Məhkəmə qərarları › İş №e-2(067)-405/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-405/2025

19.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-405/2025 19.02.2026 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, Cavabdeh2 iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QSC ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 011R********** saylı kredit razılaşması üzrə 19488.98 manat məbləğində kredit borcu, 4122.10 manat məbləğində faiz borcu və 1469.48 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 25080.56 manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 165.24 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli 011L**********66 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Şirinov Feyruz Həmdulla oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz) min manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Şirinov Feyruz Həmdulla oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 011R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. Şirinov Feyruz Həmdulla oğlu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti xx.xx.2023-cü il tarixdən qaytarmamışdır. Şirinov Feyruz Həmdulla oğlu götürdüyü kredit borcundan 4511.02 manat ödəmiş, onun 19488.98 manat məbləğində kredit borcu qalmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.4-cü maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün kredit faizi kreditin faiz dərəcəsinin 1/360 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildiririk ki, Şirinov Feyruz Həmdulla oğlu kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 377 gün üçün hesablanmış faiz borcu 4122.10 manat təşkil edir. Uzunmüddətli kredit və təminat müqaviləsinin 4.9-cu bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0,02 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 377 gün üçün hesablanmış cərimə 1469.48 manat təşkil edir. İş materiallarına əlavə edilmiş ölüm şəhadətnaməsindən göründüyü kimi, X9 Həmdulla oğlu vəfat etmişdir. Vəkil sorğularına verilən cavab məktublarından Şirinov Feyruz Həmdulla oğlunun adına vərəsəlik işinin açıldığı və Cavabdeh3 qanun üzrə vərəsə olduğu görünür. Şirinov Feyruz Həmdulla oğlu VÖEN-dən istifadə edərək İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli 011L00HU02767666 saylı uzunmüddətli kredit və təminat müqaviləsi bağlamışdır. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Şirinov Feyruz Həmdulla oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X4 izahatında göstərmişdir ki, iddianı müdafiə edir. İddiaçı QSC ilə Şirinov Feyruz Həmdulla oğlu və zaminlər Cavabdeh2, Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci tarixli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Şirinov Feyruz Həmdulla oğlu İddiaçı QSC ilə xx.xx.2022-ci il tarixli kredit saziş - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 manat məbləğində kredit götürülmüşdür. Şirinov Feyruz Həmdulla oğlu uzunmüddətli kredit tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaitin xx.xx.2023-cü il tarixdə qaytarmamışdır. Şirinov Feyruz Həmdulla oğlu götürdüyü kredit borcundan 4511.02 manat ödəmiş, onun 19488.98 manat məbləğində kredit borcu qalmışdır. X9 Həmdulla oğlu vəfat etmişdir. X2 adına vərəsəlik işinin açıldığı və Cavabdeh3 qanun üzrə vərəsə olduğu görünür. Ona görə də, cavabdehlərdən müştərək qaydadada iddiaçının xeyrinə kredit razılaşması üzrə 19488.98 manat məbləğində kredit borcu, 4122.10 manat faiz borcu və 1469 manat məbləğində cərimə borcu olmaqla ümumilikdə cəmi 25080.56 manat məbəğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 165 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Cavabdeh2 izahatında göstərmişdir ki, himayəsində azyaşlı uşaq var. Banka ödənişləri var. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2022-ci il tarixli 011L**********66 saylı uzunmüddətli kredit və təminat müqaviləsi əsasən Şirinov Feyruz Həmdulla oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz min) manat məbləğində kredit xətti açılmışdır. Uzunmüddətli kredit və təminat müqaviləsi əsasında Şirinov Feyruz Həmdulla oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 011R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissəhissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. - Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2023-cü il tarixli Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətamənin surətindən müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş - Şirinov Feyruz Həmdulla oğlunun vərəsələri: arvadı - ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh3 (AA*******, xx.xx.2022-Xaçmaz RPŞ QvŞV bölməsi, FİN:xxxxxxx, d/t:xx.xx.1971) miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak - "xxxx" BOKT ASC Exspress Xaçmaz filialı tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş arayışa əsasən 68.16 qram qızıl-zinət əşyalarından ibarətdir. - Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2026-cı tarixli, 9/4918 saylı rəyindən müəyyən olunur ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və 10 iyun 2022ci il tarixli 011R********** saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh Şirinov Feyruz Həmdulla oğlunun İddiaçı QSC-yə xx.xx.2023-cü il tarixə 21.882,28 AZN (əsas borc üzrə - 19.991,93 AZN, faiz borcu üzrə - 1890,35 AZN) borcu müəyyən edilir. - İddiaçı QSC-nin ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan müəyyən olunur ki, "xxxx" QSC ilə bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləyə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 24000,00 AZN məbləğində götürülmüş kredit üzrə borcun ödənilmədiyi barədə Şirinov Feyruz Həmdulla oğluna dəfələrlə şifahi xəbərdarlıqlar olunmuş, xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 9396,33 AZN (əsas məbləğ 5 395,08 AZN, faiz ödənişi 3019,01 AZN, cərimə məbləği 982,24 AZN) təşkil etdiyi, xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilərək banka olan 23562,27 AZN borc məbləğinin (19 488,98 AZN təşkil edən əsas məbləğ, 3091,05 AZN faiz məbləği və 982,24 AZN cərimə məbləği), həmçinin xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. - İddiaçı QSC-nin Cavabdeh2 və Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli məktublardan müəyyən olunur ki, "xxxx" QSC ilə Şirinov Feyruz Həmdulla oglu arasında bağlanmış kredit müqaviləsinə əsasən ödəniş planına uyğun olaraq 36 ay müddətinə aylıq ödəmək şərti ilə 24000,00 AZN məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh1 Şirinov Feyruz Həmdulla oğlunun öhdəliklərinə zamin durmaları və zaminlik müqaviləsinə əsasən borclu ilə eyni məsuliyyət daşımaları və borcu ödəmək barədə üzərlərinə öhdəlik götürdükləri, Şirinov Feyruz Həmdulla oglunun kredit müqaviləsinin şərtlərini pozduğu və krediti ödəməkdən yayındığı, xx.xx.2023-cü il tarixinə gecikdirilmiş ödəniş məbləğinin 9396,33 AZN (əsas məbləğ 5 395,08 AZN, faiz ödənişi 3019,01 AZN, cərimə məbləği 982,24 AZN) təşkil etdiyi, xx.xx.2023-cü il tarixinədək gecikdirilmiş ödəniş məbləğinin banka qaytarılması və kredit müqaviləsinin ləğv edilməsi təklif olunmuş, əks təqdirdə kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilərək banka olan 23562,27 AZN borc məbləğinin (19 488,98 AZN təşkil edən əsas məbləğ, 3091,05 AZN faiz məbləği və 982,24 AZN cərimə məbləği), həmçinin xx.xx.2023-cü il tarixindən sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. - xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Şirinov Feyruz Həmdulla oglu xx.xx.2023-cü ildə Xaçmaz rayonu Balaqusar kəndində vəfat etmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2022-ci il tarixli 011L**********66 saylı uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən Şirinov Feyruz Həmdulla oğluna 120 (yüz iyirmi) ay müddətinə 300000 (üç yüz) min manat məbləğində kredit xətti açılmışdır. Həmin müqavilə əsasında Şirinov Feyruz Həmdulla oğlu İddiaçı QSC ilə bağladığı xx.xx.2022-ci il tarixli 011R********** saylı kredit sazişi - biznes krediti və girov barədə qarışıq razılaşma əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1.9167% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 24000 (iyirmi dörd min) manat məbləğində kredit götürmüşdür. Şirinov Feyruz Həmdulla oğlu uzunmüddətli kredit və təminat müqaviləsinin 2.7-ci bəndinin tələbini pozaraq dəfələrlə ödənişləri yubatmış, kredit müqaviləsi üzrə ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti xx.xx.2023-cü il tarixdən qaytarmamışdır. Şirinov Feyruz Həmdulla oğlu götürdüyü kredit borcundan 4511.02 manat ödəmiş, onun 19488.98 manat məbləğində kredit borcu qalmışdır. X9 Həmdulla oğlu xx.xx.2023-cü ildə vəfat etmişdir. Borclunun arvadı ünvan 1i ünvanında qeydiyyatda olan Cavabdeh3 Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətaməyə əsasən vərəsə olaraq miras əmlakı qəbul etmişdir. Şirinov Feyruz Həmdulla oğlunun ölümü ilə bağlı onun öhdəliyi icra edilmədiyindən kreditorun borclunun vərəsəsi Cavabdeh3 qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Göründüyü kimi, Şirinov Feyruz Həmdulla oğlunun ölümü onun kredit öhdəliklərinin xitam olunması ilə nəticələnmir və kredit öhdəliyi icra edilmədikdə kreditorun onun vərəsələrinə qarşı tələb hüququ yaranması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. - Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci tarixli, 9/2462 saylı və xx.xx.2026-cı tarixli, 9/4918 saylı rəylərindən müəyyən olunur ki, aparılmış tədqiqatların cəmi dəyəri olan 200 manat məbləğində pul Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 558.1-ci maddəsinin tələbinə əsasən əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. Belə ki, həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243 və 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4 və 307.2.9-cu maddələrinə əsasən, vərəsələrin vərəsəlik şəhadətnaməsi almaması miras qoyanın kreditorlarının öhdəliklərin icrasının miras qalmış əmlak hesabına təmin edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququnu məhdudlaşdırmır və kreditorların bu cür tələblərinə iddia icraatı qaydasında baxılmalıdır”. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 iddiaçıdan alınmış kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmalarına dair öhdəliklərin daşıyıcıları olmuşlar. Lakin cavabdehlər iddiaçı qarşısında pul öhdəliklərini yerinə yetirməmişlər. İddiaçının kredit müqaviləsi üzrə borcun cavabdehlərdən tutulması hissədə iddia tələbi əsaslı hesab edilməli, tələb olunan məbləğlə bağlı ekspert rəyi də nəzərə alınmaqla ümumilikdə iddia qismən təmin edilməli, cavabdehlərdən müştərək qaydada 19488.98 manat əsas, 1890.35 manat faiz borcu tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə iddianın cərimə borcu hissəsinə münasibətdə qeyd edir ki, cavabdehlərdən 150 manat məbləğində cərimənin tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Odur ki, iddia bu hissədə qismən təmin edilməlidir. AR MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia qismən təmin olunduğundan, dövlət rüsumu ilə bağlı tələb də qismən təmin edilməli, cavabdehlərdən ödənilmiş 154.59 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməli, 10.65 manatı iddiaçıya aid edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 manat məbləğində pul cavabdehlərdən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülməlidir. İddia qalan hissədə təmin edilməməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19488.98 manat məbləğində əsas kredit bоrcu, 1890.35 manat məbləğində faiz bоrcu, 150 manat məbləğində cərimə borcu və ödənilmiş 154.59 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilsin. Ödənilmiş dövlət rüsumunun 10.65 manatı iddiaçıya aid edilsin. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 200 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Xaçmaz Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Samir Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar