Məhkəmə qərarları › İş №e-2(067)-3022/2023

Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3022/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3022/2023 26.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzə borcun tutulması tələbinə dair iddia ərizəsinə açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2020-ci il tarixli İcarə Müqaviləsinə və həmin İcarə Müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2021-ci il tarixli Müqaviləyə əsasən icarəyə götürdüyü ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə görə ödənilməmiş 93.000 (doxsan üç min) manat məbləğində borcun, ixtisaslı hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 500 (beş yüz) manatın və ödənilmiş 369 (üç yüz altmış doqquz) manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə hazırlıq iclasına gəlməmişlər. İş üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə elektron qaydada vəsatət göndərərək göstərmişdir ki, ünvan 2 ünvana görə, ünvan 3a ilə müəyyən edilmişdir ki, iş üzrə cavabdeh Əliyev X2 rayonunda əmək fəaliyyəti ilə məşğul olduğuna görə yuxarıda qeyd edilən ünvanda qeydiyyata alınmışdır. Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS üzrə məlumat şöbəsinə verilmiş xx.xx.2023-cü il tarixli, 324 saylı sorğuya cavab olaraq həmin şöbədən verilmiş xx.xx.2023-cü il tarixli arayışda Cavabdeh daimi qeydiyyat ünvanının Gəncə şəhəri, Nizami rayonu, ünvan 5 işin baxılması üçün aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, iş aidiyyəti üzrə baxılması üçün Gəncə şəhəri Nizami rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin qeydiyyatda olduğu yer Gəncə şəhəri Nizami rayonu olduğundan İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzə borcun tutulması tələbinə dair mülki işin aidiyyatı Gəncə şəhəri, Nizami rayon məhkəməsinə aiddir. Belə olan halda mülki iş aidiyyatı üzrə Gəncə şəhəri, Nizami rayon məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı icarə müqaviləsi üzə borcun tutulması tələbinə dair mülki iş aidiyyatı üzrə Gəncə şəhəri, Nizami rayon məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar