Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-434/2025 08.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı subroqasiya qaydasında maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, 7040 (yeddi min qırx) manat sığorta ödənişi məbləğinin və 90.40 (doxsan manat qırx qəpik) manat dövlət rüsumunun, cəmi 7130.40 (yeddi min bir yüz otuz manat qırx qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsinə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC ilə X14 arasında xx.xx.2019-cu il tarixində PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “FORD TRANSİT YÜK” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi sığorta olunaraq, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019cu il tarixdə “FORD TRANSİT YÜK” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Gəndob-Yalama rayonu ərazisində yol-nəqliyyat hadisəsi törətmiş və “VAZ 21074” markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuş, X3 ağır, X1 az ağır, X4 və X2 isə yüngül xəsarət yetirmişdir. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən cəmi 7040 (yeddi min qırx) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Hadisə ilə bağlı Xaçmaz Rayon Məhkəməsinin hökmünə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Həmin hökmə əsasən Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “FORD TRANSİT YÜK” markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Bildirir ki, Cəmiyyət tərəfindən Cavabdeh ünvanına xx.xx.2023-cü il tarixli, AS-23/1084 saylı geriyə tələb (subroqasiya) məktubu göndərilsə də müvafiq sığorta ödənişi məbləği bu günədək Cəmiyyətə ödənilməmişdir. İş üzrə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq işə iştirakları olmadan baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar etməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AC № 375226 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, «VAZ 21074» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6r. AD № 445213 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən müəyyən olunur ki, «FORD TRANSİT YÜK» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X13r. Elektron sənəd formasında rəsmiləşdirilmiş avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsinin xarici təqdimat formasından müəyyən edilir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X15 arasında bağlanmış 21 iyun 2019-cu il tarixli sığorta müqviləsinə əsasən «FORD TRANSİT YÜK» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı yük maşının sahibi X11 mülki məsuliyyəti "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 1 il müddətinə, yəni 01 iyul 2020-ci il tarixədək icbari sığortalanmışdır. 28 dekabr 2019-cu il tarixli, 19-12107/12/AA-9652/19/1 saylı sığorta aktından müəyyən edilir ki, Cavabdeh oğlu tərəfindən idarə olunan sığortalanmış «FORD TRANSİT YÜK» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə «VAZ 21074» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşması ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 ödənilməli sığorta məbləği 2540 manat təşkil edir. Xaçmaz rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1(067)-16/2020 saylı hökmündən müəyyən edilir ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. İş materiallarında olan 18 dekabr 2019-cu il tarixli, Ref 103OPXP193520586 №-li, 18 dekabr 2019-cu il tarixli, Ref 103OPXP193520105 №-li, 18 dekabr 2019-cu il tarixli, Ref 103OPXP193520111 №-li, 18 dekabr 2019-cu il tarixli, Ref 103OPXP193520575 №-li və 30 dekabr 2019-cu il tarixli, Ref 103OPXP193640117 №-li ödəniş tapşırıqlarından müəyyən olunur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 PAA********** sığorta şəhadətnaməsı üzrə 7040 manat sığorta ödənişi edilmişdir. 28 avqust 2023-cü il tarixli geriyə tələb - subroqasiya məktubundan müəyyən olunur ki, Cavabdeh oğluna cəmi 7040 manat məbləğində pulu "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödəməsi, əks halda borcun məcburi qaydada alınması ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq olunmuşdur. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan müəyyən olunur ki, 18 avqust 2019-cu il tarxidə yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh oğlu olmuşdur. “Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” 23 avqust 2019-cu il tarixli hesablama aktından müəyyən olunur ki, «VAZ 21074» markalı **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləği 2540 manat məbləğində müəyyən olunmuşdur. İş materiallarında xx.xx.2023-cü il tarixli ********** saylı mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddia qaldırılması üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmənin hüquqi mövqeyi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxs (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir və delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-cı maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzini daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmində ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrinin, mexanizmlərin, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən, və i.a istifadə edilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə bocludurlar, bu şərtlə ki, zərərin qarşıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin olduğu müddət ərzində baş verən hadisə və yaranan haldır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.1.-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 63.2-ci maddəsinə əsasən subroqasiya hüququnun bu Qanunun 25.1.5-ci, 25.1.6-cı və 25.1.7-ci maddələrində nəzərdə tutulmuş əsasları bu Fəslin məqsədləri üçün tətbiq edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu cavabdehdən tələb etdiyindən və iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutulmalıdır. Məhkəmə araşdırması zamanı iş materialları ilə müəyyən olunmuşdur ki, Cavabdeh oğlu 18 avqust 2019-cu il tarixdə sürücülük vəsiqəsi olmadan olmadan idarə etdiyi və "xxxx" Açıq Səhmdar Cəmiyyətində icbari sığorta müqaviləsi ilə sığortalanmış «FORD TRANSİT YÜK» markalı, **-XD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Gəndob-Yalama yolunun Xaçmaz rayonunun Qaradağ-Buduq kəndi ərazisindən keçən 17ci kilometrliyində hərəkətdə olarkən, əks istiqamətdə hərəkətdən olan X5 idarə etdiyi «VAZ 21074» markalı, **-BM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşaraq yolnəqliyyat hadisəsi törətmiş və Xaçmaz rayon Məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 1(067)-16/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 (iki) il 09 (doqquz) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan əlavə müəyyən edilmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən X7 PAA********** sığorta şəhadətnaməsı üzrə 7040 manat sığorta ödənişi edilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və Cavabdeh oğlundan 7040 manat sığorta ödənişi məbləği və 90.40 manat dövlət rüsumu, cəmi 7130.40 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti nin xeyrinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh oğlundan 7040 manat sığorta ödənişi məbləği və 90.40 manat dövlət rüsumu, cəmi 7130. manat məbləğində pul vəsaiti alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-434/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-434/2025
08.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver