Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-339/2023 15.03.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X5, İddiaçı QSC-nin nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxılır. Müəyyən etdi: İddiaçı QSC məhkəmədə iddia qaldıraraq, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizənin (müqavilənin) ləğv edilməsi; Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 İddiaçı QSC-nin xeyrinə 3753.45 manat məbləğində kredit bоrcu, 450.66 manat məbləğində faiz bоrcu və 769.46 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4973 (dörd min doqquz yüz yetmiş üç) manat 57 (əlli yeddi) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 69.74 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, X7 İddiaçı QSC ilə xx.xx.2021-ci il tarixdə bağladığı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin ərizəyə əsasən, X7 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. O, dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. O, götürdüyü kredit bоrcundan 246.55 manat ödəniş etmiş və оnun iddiaçıya 3753.45 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcu 450.66 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdiriln gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 205 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 769.46 manat təşkiledir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsini1n4.04.2022-ci il tarixdə verdiyi arayışdan borclu X4 vəfat etdiyiİddiaçı QSC-yə məlum olmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2022-ci il tarixli, **********83 nömrəli cavab məktubuna əsasən, X4 adına Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsinə JN-1051 KOD 30209078 nömrəli xx.xx.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bununla bağlı, Xaçmaz rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 178 saylı sorğu verilmiş, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 30 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum X4 mülkiyyətində olan Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsi hal-hazırda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X8 və X2 idarə edir. Belə ki, faktiki vərəsələr- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyd edilən torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən X4 faktiki vərəsələri hesab edilir. Məhkəmə baxışı iclasına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 gəlmişlər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı QSC-nin nümayəndəsi X6 iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 X14la İddiaçı QSC arasında kredit müqaviləsi bağlanılıb və ona 4000 manat kredit verilib. 2021-ci ildə Bəhruz Kərimov vəfat edib. Onun vəfatından sonra müvafiq sorğular verərək müəyyən etmişik ki, mərhumdan miras qalan həyətyanı torpaq sahəsindən cavabdehlər istifadə edirlər və mirası faktiki idarə etməklə qəbul ediblər. Ona görə də cavabdehlərə qarşı iddia qaldırılıb. İddiaçı QSC ilə Cavabdeh1 övladı Bəhruz Kərimov arasında bağlanılmış kredit müqaviləsinə əsasən Bəhruz Kərimova aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 manat məbləğində kredit verilmişdir. O, götürdüyü kredit bоrcundan cəmi 246.55 manat ödəniş etmiş və оnun iddiaçıya 3753.45 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Bəhruz Kərimov kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2022-ci il tarixə 205 gün üçün hesablanmış faiz borcu 450.66 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2022-ci il tarixə 205 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 769.46 manat təşkil edir. X7 hazırda vəfat etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2022-ci il tarixli, **********83 nömrəli cavab məktubuna əsasən, X4 adına Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsinə JN-1051 KOD 30209078 nömrəli xx.xx.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bununla bağlı, Xaçmaz rayon İcra Hakimiyyətinə xx.xx.2022-ci il tarixində 178 saylı sorğu verilmiş, Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 30 saylı məktubuna əsasən məlum olmuşdur ki, mərhum X4 mülkiyyətində olan Xaçmaz rayonunun Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsi hal-hazırda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X8 və X2 idarə edir. Belə ki, faktiki vərəsələr Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyd edilən torpaq sahəsindən istifadə etdiklərindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən X4 faktiki vərəsələri hesab edilirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmçinin onu da bildiririk ki, Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1-ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, X4 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır” Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş edir. Cavabdehin iddiaya qarşı etiraz ərizəsində göstərdiyi hallara etiraz edir. Belə ki, mərhum Bəhruz Kərimovun da digər 5 nəfər ailə üzvü ilə birlikdə həyətyanı torpaq sahəsində payı var. Torpaq təkcə Cavabdeh1 məxsus deyil. Bundan başqa Bəhruz Kərimovun faktiki vərəsələri Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyd edilən torpaq sahəsindən istifadə etdiklərindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən X4 faktiki vərəsələri hesab edilirlər. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, X4 ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Eyni zamanda bildirmək istəyirəm ki, mərhum Bəhruz Kərimov müqavilənin şərtləri ilə razı olub və faiz və cərimələr müqavilə şərtlərinə əsasən hesablanıb. Cərimə məbləğinin azaldılması məsələsini isə məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında iş üzrə Cavabdeh1 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Onların ailəsinə cəmi 9 sot həyətyanı torpaq sahəsi ayrılıb. Mərhum oğlu Bəhruzun da adı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə qeyd olunub. Hazırda torpaqdan və evdən ümumilikdə onlar istifadə edir. Maddi vəziyyətləri ağır olduğuna görə oğlunun aldığı krediti ödəyə bilmirlər. X14 2021-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə vəfat edib. Bəhruz sağlığında İddiaçı QSC-dən kredit alıb və ödəməyib. Oğlu xəstə idi və krediti də müalicəsi ilə əlaqədar almışdı. Həyətyanı torpaq sahəsinin hamısından hazırda onlar istifadə edirlər. Oğlunun vəfatından sonra notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Məhkəmə iclasında iş üzrə Cavabdeh2 izahat verərək bildirmişdir ki, iddianı qəbul etmir. Ailəsinə cəmi 9 sot həyətyanı torpaq sahəsi ayrılıb. Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə mərhum oğlu Bəhruzun da adı qeyd olunub. O, 2021-ci ilin sentyabr ayının 15-dən 16-na keçən gecə vəfat edib. Torpaqdan və evdən ailəsi ilə birlikdə istifadə etməkdə davam edirlər. Maddi vəziyyətləri ağır olduğuna görə oğlunun aldığı krediti ödəyə bilmirlər. Bəhruz sağlığında İddiaçı QSC-dən kredit alıb və ödəməyib. Oğlu krediti xəstəliyinin müalicəsi ilə əlaqədar almışdı. Həyətyanı torpaq sahəsinin hamısından hazırda onlar istifadə edir. Oğlunun vəfatından sonra notariat kontoruna müraciət edərək qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almamışlar. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən müəyyən olunur ki, X7 aylıq faiz dərəcəsi 1.6667% оlmaqla 36 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylı əlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 4000 (dörd min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından müəyyən olunur ki, X4 3753.45 manat məbləğində kredit bоrcu, 450.66 manat məbləğində faiz bоrcu və 769.46 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 4973.57 manat təşkil edir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin xx.xx.2022-ci il tarixli, **********83 nömrəli cavab məktubundan görünür ki, X4 adına Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsinə JN-1051 KOD 30209078 nömrəli xx.xx.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. İş materiallarında olan Xaçmaz rayon İcra Hakimiyyəti Başçısının Xaçmaz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli 30 saylı məktubundan görünür ki, mərhum X4 mülkiyyətində olan Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsi hal-hazırda Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və yetkinlik yaşına çatmayan X8 və X2 idarə edir. Belə ki, faktiki vərəsələr- Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeyd edilən torpaq sahəsindən istifadə etdiyindən, miras əmlak Mülki Məcəllənin 1243.2-ci maddəsinə əsasən onlar tərəfindən qəbul edilmiş hesab edildiyindən X4 faktiki vərəsələri hesab edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbuletdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbuledilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1-ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin məcəllənin 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.2.1.-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.3.-cü maddəsinə uyğun olaraq, əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 448.1.-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449.4.-cü maddəsində nəzərdə tutulduğu kimi, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü madəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, məhkəmə iş materialları araşdırıb hesab edir ki, cavabdehlər Cavabdeh1 vəfat etmiş X4 atası, Cavabdeh2 anası, Cavabdeh3 isə arvadı olmuşlar. Mülki Məcəlləsinə əsasən adı çəkilən şəxslər qohumluq dərəcəsəlirə görə vəfat etmiş şəxsin birinci dərəcə vərəsələridirlər. Birinci dəcərə vərəsələr qanun üzrə vərəsəlik şəhadətnaməsini almasalar da, onların vəfat etmiş X3 miras qalan əmlakı faktiki qəbul etməkləri və hal-hazırda da idarə etdikləri mübahisəsiz haldır. Bu həm cavabdehlərin izahatları ilə, həm də iş materiallarında olan sənədlə təsdiq olunur. Belə olan halda, yuxarıda sadalanan qanun normalarından və Konstitusiya Məhkəməsinin müvafiq Plenumun Qərarından aydın olur ki, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır Belə olan halda, cavabdelər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 miras qalmış əmlak hesabına miras qoyanın kreditorlarının öhdəliklərin icrasına görə məsuliyyət daşımalıdırlar. Məhkəmə iddia ərizəsində cərimə məbləğinin yüksək olduğunu nəzərə alıb, hesab edir ki, cavabdehlərdən cərimə borcuna görə 50 manat pul tutulmalıdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı QSC tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 69.74 manat dövlət rüsumu ödənilmişdir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 69.74 manat məbləğində dövlət rüsumu cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdehlərdən tutulacaq borc pul miras qoyan X4 Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsində olan (JN-1051 KOD 30209078 nömrəli xx.xx.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən) və vərəsələri tərəfindən faktiki qəbul edilən miras payı hesabına ödənilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi İddia tələbi qismən təmin edilsin. X7 ilə İddiaçı QSC arasında bağlanmış xx.xx.2021-ci il tarixli ərizə (müqavilə) ləğv edilsin. Cavabdelər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 3753,45 manat məbləğində kredit bоrcu, 450,66 manat məbləğində faiz bоrcu və 50 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 4254,11 manat məbləğində bоrc pul və bank tərəfindən ödənilmiş 69,74 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Cavabdehlərdən tutulacaq borc pul miras qoyan X4 Xaçmaz rayonu, Hacıəlibəy kəndində yerləşən 0.09 ha torpaq sahəsində olan (JN-1051 KOD 30209078 nömrəli xx.xx.1998-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən) və vərəsələri tərəfindən faktiki qəbul edilən miras payı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-339/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-339/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver