Məhkəmə qərarları › İş №e-2(067)-2971/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-2971/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-2971/2023 31.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı Bank olmayan kredit təşkilatı “X3” MMC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq,məhkəmə müəyyən etdi: İddiaçı Bank olmayan kredit təşkilatı “X3” MMC ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə BOKT “X3” MMC arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK- 0047128-F saylı Kredit müqaviləsinə əsasən Cavabdeh ödənilməmiş 4721,19 (dörd min yeddi yüz iyirmi bir manat 19 qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 1293,61 (bir min iki yüz doxsan üç manat 61 qəpik) manat faiz borcu, 115,85 (bir yüz on beş manat 85 qəpik) manat cərimə borcu və 358,02 (üç yüz əlli səkkiz manat 02 qəpik) manat müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin (əldən çıxmış fayda) əvəzi olmaqla cəmi 6488,67 (altı min dörd yüz səksən səkkiz manat 67 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 85 (səksən beş) manat dövlət rüsumunun alınaraq BOKT “X3 “ MMC-nə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia baxılmamış saxlanılmalıdır. Belə ki, AR MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə ərizə baxılmamış saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 5.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. AR MPM-nin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Beləliklə, məhkəmə AR MPM-nin 13.4-cü maddəsinə əsasən prosessual hüquq münasibətlərinə analogiya üzrə həmin Məcəllənin 259.0.6-cı maddəsini tətbiq edərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıdakıları və AR MPM-nin 259-260, 263-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Bank olmayan kredit təşkilatı “X3” MMC-nin Cavabdeh qarşı kredit borcu tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçiyə izah olunsun ki, ərizə ilə məhkəməyə yenidən müraciət etməyə hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar