Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-3607/2023 29.12.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi ilə İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbi barədə iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ İddiaçı Azərbaycan Beynəlxalq Bankı ASC Cavabdeh qarşı kredit müqaviləsi üzrə mübahisələr tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılır ki, İddiaçı "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kart kredit limiti verilmişdir. Kredit müqaviləsinə əsasən Borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanmış faizləri ödəməlidir. Lakin xx.xx.2021-ci il tarixdə borclu X5 vəfat etmiş və bundan sonra ödənişlər aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə cavabdeh X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsi üzrə 884.14 manat əsas borc, 73.53 manat faiz borcu olmaqla, cəmi 942.51 manat borc yaranmışdır. Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli AZ-İİ № 201876 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-369 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamdən görünür ki, X5 qalmış mirasa Cavabdeh Hüseynbala qızı və X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnam verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X3 vərəsəsi Cavabdeh Hüseynbala qızı və X2 xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişlər. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 72.1-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər. Belə olduğu halda xx.xx.2007-ci il təvəllüdlü Nəzrin Əhmədova tam fəaliyyət qabliyyətli olmadığından onun hüquqları və qanunla qorunan mənafelərini məhkəmədə valiydeyni (anası iş üzrə Cavabdeh) müdafiə edir. Bununla da, miras əmlakdan onlara çatan paylara münasibətdə də, cavabdeh kimi anası Cavabdeh çıxış etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Qeyd olunan Məccələnin 1257.1-ci maddəsinə əsasən hər hansı şərtlə və ya hər hansı müddətə mirası qismən qəbul etməyə və ya ondan qismən imtina etməyə yol verilmir. Həmin Məcəllənin 1257.2-ci maddəsinə əsasən əgər vərəsə mirasın bir hissəsindən imtina edərsə və ya hər hansı şərt qoyarsa, hesab edilir ki, o, mirasdan imtina etmişdir. Qeyd olunan Məcəllənin 1288-ci maddəsdinə əsasən miras şəriklərinin razılaşması üzrə bütün borc tələblərinin tam ödənilməsinin vərəsələrdən birinin öhdəsinə qoyulmasına, bunun əvəzində ona mirasdan müvafiq surətdə artırılmış pay verilməsinə yol verilir. Həmin Məcəllənin 1306.1-ci maddəsdinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Qeyd olunan Məcəllənin 1309-cu maddəsinə əsasən vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2.-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə tərəfindən Cavabdeh iddiaçının tələbinə dair bildiriş göndərilmiş, Cavabdeh tələbə qarşı etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim olunmuş sübutları tədqiq edib, iş üzrə əlavə araşdrımaya zərurətin olmamasını nəzərə alaraq məhkəmə iddia ərizəsinin təmin edilməsi qənaətinə gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xaçmaz filialı ilə X5 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Bank tərəfindən ona 36 ay müddətinə, illik 24 faiz dərəcəsi ilə hesablanmaqla 1000 manat məbləğində kart kredit limiti verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin Xaçmaz filialının maliyyə arayışından müəyyən olunur ki, xx.xx.2020-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsi üzrə X4 xx.xx.2023-cü ilədək olan borcu-əsas borc üzrə 883.14 manat, faiz borcu üzrə 59.37 manat olmaqla cəmi borcu 942.51 manat təşkil edir. Xaçmaz rayon qeydiyyat şöbəsinin xx.xx.2021-ci il tarixli AZ-İİ № 201876 saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2V-369 saylı Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamdən görünür ki, X5 qalmış mirasa Cavabdeh Hüseynbala qızı və X2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Beynəlxalq Bankı ASC-nin borclu X3 vərəsəsi Cavabdeh Hüseynbala qızı və X2 ünvanladığı xx.xx.2023-cü il tarixli PKİD-360/2023 saylı bildirişdən müəyyən olunur ki, onlara xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişlər. Azərbaycan Respublikası MPM-nin 284-5.3.-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1.-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlara müəyyən olunmuşdur ki, borclunun xx.xx.2020-ci il tarixli, BPM**********25 saylı kredit müqaviləsi üzrə iddiaçıya əsas borca görə 883.14 manat əsas borc, 59.37 manat faiz borcu olmaqla, cəmi 942.51 manat borcu yaranmışdır. Ona görə də məhkəmə iddiaçının tələblərini əsaslı hesab edib təmin edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-6.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 vərəsəsi və digər vərəsə X1 qanuni nümayəndəsi Cavabdeh Hüseynbala qızından xx.xx.2020-ci il tarixli, BPM**********25 saylıkredit müqaviləsinə əsasən 883.14 manat əsas və 59.37 manat faiz borcu olmaqla, cəmi 942.51 manat məbləğində kredit borcu və iddia ərizəsinin veriməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-3607/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-3607/2023
29.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver