Məhkəmə qərarları › İş №e-2(067)-268/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-268/2025

30.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-268/2025 30.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Aynur Məhəmməd qızının sədrliyi, məhkəmə iclas katibi Həsənli Rövşən Xudat oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pulun tutulması, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 1804,01 manat əsas, 185,87 manat faiz, 96,57 manat məbləğində cərimə olmaqla, cəmi 2086.45 manat məbləğində borcun və 40,87 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması, tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin müştərək qaydada Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2024-cü il tarixli, XC0019033-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 1924 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl-zinət əşyalarını iddiaçıya girov qoymuşdur. Lakin, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, tərəfimizdən məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq,cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Belə ki, cavabdeh tərəfin iddiaçı "xxxx" ASC-yə ödənilməmiş 1804,01 manat əsas, 185,87 manat faiz və 96,57 manat məbləğində cərimə borcu mövcuddur. İş üzrə iddiaçının nümayəndəsi məhkəmənin ünvanına ərizə göndərərək işə iştirakları olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh göstərmişdir ki, iddiada göstərilən məbləği qəbul edir. Girov qoyulmuş qızılların satılmasını istəmir. Borcu hissə-hissə ödəyəcəkdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2024-cü il tarixli, XC0019033-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 1924 manat kredit vermişdir. -xx.xx.2024-cü il tarixli XC0019033-2024 nömrəli saxlanc girovun likvid qiymətləndirməsi aktından görünür ki, 1 ədəd 2.79 qram çəkidə 583 əyarlı boyunbağı (qırıq) 161.82 manat, 1 ədəd 2.48 qram çəkidə 583 əyarlı qolbaq 143.84 manat, 1 ədəd 4.60 qram çəkidə 583 əyarlı üzük 266.80 manat, 1 ədəd 0.80 qram çəkidə 583 əyarlı kulon 46.40 manat, 1 ədəd 4.38 qram çəkidə 750 əyarlı üzük (bir qaş) 324.12 manat, 1 ədəd 4.72 qram çəkidə 750C əyarlı üzük (bir qaş) 339.84 manat dəyərləndirilmişdir. -xx.xx.2024-cü il tarixli XC0019033-2024 nömrəli saxlanc girovun real bazar qiymətləndirməsi aktından görünür ki, 1 ədəd 2.79 qram çəkidə 583 əyarlı boyunbağı (qırıq) 344 manat, 1 ədəd 2.48 qram çəkidə 583 əyarlı qolbaq 306 manat, 1 ədəd 4.60 qram çəkidə 583 əyarlı üzük 567 manat, 1 ədəd 0.80 qram çəkidə 583 əyarlı kulon 99 manat, 1 ədəd 4.38 qram çəkidə 750 əyarlı üzük (bir qaş) 689 manat, 1 ədəd 4.72 qram çəkidə 750C əyarlı üzük (bir qaş) 723 manat dəyərləndirilmişdir. -xx.xx.2024-cü il tarixli AA00015273 nömrəli girovun ilkin qiymətləndirilməsi aktından görünür ki, 1 ədəd 2.79 qram çəkidə 583 əyarlı boyunbağı (qırıq) 161.82 manat, 1 ədəd 2.48 qram çəkidə 583 əyarlı qolbaq 143.84 manat, 1 ədəd 4.60 qram çəkidə 583 əyarlı üzük 266.80 manat, 1 ədəd 0.80 qram çəkidə 583 əyarlı kulon 46.40 manat, 1 ədəd 4.38 qram çəkidə 750 əyarlı üzük (bir qaş) 324.12 manat, 1 ədəd 4.72 qram çəkidə 750C əyarlı üzük (bir qaş) 339.84 manat dəyərləndirilmişdir. -xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli XCLMB03687 nömrəli krеdit müqaviləsinə əsasən cavabdehin iddiaçıya 11687 manat əsas, 978,35 manat faiz borcu vardır. -"xxxx" ASC-nin cavabdehə ünvanladığı xx.xx.2024-cü il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehə öhdəliklərinin yerinə yetirilməsi zəruriliyi barədə xəbərdarlıq edilmişdir. -ödəniş məlumatından görünür ki, iddiaçı tərəfindən mülki işin Xaçmaz Rayon Məhkəməsində baxılması üçün 40.87 manat dövlət rüsumu ödənilmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 18 aprel 2024-cü il tarixli, XC0019033-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 1924 manat kredit vermişdir. İş üzrə iddiaçı kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi yerinə yetirmiş həmçinin, girov müqaviləsi üzrə hüquqlarını həyata keçirmiş, lakin cavabdeh müqavilə üzrə öhdəliyi lazımınca icra etməyərək kredit müqaviləsi bağlandığı andan əsas borc və faiz borcunu ödəməyərək kredit müqaviləsinin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında mövcud olan mübahisəli hüquq münasibəti xx.xx.2024-cü il tarixdə kredit müqaviləsinin bağlanması ilə yarandığından bu münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2023-cü il oktyabırın 1-dən etibarən qüvvədə olan maddi hüquq normaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 284.2-ci maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov qoyan yalnız girov saxlayanın razılığı ilə girov predmetini özgəninkiləşdirə bilər, başqa şəxsin icarəsinə və ya əvəzsiz istifadəsinə verə bilər və ya ona dair digər sərəncamlar verə bilər. 293.1-ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər: 293.1.1. girov predmeti onu saxlayan girov qoyanın sahibliyindən girov müqaviləsinin şərtlərinə uyğun olmayaraq çıxdıqda; 293.1.2. girov qoyan girov predmetinin əvəz edilməsi qaydalarını pozduqda; 293.1.3. əgər girov qoyan bu Məcəllənin 287-ci maddəsində nəzərdə tutulan hüquqdan istifadə etməyibsə, girov predmeti girov saxlayanın cavabdeh olmadığı səbəblərdən itirildikdə. 293.2- ci maddəsinə əsasən aşağıdakı hallarda girov saxlayan girovla təmin edilmiş öhdəliyin vaxtından əvvəl icrasını tələb edə bilər, tələbi yerinə yetirilmədikdə isə tutmanı girov predmetinə yönəldə bilər: 293.2.1. girov qoyan sonrakı girov qaydasını pozduqda; 293.2.2. girov qoyan bu Məcəllənin 283.1 və 283.2-ci maddələrində nəzərdə tutulan vəzifələri yerinə yetirmədikdə; 293.2.3. girov qoyan girov qoyulmuş əşyadan istifadə və ona dair sərəncam verilməsi qaydalarını pozduqda. 294.1 ci maddəsinə əsasən girova aşağıdakı hallarda xitam verilir: 294.1.4. tutma yönəldilməsi ilə bağlı girov qoyulmuş əmlak satıldıqda 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. 746.1-ci maddəsinə əsasən istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra – istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun: 16.1 ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini sahibliyinə qəbul etdikdən sonra onu hərracda (açıq auksionda) və ya istənilən üsulla sata bilər. 17.1-ci maddəsinə əsasən yüklülük sahibi bu Qanunun 17.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi yüklülük predmetinin satılmasından ən azı 7 (yeddi) iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. 17.3-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətə (oxşar əşyanın oxşar şəkildə alınması zamanı qoyulan qiymət) satmalıdır. 17.6-ci maddəsinə əsasən yüklülük sahibi yüklülük predmetini ağlabatan qiymətdən aşağı qiymətə satdıqda, o, yüklülük verən, hər hansı başqa yüklülük sahibi və yüklülük predmeti üzərində hüquqları olan digər şəxs (şəxslər) qarşısında onlardan hər hansı birinə bununla əlaqədar vurulmuş zərərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İkitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina edilməsi, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə” dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı). Məhkəmə Konstitusiya Məhkəməsinin hüquqi mövqelərindən çıxış edərək bildirir ki, kredit müqaviləsinin ləğvi və ya kredit müqaviləsindən imtina zamanı tərəfin iradə ifadəsinin təfsiri zamanı həmin ifadənin həqiqi məzmunu və hüquqi niyyət təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu zaman yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motivin də nəzərə alınması zəruridir. Məhkəmə iclasında müəyyən olundu ki, borclu Cavabdeh iddiaçı "xxxx" ASC ilə bağladığı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və cavabdeh öhdəliyini icra etməyən borclu kimi qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, mülki iş üzrə mübahisə həll edilərkən, iş materiallarına, işin digər faktiki hallarına istinad edilməlidir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 1804,01 manat əsas, 185,87 manat faiz borcu, 96,57 manat cərimə borcu və 40.87 manat məbləğində dövlət rüsumu tutulmalı, tutma cavabdehə məxsus və girov qoyulmuş qızıl zinət əşyalarına yönəldilməli, həmin qızıl zinət əşyaları açıq hərraca çıxarılaraq satılmalı və girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan müqavilə üzrə borcun ödənilməsinə yönəldilməlidir. İddia tələbinin təmin olunmayan hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış saxlanc girov müqaviləsində tutmanın girov predmetlərinin açıq hərracdan satılmasından əldə edilmiş vəsait kredit müqaviləsi üzrə borcun ödənilməsi üçün yetərli olmazsa, cavabdehin digər əmlakına yönəldilməsi barədə razılaşma olmadığından iddia bu hissədə təmin edilməməlidir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına və xüsusatlara əsasən, məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu iddiaçı və cavabdeh arasında mütənasib şəkildə bölüşdürülməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1804,01 manat əsas, 185,87 manat faiz borcu, 96,57 manat cərimə borcu və 40.87 manat məbləğində dövlət rüsumu tutularaq "xxxx" ASC-nin hesabına ödənilsin. Tutma Cavabdeh məxsus və girov qoyulmuş 1 ədəd 2.79 qram çəkidə 583 əyarlı boyunbağıya (qırıq), 1 ədəd 2.48 qram çəkidə 583 əyarlı qolbağa, 1 ədəd 4.60 qram çəkidə 583 əyarlı üzüyə, 1 ədəd 0.80 qram çəkidə 583 əyarlı kulona, 1 ədəd 4.38 qram çəkidə 750 əyarlı üzüyə (bir qaş), 1 ədəd 4.72 qram çəkidə 750C əyarlı üzüyə (bir qaş) yönəldilsin. Həmin qızıl zinət əşyaları açıq hərraca çıxarılaraq satılsın və girov predmetlərinin açıq hərracda satılmasından əldə edilmiş vəsait qeyd olunan müqavilə üzrə borcun ödənilməsinə yönəldilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar