Məhkəmə qərarları › İş №e-2(067)-2478/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2478/2025

08.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2478/2025 08.10.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2, Cavabdeh6, Əliyeva (Bəkmirzəyeva) Kamilə Şahrza qızı, Cavabdeh3, Ramazanova (Bəkmirzəyeva) Rəvanə Şahrza qızı, Cavabdeh1 30 iyul 2014cü il tarixli, CC/51122/43/19 saylı müqaviləyə əsasən 1885.93 manat əsas, 10 aprel 2013cü il tarixli, BAL0252419/13 saylı müqaviləyə əsasən 479.85 manat əsas, cəmi 2365.78 manat borcun və hər kredit üzrə cəmi 69 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış 30 iyul 2014-cü il tarixli, CC/51122/43/19 saylı müqaviləyə əsasən 3000 manat, 10 aprel 2013cü il tarixli, BAL0252419/13 saylı müqaviləyə əsasən 500 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X2 2365.78 manat Banka borcu vardır. X4 13 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Quba regional “Asan xidmət” mərkəzi notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu X2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərmişdir ki, Cavabdeh2 tərəfindən iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə ərizə daxil olmuşdur. Hesab edirlər ki, həmin ərizə əsassızdır. xx.xx.2018-ci il tarixli şəhadətnamədən göründüyü kimi, vərəsələrə 0,1401 hektardan ibarət torpaq sahəsi çatmışdır. Mülki Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr kreditlə bağlı banka məlumat verməli idilər. Lakin vərəsələr telefon vasitəsilə danışıqlar aparılmasına baxmayaraq, vərəsələr tərəfindən mirasın qəbul edilməsi ilə bağlı heç bir məlumat verilməmişdir. Vərəsəliyin açılması ilə bağlı dəfələrlə soruşsalar da vərəsəliyin açılmadığı bildirilmişdir. Banka xx.xx.2024-cü il tarixdə notarius tərəfindən vərəsəliklə bağlı verilmiş sorğuya cavaba əsasən miras əmlakla bağlı vərəsəliyin açılması məlum olmuşdur. Hazırki mülki işə cavabdeh qismində əlavə olunmuş vərəsələr vəfat etmiş şəxsin vərəsələridir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən digər tərəfdən nəzərə alınmalıdır ki, vərəsələrin kredit borcundan məlumatları olduğu halda banka məlumat verməmələri sui-istifadə halı kimi qiymətləndirərək müddətin ötürülməsinə gətirib çıxarır. Hazırki məsələdə də, banka məlumat verməyərək məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmışlar. Hesab edir ki, iddia müddətinin tarixi xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Konustitusiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən vərəsliyin açılması barədə banka məlumat verilməməsi hüquqlardan sui istifadə kimi qiymətləndirilməlidir. Ona görə də ərizənin əsassız hesab edilməklə iddia tələbinin tam təmin edilməsini xahiş edir. Cavabdehin vəfat etməsi barədə onlara vaxtında məlumat verilmiş, vərəsəliyin açılması barədə də cavabdeh tərəf banka məlumat verməli idi. Vərəsəlik barədə notariusdan məlumat almaq bankın vəzifəsi deyil, borclu vərəsəlik açılan zaman banka məlumat verməlidir. Krediti alan şəxs 2015-ci ildə vəfat etmişdir. Həmin dövrdə qanunun tələblərinə əsasən vərəsəlik 6 ay müddətində açılır. Mülki Məcəllənin 1309-cu maddəsinə əsaslanır. Ola bilsin ki, bank vərəsəlik barədə rəsmi sorğu göndərməmişdir. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, hesab edir ki, iddia müddəti keçmişdir. Krediti alan şəxsin vəfat etməsi barədə banka məlumat verilmiş və onun ölüm haqqında şəhadətnaməsi təqdim edilmişdir 2018-ci ildə isə vərəsəlik şəhadətnaməsi alınmışdır. İş üzrə digər cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə cavabdehlərin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; - -cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanmış 30 iyul 2014-cü il tarixli, CC/51122/43/19 saylı kredit sazişi müqaviləsindən görünür ki, İddiaçı ASC borclu X3 24 ay müddətinə, illik 23% olmaqla 3000 manat məbləğində kredit vermişdir. -cavabdeh X4 ilə İddiaçı ASC arasında bağlanmış 17 may 2013-cü il tarixli, BAL0252419/13 saylı müqavilədən görünür ki, İddiaçı ASC borclu X3 500 manat məbləğində kredit vermişdir. -xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış 30 iyul 2014-cü il tarixli, CC/51122/43/19 saylı müqaviləyə əsasən cavabdehin iddiaçıya 1885.93 manat məbləğində əsas, BAL0252419/13 saylı müqaviləyə əsasən 479.85 manat məbləğində faiz borcu vardır. -Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün cəmi 69 manat dövlət rüsumu ödənilmişdir. -qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2018-ci il tarixli, reyestrdə 2V-976 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi Cavabdeh2, əkmirzəyeva Aliyyə Şaherza qızı, Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Cavabdeh3dır və onlar hər biri miras əmlakdan 1/12 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak X3 verilmiş **********706 reyestr nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1i ünvanında yerləşən, ümumi sahəsi 0.1401 ha olan torpaq sahəsinin X3 çatan hissədən ibarətdir. -Cavabdeh2 etiraz ərizəsində göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddia ərizəsində qeyd olunan 18 sentyabr 2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən ona və digər cavabdehlərə mərhum X1 miras qalan əmlak kimi cəmi 0,02 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras olaraq keçmişdir. Həmin torpaq sahəsi də 2018-ci il tarixdə satılmışdır. Bundan da əlavə iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, qanunvericiliyə əsasən, yəni Azərbaycan Respublikası Mülki Məcəllənin 373-cü maddəsinə əsasən müqavilələrdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. Kredit alan Aynaxanım Bəkmirzəyeva 13 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Üstündən 10 ildən də artıq müddət küeçdikdən sonra iddiaçı məhkəmədə hazırki iddianı qaldırmışdır. Yuxarıda göstərilənləri və iddiaçı tərəfindən iddia müddətinin buraxılması nəzərə alınmaqla iddia müddətinin tətbiq etməklə İddiaçı ASC-nin ona və digər cavabdehlərə qarşı kredit borcunun qaytarılması barədə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. -etiraz ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh2 verilmiş arayışdan görünür ki, 5 saylı Xaçmaz ərazi İdarəsi üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı daşınmaz əmlakın dövlət reyestrində, ƏMDK və DTXK tərəfindən təqdim edilmiş elektron bazada məlumat yoxdur. -iddiaçı tərəf məhkəməyə verdiyi mülahizəsində göstərmişdir ki, Cavabdeh2 məhkəməyə iddia ərizəsinə etiraz və iddia müddətinin buraxılması ilə bağlı ərizə təqdim etmişdir. Hesab edirlər ki, həmin ərizə əsassızdır. Cavabdeh ərizəsində vərəsələrə çatan torpaq sahəsinin 0.02 ha olduğunu bildirsə də, iş materiallarına əlavə olunmuş xx.xx.2018ci il tarixli şəhadətnamədən də göründüyü kimi vərəsələrə çatan torpaq sahəsinin ümumi sahəsi 0,1401 hektardan ibarətdir. Cavabdehin özünün də qeyd etdiyi kimi, həmin torpaq sahəsi miras əmlakın açılması və vərəsəliyin qəbul edilməsi kreditora, yəni iddiaçıya məlumat verilmədən satılmış və borcun ödənilməsindən yayınılmışdır. İddia müddətinin ötürülməsi ilə bağlı hissədə isə qeyd etmək istəyirlər ki, iddia müddəti ötürülməmişdir. Belə ki, cavabdehlərin vərəsəsini qəbul etdikləri X4 ilə xx.xx.2014-cü il tarixində bağlanmış müqaviləyə əsasən borcluya 3000 azn, xx.xx.2013-cü il tarixli müqaviləyə əsasən isə 500 manat məbləğində kredit verilmişdir və hazırda mərhumun Banka xx.xx.2024-cü il tarixli müqaviləyə görə 1885.93 manat əsas, xx.xx.2013-cü il tarixli müqaviləyə görə 479.85 manat əsas borcu olmaqla, ümumilikdə 2365.78 manat borcu vardır. Borclu xx.xx.2015-ci il tarixində vəfat etmişdir. xx.xx.2018-ci il tarixli şəhadətnamədən görünür ki, iş üzrə cavabdehlər mərhumun vərəsələridirlər. Cavabdehlər vərəsəsi olduqları şəxsin borcu olması ilə bağlı xəbərdar olmuşlar və dəfələrlə borcun ödənilməsi ilə bağlı müraciət olunsa da, cavabdehlər borcu ödəməkdən imtina etmişlər. Belə ki, ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Göründüyü kimi, qanunvericiliyə əsasən vərəsəliyin açılması barədə məlumatın əldə olunması bankın borcu deyildir. Lakin, vərəsələr (hazırkı iş üzrə cavabdehlər) qanun üzrə vərəsəliyin açılması ilə bağlı banka rəsmi və qeyri-rəsmi məlumat verməməklə qanunvericiliyin tələblərini pozmuşdurlar. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumatı isə yalnız xx.xx.2024-cü il tarixində notariusun cavabı ilə məlumatlı olmuşdur. Borclular borcu ödəməkdən imtina etdikləri üçün məhkəməyə müraciət olunmuşdur. Vərəsələr miras əmlakı təxminən vərəsənin ölümündən təxminən 3 il 3 ay sonra qəbul edib, kreditora bu barədə bilərəkdən məlumat verməməklə bankın məhkəmə müdafiəsi hüququndan istifadə edə bilməməsinə səbəb olmuşdurlar. Azərbaycan Respublikasının Konsitutisiya Məhkəməsinin 19 iyun 2025-ci il tarixli qərarına əsasən, digər tərəfdən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 1309-cu maddəsinə görə, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat vermək vərəsələrin borcu kimi müəyyən olunmuşdur. Beləliklə, vicdanlılıq prinsipinin tələbləri baxımından kreditorun iddia müddəti daxilində borclunun iddia tələbinə cavab verməli olan vərəsələrinin müəyyənləşdirilməsi (adı, ünvanı və s.) üçün zəruri tədbirləri görməsinə baxmayaraq, vərəsələr bilərəkdən mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməməklə, mirasın qəbulu məsələsi ilə bağlı mübahisələr yaratmaqla və digər hərəkətlərlə kreditorun tələb irəli sürməsinin gecikməsinə səbəb olarsa, onların sonradan iddia müddətinin tətbiqinə dair ərizə verməsi borclunun iddia müddəti ilə bağlı fərdi müdafiə hüququndan sui-istifadəsi kimi qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Cavabdeh2 iddia ərizəsinə etiraz və iddia müddətin ötürülməsi ilə bağlı məhkəməyə təqdim olunmuş ərizəsində göstərilən halların nəzərə alınmamasını və iddia tələblərinin təmin olunmasını xahiş edirlər. Məhkəmə iclasında müəyyən edildi ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış 30 iyul 2014-cü il tarixli, CC/51122/43/19 saylı müqaviləyə əsasən 3000 manat, 10 aprel 2013-cü il tarixli, BAL0252419/13 saylı müqaviləyə əsasən 500 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X2 2365.78 manat Banka borcu vardır. X4 13 iyun 2015-ci il tarixdə vəfat etmişdir. Quba regional “Asan xidmət” mərkəzi notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddiaçı ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdehlərdən hər iki müqavilə üzrə cəmi 2365.78 manat borcun tutulmasını xahiş edir. Cavabdehlərdən Cavabdeh2 iddianı qəbul etməyərək, məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə təqdim etmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli Qərarına əsasən iddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır. Qərarda həmçinin göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Göründüyü kimi, mülki qаnunvеricilikdə iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, mərhum X4 ilə Bank arasında kredit müqaviləsi xx.xx.2014-cü il tarixdə 24 ay müddətinə bağlanmışdır. Yəni kredit müqaviləsinin son icra tarixi xx.xx.2016-cı ilə təsadüf etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan halda, iddiaçının öz hüququnun pozulduğu bilməli olduğu gün kredit müqaviləsinin müddətinin bitdiyi gündən-, yəni xx.xx.2016-cı ildən hesablanmalıdır. İddia müddətinin axımı xx.xx.2016-cı il tarixdən hesablandığı təqdirdə isə Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2019-cu il tarixdə bitmiş olur. İddia ərizəsi isə məhkəməyə xx.xx.2025-ci ildə daxil olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia müddətinin tətbiqinə dair münasibət bildirməklə qeyd etmişdir ki, hazırki iş üzrə cavabdehlər X2 vəfat etməsi barədə məlumat versələr də, vərəsəlik şəhadətnaməsinin verilməsi barədə məlumat verilməmişdir. xx.xx.2018-ci il tarixli şəhadətnamədən görünür ki, iş üzrə cavabdehlər mərhumun vərəsələridirlər. Bu fakt da onu göstərir ki, iddiaçı bank borlunun vəfat etməsi barədə məlumatlı olmuş, lakin buna baxmayaraq, borclunun miras əmlakına dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən uzun müddət sonra iddia tələbi ilə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Xaçmaz Rayon Məhkəməsinə xx.xx.2025-ci il tarixdə müraciət etmişdir. İddiаçı iddia müddətinin üzrlü səbəblərdən buraxılması ilə bаğlı halları izahatlarında bildirməmiş və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin (bundan sonra MPM) 77.1-ci mаddəsinə müvаfiq qаydаdа əsаslı və mötəbər sübutlаrı təqdim еtməmişdir. Bununlа dа, məhkəmə hеsаb еdir ki, iddiaçı iddia tələbi üzrə iddia müddətini üzürsüz səbəblərdən ötürmüş, həmçinin iş üzrə cаvаbdеh tərəf bu tələb üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Mülki qаnunvеricilikdə iddiа müddətinin kеçməsi iddiа tələbinin rədd еdilməsinin müstəqil əsаsı kimi müəyyən еdilmişdir. Beləliklə məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 372-384-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti üç il olduğundan, iddiaçının cavabdehlərdən yaranmış borc məbləğini həmin müddət ərzində tələb etmədiyindən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göründüyü kimi tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Bu baxımdan cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda göstərilənə əsasən məhkəmə hesab edir kiİddia təmin edilməmlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı pul tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar