Məhkəmə qərarları › İş №e-2(067)-2666/2022

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-2666/2022

29.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-2666/2022 29.11.2022 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDI: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2137.47 manat məbləğində əsas borc və 199.96 manat məbləğində faiz borcu olmaqla, cəmi 2337.43 manat məbləğində kredit borcunun və ödənilmiş 43.78 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus saxlanca qəbul edilmə aktına əsasən saxlanca qoyulmuş 8 ədəd qızıl-zinət əşyası (1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 3 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 14 aprel 2021-ci il tariхli, 300840-119734/7 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 3577 (üç min beş yüz yetmiş yeddi) manat məbləğində krеdit vеrilmişdir. Eyni zamanda bank və digər cavabdehlər Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 300840-119734/7 nömrəli və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 300840-119734/7-2 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqaviləsinin 4.2-ci bəndinə əsasən zamin bank qarşısında borcalanla eyni dərəcədə kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsində cavabdehlik daşıyır. xx.xx.2021-ci il tarixli 300840-119734/7 nömrəli Girov müqaviləsinə əsasən həmin saylı kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 məxsus 8 ədəd qızıl-zinət əşyası (1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 3 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik) 119734\6 saylı saxlanc qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca qoyulmuşdur. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, onlar Banka olan borclarını ödəməmişlər. xx.xx.2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 2137.47 manat məbləğində əsas bоrc və 199.96 manat faiz borcu оlmaqla, ümumilikdə 2337.43 manat məbləğində kredit bоrcu yaranmışdır. İstehlak Krеdit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. İddiaçı ASC-i iddia ərizəsinə əlavəsini onunla əsaslandırmışdır ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra cavabdehlər tərəfindən banka müəyyən ödənişlər edilmişdir. Bu səbəbdən də cavabdehlərin xx.xx.2022-ci il tarixə banka olan borcu, əsas borca görə 1240.43 manat , faiz borcuna görə 51.12 manat, cəmi 1291.55 manat və 43.78 manat dövlət rüsumunun, eyni zamanda tutmanın bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus saxlanca qəbul edilmə aktına əsasən saxlanca qoyulmuş 8 ədəd qızıl-zinət əşyası (1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 3 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik) yönəldilməsi, qızıl-zinət əşyalarının hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri göndərilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. İddiaçı ExpressBank” ASC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsi haqqında məhkəməyə ərizə göndərmişdir. Məhkəmə iddiaçı ExpressBank” ASC-nin və MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə olan sübutları araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tariхli, kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh2 arasında bağlanmış 14 aprel 2021-ci il tariхli, 300840-119734/7 nömrəli kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, illik 25% dərəcəsi ilə 3577 (üç min beş yüz yetmiş yeddi) manat məbləğində krеdit vеrilmişdir.. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 300840-119734/7 və 300840-119734/7-2 saylı zaminlik müqavilələrindən müəyyən olunur ki, Cavabdeh1 arasında xx.xx.2021-ci il tarixli, 300840-119734/7 nömrəli və Cavabdeh3 arasında xx.xx.2021-ci il tarixli, 300840- 119734/7-2 nömrəli zaminlik müqavilələri bağlanmışdır.İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış kredit müqaviləsi üzrə borclu Cavabdeh2 öhdəliklərinə görə öz üzərlərinə məsuliyyət götürmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 300840-119734/7 nömrəli Girov müqaviləsindən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli 300840-119734/7 kredit müqaviləsinin təminatı qismində Cavabdeh2 məxsus 8 ədəd qızıl-zinət əşyası (1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 3 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik) 119734\6 saylı saxlanc qəbul edilmə aktına əsasən bankın pul anbarına saxlanca verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Cavabdeh2 İddiaçı ASC-nə olan borcu 1240.43 manat məbləğində əsas borc və 51.12 manat məbləğində faiz borcu olmaqla, cəmi 1291.55 manat təşkil edir. İş materiallarında olan xəbərdarlıq məktublarından müəyyən olunur ki, cavabdehlərə kredit müqaviləsinin şərtlərini pozaraq kredit və faiz borcunun ödənilməsini gecikdirdiklərinə görə xəbərdarlıq edilmişdir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, İddiaçı ASC cavabdehlərə qarşı iddia tələbi ilə əlaqədar cəmi 43.38 manat məbləğində dövlət rüsumu ödəmişdir. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Zaminlik öhdəliyin icrasının təmin edilməsi üsulu kimi kreditorla borclunun arasında mövcud olan öhdəlik münasibətinə müqavilə əsasında üçüncü bir şəxsin qatılması baş verir. Kreditorla bağladığı müqavilə arasında zamin adlanan həmin üçüncü şəxs borclunun kreditoru qarşısında onun öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik müqaviləsi həm mövcud öhdəliyin, həm də gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün bağlana bilər. Zamin kreditorun qarşısında borclunun öhdəliyinin borcu ilə birlikdə öz əmlakı hesabına ödənilməsi vəzifəsini və bu vəzifəni pozduğu halda müəyyən məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Başqasının öz öhdəliyini yerinə yetirəcəyinə təminat verən zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddədə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyəti tam dəqiqliyi ilə tənzimlənmişdir. Zaminlik müqaviləsinə əsasən zamin kreditor qarşısında borlcunun öz öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq zaminlikdə hər hansı bir əmlakın girov qoyulması tələb olunmur. əgər girov əmlak təminatlıdırsa, zaminlik şəxsi təminardır. Əsas öhdəlik icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin borclu ilə yanaşı kreditorun qarşısında bir qayda olaraq birgə məsuliyyət daşıyır. Bu ümumi qaydadan istisna olaraq qanunda və zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutula bilər. Məlumdur ki, birgə məsuliyyətdən fərqli olaraq subsidiar məsuliyyət əsas borclunun məsuliyyətinə görə əlavə məsuliyyətdir. Zaminin subsidiar məsuliyyəti müəyyən edildikdə kreditor zaminə qarşı tələb irəli sürməzdən əvvəl əsas borcludan icranı tələb etməlidir. Borcludan icraya nail olmadıqda kreditor öz tələbini zaminə qarşı irəli sürə bilər. birgə məsuliyyətdə isə belə növbəlilik yoxdur. Kreditor öz tələbini öz seçimi ilə birbaşa zaminə qarşı və ya borcluya qarşı, yaxud da onların hər ikisinə qarşı irəli sürə bilər. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından «, İddiaçı ASC-i ilə cavabdehlər arasında müqavilə (kredit və zaminlik) hüquq münasibətlərindən irəli gələn, öhdəlik münasibətləri yaranmışdır və iddiaçının cavabdehlərdən müştərək qaydada kredit borcunun qaytarılması ilə bağlı tələbləri də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Məhkəmə iş üzrə sübutlara qiymət verərək hesab edir ki, « Expressbank » Açıq Səhmdar cəmiyyəti ilə cavabdehlər arasında bağlanmış kredit və zaminlik müqavilələri üzrə sonuncuların müqavilə öhdəliklərini yerinə yetirməməsi sübuta yetirilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia ərizəsi üçün ödənilmiş 43.38 manat dövlət rüsmundan 32.91 manat dövlət rüsumu cavabdehlərdən alınaraq, İddiaçı Açıq Səhmdar cəmiyyətinin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərkən hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1240.43 manat məbləğində əsas borc və 51.12 manat məbləğində faiz borcu olmaqla, cəmi 1291.55 manat məbləğində kredit borcunun və ödənilmiş 32.91 manat dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə verilməli, Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus saxlanca qəbul edilmə aktına əsasən saxlanca qoyulmuş 8 ədəd qızıl-zinət əşyalarına (1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 3 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik) yönəldilməli, qızıl-zinət əşyaları hərracda satılmalı və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360 və 362-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 1240.43 manat məbləğində əsas borc və 51.12 manat məbləğində faiz borcu olmaqla, cəmi 1291.55 manat məbləğində borc pul və ödənilmiş 32.91 manat dövlət rüsumu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Bank qarşısında girov qoyulmuş, mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus saxlanca qəbul edilmə aktına əsasən saxlanca qoyulmuş 8 ədəd qızıl-zinət əşyalarına (1 ədəd bilərzik, 1 ədəd qadın dəsti, 3 ədəd üzük, 1 ədəd kulon, 1 ədəd boyunbağı, 1 ədəd bilərzik) yönəldilsin, qızıl-zinət əşyaları hərracda satılsın və satışdan əldə olunacaq vəsait hesabına borc ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar