx.2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarının surətindən görünür ki, "BMW M5" markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X8 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğunsuzluq aşkar edilməmişdir. Həmin yol nəqliyyat hadisəsi sürücü X3 təqsiri nəticəsində baş verməklə başqa şəxslərin sağlamlığına zərər dəymədiyindən əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin tərkibi yoxdur. Qeyd olunan qərarda baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar əməldə cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi, Cavabdeh barəsində cinayət təqibinin rədd edilməsi və Azərbaycan Respublikasının İXM-nin 327.1-ci maddəsinin tələblərinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 21888,87 manat pul vəsaiti və 155.66 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qeyd olunanlara əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 21888,87 manat pul vəsaiti və 155.66 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva
Məhkəmə qərarları › İş №e-2(067)-2132/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2132/2025
18.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver