Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3256/2023 24.10.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlu, "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə baxaraq, müəyyən etdim: "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1375 manat sığorta ödənişi məbləğinin və 34,15 manat dövlət rüsumu məbləğinin Cavabdeh alınaraq iddiaçı "xxxx" Şirkəti ASC-yə ödənilməsi barədə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi araşdırılarkən müəyyən olundu ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152-ci maddəsinin tələblərinə uyğun tərtib olunmadan verilmişdir. Belə ki, elektron iddia ərizəsindən görünür ki, elektron iddia ərizəsini hüquqi şəxsin nümayəndəsi tərəfindən tərtib edilsə də, onun tərəfindən imza edilməmişdir. İddia ərizəsindən görünür ki, iddia ərizəsini elektron qaydada hüquqi şəxs tərəfindən imzalanmışdır, halbuki hüquqi şəxsin ərizəni imzalaması qeyri-mümkün olan bir haldır. Hətta Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində də qeyd edilib ki, iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göründüyü kimi, iddia ərizəsi hüquqi şəxs tərəfindən verilirsə, onun nümayəndəsi tərəfindən tərtib edilməlidir və belə olan halda da, iddia ərizəsi tərtib edən şəxs, yəni nümayəndə tərəfindən imzalanmalı idi. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda iddia ərizəsi hakim tərəfindən geri qaytarılır. Göstərilənlərə əsasən "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152 və 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu geri qaytarılsın. İddiaçıya izah olunsun ki, göstərilən nöqsanları aradan qaldırdıqdan sonra iddia ərizəsi ilə təkrar məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Xaçmaz rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Səmədzadə Sərxan
Məhkəmə qərarları › İş №e-2(067)-3256/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3256/2023
24.10.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver