Məhkəmə qərarları › İş №e-2(067)-3323/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3323/2025

07.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3323/2025 07.01.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Əliyeva Aynur Məhəmməd qızı, Məhkəmə iclas katibi X6, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 6850 manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləğini, 88,50 manat dövlət rüsumu, ümumilikdə 6938,50 (altı min doqquz yüz otuz səkkiz,əlli) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Shacman” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şabran rayon ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Həmçinin X1 yüngül və X2 isə az ağır xəsarət yetirilmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan Qərara “Shacman” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC tərəfindən zərərçəkənlərə 6850 (altı min səkkiz yüz əlli) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Qeyd olunanlardan da göründüyü kimi, Cavabdeh yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. İş üzrə iddiaçı "xxxx" Sığorta ASC-nin nümayəndəsi məhkəməyə elektron kabinet vasitəsilə ərizə göndərərək mülki iş üzrə keçiriləcək bütün hazırlıq və baxış iclaslarının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzrsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. 12 noyabr 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə sürücülük hüququ olmadan “Shacman” markalı avtomobillə yol-nəqliyyat hadisəsi törətmiş, hadisə nəticəsində iki nəfər xəsarət almışdır. Bununla əlaqədar barəsində CM-nin 263-1.1-ci maddəsi ilə cinayət işi başlanılmış, barəsində cəza təyin edilmişdir. İddiaçı tərəflə razılaşmalarına əsasən ziyan ilə əlaqədar iddiaçıya terminal vasitəsilə ödənişlər etmişdir. Borcu hissə-hissə ödəmək istəyir. Məhkəmə, iddia ərizəsini və ona əlavə olunmuş iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş; -Şabran rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(031)-41/2023 nömrəli hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. -“Məhkəmə-Tibb Ekspertiza və X7” X12 1940 nömrəli ekspert rəyindən görünür ki, X5 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: Qamış sümüyünün cisminin sınığı, sağ gicgah, sol təpə-gicgah nahiyyəsinin səthi əzilmiş-cırılmış yaraları. Qeyd olunan xəsarəylər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, tibbi yardım üçün Şabran rayon mərkəzi xəstəxanasına müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2022- ci il tarixdə YNH-sizamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. -1940 nömrəli ekspert rəyindən görünür ki, T.R.Məsimovanın bədəni üzərində sağ diz oynağının yumşaq toxumasının əziyi aşkar edilmişdir. Həmin xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisasi nəticəsində yarana bilər, yaranma müddəti 17 dekabr 2022-ci il tarixə uyğundur, səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. -xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və sığorta ödənişi aktından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 1500 manat məbləğində pul X5 bank hesabına köçürülmüşdür. -xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və sığorta ödənişi aktından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 750 manat məbləğində pul X4 bank hesabına köçürülmüşdür. -xx.xx.2023-cü il tarixli ödəniş tapşırığından və sığorta ödənişi aktından müəyyən olunur ki, "xxxx" ASC tərəfindən 4600 manat məbləğində pul Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin hesabına köçürülmüşdür. -qüsur aktından görünür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 4600 manat zərər dəymişdir. -ödəniş qəbzindən müəyyən olunur ki, "xxxx" Sığorta Şirkəti ASC məhkəmədə iddia ərizəsinə baxılması üçün 88.50 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tədqiq edilmiş iş materialları ilə müəyyən edildi ki, xx.xx.2022-ci il tarixində Cavabdeh idarə etdiyi “Shacman” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şabran rayon ərazisində yol nəqliyyat hadisəsi törətmiş, nəticədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Həmçinin X1 yüngül və X2 isə az ağır xəsarət yetirilmişdir. Belə ki, yuxarıda qeyd olunan hadisə ilə bağlı tərtib olunan Qərara “Shacman” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. "xxxx" Sığorta Şirkəti ASC tərəfindən 6850 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hazırda iddiaçı geriyə tələb (reqres) hüququna əsasən ödənilən məbləği cavabdehdən tələb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “İcbari Sığortalar haqqında" Azərbaycan Respublikası Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda, sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 936.1. maddəsinin mahiyyətinə əsasən subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. maddəsindən görünür ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114.1. maddəsinə əsasən isə başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. «Azərbaycan Respublikasında nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası haqqında» Təlimatın: 1.10-cu bəndinə əsasən yol-nəqliyyat hadisələri nəticəsində nəqliyyat vasitəsi sahibinin, yaxud onun sürücüsünün üçüncü şəxsin əmlakına və səhhətinə vurduğu zərərin ödənilməsi üçün əsas olan hal sığorta hadisəsi sayılır. 5.15-ci bəndinə əsasən sığortaçı aşağıdakı hallarda üçüncü şəxsin əmlakına və ya səhhətinə vurulan zərəri ödəməkdən imtina edir: -üçüncü şəxs özünün düşünülmüş qəsd hərəkəti nəticəsində zərər çəkdikdə; -üçüncü şəxs yol-nəqliyyat hadisəsi zamanı sərxoş vəziyyətdə olduqda (bu hal yalnız nəqliyyat vasitəsini idarə edən şəxsə şamil edilir); -üçüncü şəxs yol hərəkəti qaydalarını pozmaqla yol təmiri işləri gördükdə, mal-qaranı və ev quşlarını sürdükdə, yaxud onları yolda nəzarətsiz qoyduqda; -üçüncü şəxs sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etdikdə. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, hazırkı mülki iş üzrə Cavabdeh iddiaçı qarşısında mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlər mövcuddur. Belə ki, cavabdeh xx.xx.2022-ci il tarixdə Shacman” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus işıq dirəyinə zərər vurmuşdur. Həmçinin, X1 yüngül və X2 isə az ağır xəsarət yetirilməsi və iddiaçının 6850 manat məbləğində ödəniş etməsi işin mübahisəsiz hallarıdır. Belə olan halda, iddiaçının Cavabdeh qarşı subroqasiya tələbi əsaslıdır və subroqasiya tələbi ona qarşı da yönəlməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 6850 manat pul vəsaiti və 88.50 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 6850 manat pul vəsaiti və 88.50 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar