Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2416/2024 17.12.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh (eyni zamanda digər cavabdehlərin nümayəndəsi) Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Kommersiya Bankı (ləğv prosesindədir) QSC-nin cavabdehlər Nümayəndə2, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" Kommersiya Bankı (ləğv prosesindədir) QSC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, QSC "xxxx" KB ilə X4 arasında bağlanmış xx.xx.2015-ci il tarixli 1xx/xx/115248/15 saylı kredit müqaviləsi üzrə cavabdehin hüquqi varisləri Cavabdeh3, Cavabdeh2 və Nümayəndə2 1.526,08 (bir min beş yüz iyirmi altı manat, 08 qəpik) manat məbləğində əsas borc, müqavilə müddəti üzrə hesablanmış 338,83 (üç yüz otuz səkkiz manat, 83 qəpik) manat məbləğində faiz borcu, 1.727,28 (bir min yeddi yüz iyirmi yeddi manat, 28 qəpik) manat məbləğində cərimə borcu, 448,35 (dörd yüz qırx səkkiz manat, 35 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 4.040,54 (dörd min qırx manat, 54 qəpik) manat məbləğində pulun, 60.41 (altmış manat, 41 qəpik) manat dövlət rüsumunun ləğv prosesində olan Qapalı Səhmdar Cəmiyyəti "xxxx" Kommersiya Bankının xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, QSC "xxxx" KB (bundan sonra- Bank) ilə X4 (bundan sonra - Cavabdeh) arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/115248/15 saylı müqavilə (bundan sonra- Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. X4 öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmişdir. İddiaçı LPO QSC "xxxx" KB yaranmış borc tələbinə dair X3 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və dəbbə pulunun ödənilməsinə dair Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə gedişatı zamanı məlum olmuşdur ki, cavabdeh xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu səbəbdən də Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(067)- 2505/2018 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Hüquqi varisinin müəyyən edilməsi üçün Xaçmaz rayon bir saylı Notariat ofisinə müraciət edilmişdir. Müraciətə cavab olaraq bildirilmişdir ki, xx.xx.2016-cı il tarixdə 2V-174 saylı reyestrlə rəsmiləşdirilmiş “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”yə əsasən xx.xx.2016-cı il tarixdə vəfat etmiş X2 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Nümayəndə2dır. xx.xx.2015-ci il tarixli 1xx/xx/115248/15 saylı kredit müqaviləsi üzrə X2 Banka 1.526,08 (bir min beş yüz iyirmi altı manat, 08 qəpik) manat məbləğində əsas borc, müqavilə müddəti üzrə hesablanmış 338,83 (üç yüz otuz səkkiz manat, 83 qəpik) manat məbləğində faiz borcu, 1.727,28 (bir min yeddi yüz iyirmi yeddi manat, 28 qəpik) manat məbləğində cərimə borcu, 448,35 (dörd yüz qırx səkkiz manat, 35 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu ümumilikdə isə 4.040,54 (dörd min qırx manat, 54 qəpik) manat məbləğində borcu qalmışdır. Bununla bağlı vəfat etmiş X2 vərəsələri Cavabdeh3, Cavabdeh2 və Nümayəndə2 bildiriş məktubu ünvanlanmışdır. Lakin buna baxmayaraq cavabdehlər banka olan borcu ödəməmişdirlər. Məhkəmə iclasında cavabdeh (eyni zamanda digər cavabdehlərin nümayəndəsi) Nümayəndə2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, əri kredit alıb. Onların həmin kreditin alınmasından xəbərləri olmayıb. Bank tərəfindən 2018-ci ildə məhkəmədə iddia qaldırılıb. Əri rəhmətə getdiyi üçün iddia baxılmamış saxlanılıb. Bu illər ərzində onlara heç bir xəbərdarlıq olunmayıb. Bank tərəfindən iddia müddəti ötürülüb. 2020-ci ildə iddia müddəti bitib. Müddət ötdüyünə görə hazırki iddia əsassızdır. Onlardan pul tələb edə bilməzlər. Onlara 2024-cü il tarixdə məlumat gəlib. Bildiriş və məhkəmə müraciətləri 2024cü ildə olub. Bu hal məhkəmə.gov.az saytında öz təsdiqini tapır. İddiaçı tərəfindən notariusa və məhkəməyə 2024-cü il tarixdə müraciətlər olunub. Ötən müddət ərzində isə bank tərəfindən heç bir hərəkət olunmayıb. Onlar illərlə bu işlə maraqlanmayıblar. İddianın rədd edilməsini xahiş edir. Məhkəmə, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Belə ki, QSC "xxxx" KB (bundan sonra-Bank) ilə X4 (bundan sonra - Cavabdeh) arasında xx.xx.2015-ci il tarixində kredit verilməsi haqqında 1xx/xx/115248/15 saylı müqavilə (bundan sonra- Kredit Müqaviləsi) bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 28 (iyirmi səkkiz) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Müqavilənin bitmə müddəti xx.xx.2017-ci ildir. X4 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Həmin vaxtdan Banka heç bir ödəniş olmamışdır. xx.xx.2018-ci il tarixdə Bank Xaçmaz Rayon Məhkəməsində X3 qarşı iddia qaldırmış, cavabdehin vəfat etməsi ilə bağlı iddianın baxılmamış saxlanılması haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli Qərardadı ilə iddiaçının ərizəsi əsasında iddia baxılmamış saxlanılmışdır. Bundan sonra, xx.xx.2024-cü il tarixində Bank vəfat etmiş cavabdeh Anar Nəsrullazadənin hüquqi varisləri Cavabdeh3, Cavabdeh2 və Nümayəndə2 qarşı pul tələbi ilə Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Nümayəndə2 ərizə ilə müraciət edərək qanunla müəyyən olunmuş iddia müddətinin ötürüldüyünü bildirərək iddia tələbinin təmin edilməməsini xahiş etmişlər. Göründüyü kimi, kredit müqaviləsinin bitdiyi xx.xx.2017-ci il tarixindən Bankın cavabdehlərə qarşı iddia qaldırdığı xx.xx.2024-cü il tarixinədək 7 il keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunan Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 381.1-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Beləliklə də, iş materialları ilə müəyyən olunur ki, Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə nəzərdə tutulmuş iddia müddəti buraxılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından, cavabdeh isə iddia müddətinin tətbiq olunmasını tələb etdiyindən iddia tələbi rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov
Məhkəmə qərarları › İş №e-2(067)-2416/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2416/2024
17.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver