Azərbaycan Respublikası adından QƏRARDAD Xaçmaz şəhəri İş № e-2(067)-3353/2023 04.11.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Xaçmaz Rayon Məhkəməsinin hakimi Abiyeva Nərmin Mirhəsən qızı, İddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. İş materiallarından müəyyən olunur ki, cavabdehlərdən Cavabdeh2 Quba rayonunda, X1 rayonunda, Cavabdeh1 Xaçmaz rayonunda qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 36.2-ci maddəsində rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddianın cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilməsinin mümkünlüyü qeyd edilsə də Elektron iddia ərizəsi Xaçmaz rayon məhkəməsinə ünvanlanmasına baxmayaraq iddia ərizəsinin tərtibatında səhvə yol verilərək iddia ərizəsinin məhkəmə aidyyatı hissəsində “Quba rayon məhkəməsinə” qeyd edilmiş və beləliklə də ərizənin verildiyi məhkəmənin adı düzgün göstərilməmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən iddia ərizəsinə iş üzrə digər Cavabdeh1 münasibətdə zaminlik müqaviləsi əlavə edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 150.0.5-ci maddəsinə əsasən iddia ərizəsinə iddiaçının öz tələblərini əsaslandırdığı hallara dair sənədlər, əgər bu sənədlərin surətləri cavabdehlər və üçüncü şəxslərdə yoxdursa, onlara verilmək üçün bu sənədlərin surətləri əlavə edilir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Bütün yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinin tələbinə cavab vermədiyindən həmin iddia ərizəsi iddiaçı "xxxx" Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətin qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: "xxxx" Bank olmayan kredit təşkilatı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, X2 və Cavabdeh1 qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Xaçmaz Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-3353/2023
Xaçmaz Rayon Məhkəməsi Qərardad — İş №e-2(067)-3353/2023
04.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver