Məhkəmə qərarları › İş №e-2(067)-241/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-241/2025

13.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-241/2025 13.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Quliyev Xıdır İnqilab oğlunun sədrliyi, məhkəmə iclas katibi İzzətli Anar İzzət oğlunun katibliyi ilə İddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “Kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbi”nə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı «X2” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh 13 oktyabr 2023-cü il tarixli, 154nkXCHZ/23 nömrəli kredit müqaviləsinə əsasən 4483 manat əsas, 720,45 manat faiz, 27,28 manat cərimə borcu olmaqla cəmi 5230,73 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 72,71 manat pulun alınaraq «X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məlumatlandırılmasına baxmayaraq təkrarən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş üzrə iddiaçı «X2” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilərək iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə «X2” Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsinin ərizəsini nəzərə almaqla işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı «X2” Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 154nkXCHZ/23 saylı kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 23% ödəmək şərtilə 4483 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmiş və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Göstərilənlər, kredit müqavilələrindən irəli gələn öhdəliklərin vaxtında və lazımi qaydada icra edilməməsi nəzərə alınmaqla Cavabdeh 13 oktyabr 2023-cü il tarixli, 154nkXCHZ/23 nömrəli kredit müqaviləsinə əsasən 4483 manat əsas, 720,45 manat faiz, 27,28 manat cərimə borcu olmaqla cəmi 5230,73 manat məbləğində borcun və dövlət rüsumu olaraq ödənilmiş 72,71 manat pulun alınaraq «X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan «X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 13 oktyabr 2023-cü il tarixli, 154nkXCHZ/23 nömrəli kredit müqaviləsindən və əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçı «X2” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış qeyd olunan kredit müqaviləsinə əsasən iddiaçı bank tərəfindən cavabdehə 60 ay müddətinə illik 23% ödəmək şərtilə 4483 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə krediti və ona hesablanmış faizləri ödəmək ödəmək barədə üzərinə öhdəlik götürmüşdür. İş materiallarında olan «X2” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 28 mart 2024-cü il tarixli bildirişdən görünür ki, cavabdeh müqavilə üzrə borc məbləğinin ödənilməsini təmin etməsi ilə əlaqədar iddiaçı bank tərəfindən xəbərdarlıq edilmişdir. İş materiallarında olan 13 sentyabr 2024-cü il tarixli, ********** nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı «X2” Açıq Səhmdar Cəmiyyəti cavabdehə qarşı iddia tələbi ilə əlaqədar 72,71 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarında olan «X2” ASC-nin xx.xx.2024-cü il tarixli, BANK/PİKMD/1223586 nömrəli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh 13 sentyabr 2024-cü il tarixə iddiaçı «X2” Açıq Səhmdar Cəmiyyətinə 13 oktyabr 2023-cü il tarixli, 154nkXCHZ/23 nömrəli kredit müqaviləsi üzrə 4483 manat əsas, 720,45 manat faiz, 27,28 manat cərimə borcu olmaqla cəmi borcu 5230,73 manat təşkil edir. İş materiallarında olan AZE seriyalı, ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iş üzrə Cavabdeh Xaçmaz rayonunun Qaradağ-buduq kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinəəsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin icrası onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirmiş sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, iddiaçı tərəfindən ödənilmiş 72,71 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunmuşdur ki, tərəflər arasında kredit münasibətlərindən irəli gələn qarşılıqlı öhdəliklər mövcud olmuşdur. İddiaçı təşkilat tərəfindən cavabdehə münasibətdə üzərinə götürülmüş bütün öhdəliklər icra olunmuşdur. Lakin cavabdeh tərəfindən iddiaçı təşkilat qarşısında götürülmüş öhdəlik icra olunmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi kredit münasibətlərindən irəli gələn öhdəliklər üzrə cavabdeh şəxs olaraq Cavabdeh qarşı düzgün olaraq verilmişdir. Beləliklə məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan tam təmin edilməklə Cavabdeh 13 oktyabr 2023-cü il tarixli, 154nkXCHZ/23 nömrəli kredit müqaviləsinə əsasən 4483 manat əsas, 720,45 manat faiz, 27,28 manat cərimə borcu olmaqla cəmi 5230,73 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 72,71 manat pul alınaraq iddiaçı «X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 222, 227, 233, 357 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh 13 oktyabr 2023-cü il tarixli, 154nkXCHZ/23 nömrəli kredit müqaviləsinə əsasən 4483 (dörd min dörd yüz səksən üç) manat əsas, 720,45 manat (yeddi yüz iyirmi manat qırx beş qəpik) faiz, 27,28 manat (iyirmi yeddi manat iyirmi səkkiz qəpik) cərimə borcu olmaqla cəmi 5230,73 manat (beş min iki yüz otuz manat yetmiş üç qəpik) məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 72,71 manat (yetmiş iki manat yetmiş bir qəpik) pul alınaraq iddiaçı «X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Xıdır Quliyevür: HAKİM XİDİR QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar