Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-446/2024 02.05.2024 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun onun vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə cəmi 895.20 manat məbləğində kredit borcunun, ödənilmiş 30 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə X7 arasında bağlanmış 2250-xx.xx.2018-003015 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla, 950 manat məbləğində kredit verilmişdir. X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisinin xx.xx.2018-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilmişdir ki, mərhum X4 miras qalmış əmlaka dair vərəsəlik işi Cavabdeh tərəfindən mərhumun vəfatından sonra miras qalmış əmlakın qəbul edilməsinə dair verilmiş ərizə əsasında açılmışdır. Bankın “Xaçmaz” filialı tərəfindən təqdim edilmiş maliyyə arayışına əsasən, X5 vəfat etdiyi tarixə Banka 895.20 manat əsas kredit borcu qalmışdır. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edərək göstərmişdir ki, iddiaçı "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə X7 arasında bağlanmış 2250-xx.xx.2018-003015 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən ona 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla, 950 manat məbləğində kredit verilmişdir. X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Xaçmaz rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən müəyyən edilir ki, X1 vərəsəsi Cavabdehdır. X5 vəfat etdiyi tarixə banka 895.20 manat əsas kredit borcu qalmışdır. Cavabdeh mərhum X4 qalmış mirası qəbul etməsinə baxmayaraq ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Bank dəfələrlə X1 vərəsələrinin dairəsinin müəyyən edilməsi ilə bağlı notariat kontoruna müraciət etmiş, lakin cavab ala bilməmişlər. Sonra Cavabdeh özü qanun üzrə vərəsəlik haqqında şəhadətnaməni banka təqdim etmiş, lakin bundan xəbərləri olmamışdır. Cavabdeh 2022-ci ildə və 2023-cü ildə pretenziyalar göndərilmişdir. xx.xx.2019-cu ildə Cavabdeh ərinin dəfn pulunu bankdan almışdır. Müqavilə üzrə iddia müddəti 3 il müəyyən olunduğundan bəzi vaxtlar vərəsəlik gec təyin olunan işlər də var. Ona görə 3 illik müqavilə müddəti bitdikdən sonra 3 illik iddia müddətini nəzərə alaraq verirlər. Ümumi müqavilə üzrə müddəti nəzərdə tutmuşlar. 2020ci ildə 24 aylıq müqavilə müddəti bitmişdir. Hazırda da müqaviləyə xitam verilməmişdir. Başqa işlərdə də onlar bu formada müraciət edirlər. Onlar müqavilə müddətini nəzərə alaraq hərəkət etmişlər. Müddət olduğuna görə qanun üzrə vərəsəlik haqqında şəhadətnamə cavabdeh tərəfindən təqdim ediləndən sonra iddia verməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən müəyyən olunur ki, xx.xx.2018-ci il tarixli 2***-*******8-003015 saylı kredit müqaviləsi mərhum X7 ilə bağlanmışdır. X7 xx.xx.2018-ci il tarixində dünyasını dəyişmişdir. Ərinin vəfatından sonra Cavabdeh xx.xx.2018-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən mərhumun vərəsəsi hesab edilmişdir. Həmin vərəsəlik şəhadətnaməsinin alınması Cavabdeh İddiaçı ASCtərəfindən məcbur edilmişdir. Belə ki, dövlət tərəfindən dəfn xərcləri üçün həmin pul vəsaitinin bank hesabından çıxarılmasını İddiaçı ASC- tərəfindən əngələnmişdir. Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alındıqdan sonra dəfn üçün ayrılmış vəsait mərhumun həyat yoldaşına verilmişdir. X1 adına heç bir əmlak olmamışdır. Məlum olduğu kimi iddia ərizəsinin surəti poçt vasitəsilə onlara göndərilmədiyi üçün ərizənin surətini xx.xx.2023 tarixində məhkəmə iclas zalında almışdır. İddiaçı ASC ilə X7 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 2***-*******8-003015 saylı kredit müqaviləsi 2 il müddətinə verilmiş, müqavilə xx.xx.2020-ci il tarixində bitmişdir. Bank qanunda nəzərdə tutulmuş iddia müddəti bitdikdən sonra məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin “Xaçmaz” filialı ilə X7 arasında bağlanmış 2250-xx.xx.2018-003015 saylı, xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən sonuncuya 24 ay müddətinə, illik 26 faiz dərəcəsi ilə hesablanmaqla, 950 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan AZ-İ seriyalı 932878 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-735 nömrə ilə qeyd edilmiş şəhadətnamənin surətində qeyd olunur ki, xx.xx.2018-ci il tarixdə vəfat etmiş X5 vərəsəsi Cavabdehdır və o, miras əmlakdan 1/1 hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak "xxxx" ASC-nin “Xaçmaz” filialı tərəfindən 142 nömrəli xx.xx.2019-cu il tarixli arayışa əsasən ******************** saylı hesabda olan 445.03 manat puldan ibarətdir. İş materiallarında olan X6 məxsus ******************** saylı hesabdan çıxarışdan görünür ki, xx.xx.2018-ci il tarixdə 444,80 manat məbləğində pul vəsaiti “dəfn vəsaiti” adı altında hesaba mədaxil edilmiş və xx.xx.2019-cu il tarixdə Cavabdeh vərəsəlik şəhadətnaməsinə əsasən 445,03 manat məbləğində pulu hesabdan məxaric etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 həmin məbləğin dəfn xərcləri olmasını təsdiq etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli, reyestrdə 2V-735 nömrə ilə qeyd edilmiş şəhadətnaməyə əsasən X5 miras kütlənin ******************** saylı hesabda olan 445.03 manat puldan ibarət olması heç də qanunauyğun deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Bu normaya əsasən vəfat etmiş X5 ölümündən sonra onun bank hesabına köçürülmüş dəfn vəsaiti heç də onun miras əmlakına aid edilə bilməz. X2 digər miras əmlakı olmadığından Cavabdeh da, onun qanun üzrə vərəsəsi hesab edilməməlidir. Belə olduqda isə vəfat etmiş X5 iddiaçıya olan borcuna görə Cavabdehlik daşıya bilməz. Bundan başqa, məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsinə dair ərizəsi ilə bağlı onu qeyd edir ki, iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, iş materiallarından görünür ki, mərhum X7 ilə Bank arasında kredit müqaviləsi xx.xx.2018-ci il tarixdə 24 ay müddətinə bağlanmışdır. Yəni kredit müqaviləsinin son icra tarixi xx.xx.2020-ci ilə təsadüf edirdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Belə olan halda, iddiaçının öz hüququnun pozulduğu bilməli olduğu gün kredit müqaviləsinin müddətinin bitdiyi gündən, yəni xx.xx.2020-ci ildən hesablanmalıdır. İddia müddətinin axımı xx.xx.2020-ci il tarixdən hesablandığı təqdirdə isə, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbi üzrə 3 illik iddia müddəti xx.xx.2023-cü il tarixdə bitmiş olur. İddia ərizəsi isə məhkəməyə xx.xx.2023-cü ildə daxil olmuşdur. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia müddətinin tətbiqinə dair münasibət bildirməklə qeyd etmişdir ki, iddiaçı cavabdehə 10 oktyabr 2022-ci ildə pretenziya məktubunu göndərmiş və həmin məktub 24 oktyabr 2022-ci il tarixdə cavabdehin qohumu tərəfindən qəbul edilmişdir. Belə olan halda, iddia müddətinin pretenziya məktubunun qəbul edilməsi tarixindən hesablanmasını xahiş etmişdir. Məhkəmənin qeyd olunan məsələyə dair münasibəti belədir ki, iddiaçının pretenziya məktubunu cavabdehə göndərməsi iddia müddətinin hesablanmasına o halda şamil edilə bilərdi ki, cavabdeh həmin pretenziya məktubuna hər hansı müsbət rəsmi cavab verərdi. Məsələn, cavabdeh pretenziya məktubuna əsasən cavabdehə kredit müqaviləsi üzrə olan borcunu etiraf edib müəyyən müddət ərzində qaytaracağını bildirsə idi, iddiaçı öz hüquqlarının pozulmuş hesab edilməsini həmin tarixdən bilməli olduğunu qələmə verə bilərdi. Lakin hazırki vəziyyətdə iddiaçı pretenziya məktubu cavabdehə göndərmiş və bununla bağlı heç bir rəsmi cavab almadığını görmüş, buna baxmayaraq xx.xx.2023-cü il tarixədək məhkəməyə müraciət etmədiyindən, iddia müddətini ötürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Məhkəmə işin müəyyən edilmiş hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151, 372-384-cü maddələrini tətbiq etməklə belə qənaətə gəlmişdir ki, Cavabdeh ümumiyyətlə mərhum Eldar Paşayevin mirasını qəbul etmədiyindən onun vasiri hesab edilmir, bundan başqa tərəflər arasında yaranmış hüquq münasibətləri üzrə iddia müddəti üç il olduğundan, iddiaçının cavabdehdən yaranmış borc məbləğini 2020-ci ilin mart ayınadək tələb etmək hüququ olmuş, iddiaçı bunu etmədiyindən, qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Göründüyü kimi tələb üzrə iddia müddəti keçdiyindən iddia təmin oluna bilməz. Bu baxımdan cavabdehin ərizəsinə əsasən iddia tələbinə üç illik iddia müddəti tətbiq edilməli və iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələbinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki tələb üzrə iddia müddəti üç il olduğundan, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən iddia təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ölmüş şəxsin kredit borcunun onun vərəsəsindən tutulması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Ödənilmiş məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-446/2024
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-446/2024
02.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver