Məhkəmə qərarları › İş №e-2(067)-24/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-24/2025

06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-24/2025 06.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı kredit borcunun tutulması və sair tələbinə dair mülki işə Xaçmaz Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 İddiaçı ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsi üzrə 4096,83 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 12,73 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 4109,56 manat, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 45 manat rüsumun və dövlət rüsumu kimi ödənilmiş 61.1 AZN məbləğində, cəmi 106 manat pulun tutulması; tələbin tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh2 xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsi üzrə cəmi 4109,56 manat və dövlət rüsumu kimi ödənilmiş cəmi 106 manat məbləğində pulun İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 01% olmaqla 60 ay müddətinə 7251,2 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlərə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMPsaylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4096,83 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 12,73 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu, cəmi 4109,56 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaşmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evi, xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsinin 4.6-cı bəndinə əsasən, “müştəri bu Müqavilə üzrə üzərinə düşən vəzifələri vaxtında icra etmədikdə, kredit faizlərinin ödənilməsi müddətini bir dəfə pozduqda girov saxlayan (Bank) girova ödəniş yönəldə bilər”. Eyni zamanda həmin Müqavilənin 5.4-cü bəndinə əsasən (borcluya aid hissədə), “müştəri bir dəfə bu Müqavilədə nəzərdə tutulmuş vəzifələrini yerinə yetirməzsə, o cümlədən Bankın tələb və göstərişlərinə əməl etməzsə, kredit faizlərini ödəmə müddətini pozarsa, çəkilən xərcləri ödəməzsə və digər şərtlərə əməl etməzsə, Bankın bu Müqaviləni vaxtından əvvəl pozmağa hüququ vardır”. İddiaçı ASC məhkəməyə ərizə ilə müraciət edərək, işə məhkəmə iclaslarında onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş üzrə cavabdeh olmuş Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etdiyindən onun cavabdeh qismində iştirakına xitam verilməklə birinci növbə vərəsələri arvadı Cavabdeh3 və oğlu Cavabdeh4 cavabdeh qismində işə cəlb olunmuşlar. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməmə səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 01% dərəcəsi olmaqla 60 ay müddətinə 7251,2 manat məbləğində kredit verilmişdir. - xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı İpoteka müqaviləsinə əsasən Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evi İddiaçı ASC qarşısında yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. - Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4096,83 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 12,73 manat məbləğində faiz borcu və 0 manat məbləğində dəbbə borcu,cəmi 4109,56 manat təşkil edir. - Xəbərdarlıq bildirişindən görünür ki, Cavabdeh2 müraciət olunmasına baxmayaraq o, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. - ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx.xx.2021ci ildə vəfat etmişdir. - Cavabdeh3 Xaçmaz rayon Notariat ofisində yazdığı ərizədən müəyyən olunur ki, əri Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evinin İddiaçı ASC-nin “Quba” filialı kreditin təminatı olaraq həmin banka girov (ipoteka) qoyulmasına, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi, bu əmlakın açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına ödənilməsinə etiraz etmədiyini bildirmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. - Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan müəyyən olunur ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən ümumi sahəsi 0,05 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evi xx.xx.2019-cu il tarixli, QUFS- 4242_KMP saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. - xx.xx.2022-ci il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh2 - qrafik üzrə kredit ödənişini vaxtında icra etmədiyi üçün xx.xx.2022-ci il tarixinə olan qrafikə görə əsas borc 283,91 (iki yüz səksən üç manat 91 qəpik) AZN, kreditdən istifadəyə görə faiz borcu 6,79 (altı manat 79 qəpik), cərimə borcu 0 (sıfır), cəmi 290,7 (iki yüz doxsan manat 70 qəpik) AZN borcu vardır. - İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1020 saylı rəyindən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla Cavabdeh2 banka olan borcu (xx.xx.2022-ci il tarixədək) 4099.84 manat, 17.20 manat faiz borcu müəyyən edilmişdir. - İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/1020 saylı rəyindən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 150 manat məbləğində pul Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. - İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5778 saylı rəyindən müəyyən olunur ki, Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 88.8 m2 olan fərdi yaşayış evinin hazırki bazar qiymətinin təqribən 54500.0 manat (35500.0+19000) olduğu müəyyən edilir. Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0.05 ha torpaq sahəsi və onun üzərində olan ümumi sahəsi 88.8 m2 olan fərdi yaşayış evinin likvid qiyməti 10% azalma tətbiq edilməklə təqribən 49000 manat müəyyən edilmişdir. - İşdə olan Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/5778 saylı rəyindən müəyyən olunur ki, aparılmış tədqiqatın dəyəri ümumilikdə 100 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. - Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamənin surətindən müəyyən olunur ki, xx.xx.2021-ci ildə vəfat etmiş Cavabdeh1 vərəsəsi - Xaçmaz şəhəri A.Mustafayev küçəsi 24 saylı evdə qeydiyyatda olan Cavabdeh3dır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ASC-nin “Quba” filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 01% olmaqla 60 ay müddətinə 7251,2 manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsinin şərtlərinə görə Cavabdeh2 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Bu barədə cavabdehlər dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilmələrinə baxmayaraq Cavabdeh2 öhdəliklərinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Maliyyə arayışına əsasən Cavabdeh2 xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsi üzrə borcunun məbləği kreditə görə 4096,83 manat məbləğində əsas kredit borcu, kreditdən istifadəyə görə 12,73 manat məbləğində faiz borcu, cəmi 4109,56 manat təşkil edir. xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Xaşmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evini, xx.xx.2019-cu il tarixli, QUFS- 4242_KMP saylı İpoteka müqaviləsinə əsasən İddiaçı ASC qarşısında yüklü edilmişdir. Cavabdeh1 xx.xx.2021-ci ildə vəfat etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 449.-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci madəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının MM-nin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının hüquqi və fiziki şəxslərinin öz əmlakını qiymətləndirmək hüququ vardır. Həmin Qanunun 5-ci maddəsinə əsasən aşağıdakı hallarda əmlakın məcburi qaydada qiymətləndirməsi aparılır: məhkəmə hökmün və ya qərarın təmin edilməsi məqsədi ilə əmlakın qiymətləndirilməsinə zərurət olduqda; etimadlı idarəetmədə olan əmlaka sahiblik hüququ dəyişilərkən əmlakın dəyəri haqqında mübahisə yarandıqda. Qeyd olunan Qanunun 8-ci Maddəsinə əsasən qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Kredit müqaviləsi üzrə cavabdehlərin üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tələb Azərbaycan Respublikası MM-nin 317 və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin Qanunun 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin mübahisəli məsələyə dair vahid məhkəmə təcrübəsinin formalaşması baxımından qəbul etdiyi 20 iyul 2020-ci il tarixli qərarında göstərilir ki, “İpoteka haqqında” Qanunun tətbiqi baxımından ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti real bazar qiyməti nəzərə alınmaqla müəyyən edilən likvid qiymətidir. Qərarda həmçinin qeyd edilmişdir ki, ipoteka predmetinin qiymətləndirilməsi zamanı ipoteka predmetinin ilkin satış qiyməti ilə yanaşı likvid qiyməti də müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan normalarına və Ali Məhkəmənin formalaşdırdığı mövqeyə istinadən məhkəmə, iş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizası tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 6.000 manat göstərilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QUFS-4242_KMP saylı Kredit müqaviləsi üzrə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 4096.83 AZN əsas, 12.73 AZN faiz, cəmi 4109.50 AZN borc, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 45 manat və dövlət rüsumu kimi ödənilmiş 61.1 AZN məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evinə yönəldilməli, ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilməli, qalan vəsait isə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qaytarılmalıdır. İpoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 49000 manat müəyyən edilməlidir. Ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat pul cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, QUFS- 4242_KMP saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 4096.83 AZN əsas, 12.73 AZN faiz, cəmi 4109.50 AZN borc, bildirişlərin qeydə alınması üçün rüsum kimi ödənilmiş 45 manat və dövlət rüsumu kimi ödənilmiş 61.1 AZN məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tələb ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Xaçmaz şəhəri, Yeni yaşayış massivində yerləşən 0,05 ha torpaq sahəsinə və onun üzərində yerləşən ümumi sahəsi 88,8 m² olan fərdi yaşayış evinə yönəldilsin, ipoteka predmeti olan əmlak açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına iddiaçıya olan borc ödənilsin, qalan vəsait isə Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qaytarılsın. İpoteka ilə yüklü edilmiş əmlakın ilkin satış qiyməti 49000 manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatlarının dəyəri olan 250 manat pul Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar