Məhkəmə qərarları › İş №e-2(067)-2415/2024

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2415/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2415/2024 19.11.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı ASC -nin nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 3602/F-22 saylı kredit müqaviləsi üzrə borcalan X2 Banka olan 5,575.11 AZN (beş min beş yüz yetmiş beş manat on bir qəpik) əsas, 55.92 AZN (əlli beş manat doxsan iki qəpik) faiz borcu olmaqla, cəmi borcu 5,631.03 AZN (beş min altı yüz otuz bir manat üç qəpik) məbləğində borcun və tərəfimizdən ödənilmiş 76.32 AZN (yetmiş altı manat otuz iki qəp.)məbləğində dövlət rüsumunun cavabdehdən (borcalanın vərəsəsi – Cavabdeh tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 3602/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 15.7 %olmaqla, 24 ay müddətinə 9,000 AZN (doqquz min manat) məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh X2 xx.xx.2024-cü il tarixinə TuranBank ASC-yə 5,575.11 AZN (beş min beş yüz yetmiş beş manat on bir qəpik) əsas, 55.92 AZN (əlli beş manat doxsan iki qəpik) faiz borcu olmaqla, cəmi borcu 5,631.03 AZN (beş min altı yüz otuz bir manat üç qəpik) təşkil edir. X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən TuranBank ASC-yə daxil olmuş rəsmi məlumata əsasən X2 adına xx.xx.2022ci ildə vərəsəlik işi açılmış, Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə yazılı və şifahi xəbərdarlıq edilməsinə, mübahisənin məhkəmədənkənar qaydada həll edilməsinə cəhd göstərilməsinə baxmayaraq heç bir nəticə əldə edilməmiş və cavabdehə göndərilmiş pretenziya məktubları da cavabsız qalmışdır. Odur ki, kredit borcları və kredit borclarına hesablanmış faiz borcları cavabdehdən tutularaq Bankın xeyrinə ödənilməlidir. Tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 3602/F-22 saylı kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun həyata keçirir. Borcalan kredit və ona hesablanmış faizləri nəzərdə tutulmuş tarixdə ödəmədikdə ödəniş müddətinin pozulduğu gündən etibarən əsas borcun qalığına əlavə illik 15.7 % olmaqla cərimə faizi ödəyir. 3.1.2ci bəndə əsasən borcalan kredit ödənişini gecikdirdikdə, borcun qaytarılması tələbi üzrə təhlükə yarandıqda, bu müqavilədə və/və ya öhdəliyin icrasının təminatı müqaviləsində nəzərdə tutulmuş hallardan biri baş verdikdə Bankın kreditin verilməsini dayandırmaq, verilmiş kreditin, faizlərin, cərimə faizlərinin və s. Xərclərin əvəzinin dərhal qaytarılmasını tələb etmək hüququ vardır. 3.1.5-ci bəndinə əsasən Bankın kredit müqaviləsi ilə müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin məbləğində Borcalanın kredit borcunu artırmaq hüququ vardır. Məhkəmə iclasında İddiaçı ASC -nin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək izahatında göstərmişdir ki, İddiaçı ASC ilə X3 arasında bağlanılmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən ona illik 15.7 faizlə 24 ay müddətinə 9000 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X2 vərəsəsidir. Cavabdehə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq kredit müqaviləsi üzrə verilmiş vəsait və ona hesablanmış faizlər tam və vaxtında ödəməsi barədə xəbərdarlıq edilmişdir. Kredit müqaviləsinə əsasən əsas borc üzrə 5575,11 AZN, faiz borcu üzrə 55,92 AZN olmaqla, cəmi 5631,03 AZN borc mövcuddur. Ona görə məhkəmədə iddia qaldırılmışdır. Xahiş edir iddia tam təmin edilsin. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul edərək izahatında göstərmişdir ki, iddianı qəbul edir. Borcu inkar etmir. Borcunu ödəyəcək. Bu barədə ərizəsini məhkəmyə təqdim edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. - Kredit müqaviləsindən müəyyən edilir ki, TuranBank ASC-nin “Xaçmaz” filialı ilə X3 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, İK 3602/F-22 saylı kredit müqaviləsi üzrə illik faiz dərəcəsi 15.7 % olmaqla, 24 ay müddətinə 9,000 AZN (doqquz min manat) məbləğində kredit verilmişdir. - Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. - Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən TuranBank ASC-yə daxil olmuş rəsmi məlumata əsasən X2 adına xx.xx.2022-ci ildə vərəsəlik işi açılmış, Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xx.xx.2022-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərə və müqavilənin şərtlərinə riayət etməmiş, müqavilə üzrə tələbləri davamlı şəkildə pozmuşdur. Cavabdeh X3 xx.xx.2022-ci ildə vəfat etmişdir. AR Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsindən TuranBank ASC-yə daxil olmuş rəsmi məlumata əsasən X2 adına xx.xx.2022-ci ildə vərəsəlik işi açılmış, Cavabdeh vərəsəlik şəhadətnaməsi verilmişdir. Cavabdeh müqavilə üzrə əsas, faiz və gecikdirilmiş borcu ödəməmiş, borc pulu qaytarmaqdan yayınmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək, iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının kredit müqaviləsi üzrə əsas və faiz borcunun cavabdehdən tutulması hissədə iddia təmin edilməlidir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehdən ödənilmiş 76.32 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir Belə ki, AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehdən 5,575.11 AZN əsas, 55.92 AZN faiz borcu, cəmi 5,631.03 AZN və ödənilmiş 76.32 AZN manat məbləğində dövlət rüsüsumu tutularaq “TuranBank ASC-nin xeyrinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5,575.11 AZN əsas, 55.92 AZN faiz borcu, cəmi borcu 5,631.03 manat və ödənilmiş 76.32 manat məbləğində dövlət rüsumu tutularaq “TuranBank ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar