Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-447/2025 22.08.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfli Fuad Zeynal oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Xaçmaz şəhərində açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəmədə iddia qaldıraraq iddia ərizəsinin təmin edilməsi, Cavabdeh onun xeyrinə 40981,06 manat dəymiş maddi zərərin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 213 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianı onunla əsaslandırmışdır ki, 28.102024-cü il tarixdə saat 11:30 radələrində cavabdehin idarə etdiyi Mercedes C-180 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Seyidzadə küçəsində idarə etdiyi “Toyota Rav-4” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yüksək sürətlə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırılma aparılmış və İdarənin Təhqiqat şöbəsinin baş təhqiqatçısı, polis mayoru Babək Mirzəyevin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılmasının rədd edilməsi, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunması məqsədi ilə qəbul edilmiş qərar icra olunması üçün Nəsimi RPİ-nin DYPŞnə göndərilməsi qərara alınmışdır. Hadisədən sonra avtomobilinə dəymiş zərəri müəyyən etmək üçün avtomobilim “X1” MMC-nə məxsus servisə aparılmış və avtomobilə texniki baxış keçirildikdən sonra ona verilmiş qüsur aktından görünür ki, hadisə nəticəsində avtomobilə 40.981,06 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğ nə cavabdeh nə də, sığorta şirkəti tərəfindən ödənilməmişdir. Cavabdehlə aparılan danışıqlar heç bir nəticə vermədiyindən və ona vurulmuş zərəri ödəmək niyyətində olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iddiaçı iddianı müdafiə edərək göstərmişdir ki, 28.102024-cü il tarixdə saat 11:30 radələrində cavabdeh idarə etdiyi Mercedes C-180 markalı **-DZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, H.Seyidzadə küçəsində idarə etdiyi “Toyota Rav-4” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilinə yüksək sürətlə toqquşaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə ilə bağlı cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 469-cu maddələri ilə inzibati məsuliyyətə cəlb olunub. Hadisədən sonra avtomobilə dəymiş zərəri müəyyən etmək üçün avtomobili “X1” MMC-nə məxsus servisə aparılmış və avtomobilə texniki baxış keçirildikdən sonra ona verilmiş qüsur aktından görünür ki, hadisə nəticəsində avtomobilə 40981,06 manat məbləğində maddi ziyan dəyib. Həmin məbləğ nə cavabdeh nə də, sığorta şirkəti tərəfindən ödənilməmişdir. Cavabdeh hazırda ölkəni tərk etmişdir. Onun əmlakları var, istərdi ki, əmlakının üzərinə həbs qoyulsun. Bu barədə ərizəsini məhkəməyə vermişdir. O, bilməmişdir ki, cavabdehə məxsus əmlakların üzərinə həbs qoyulması üçün müvəqqəti təminat tədbirinin tətbiqinə dair ərizə vermək lazımdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasına gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş üzrə sübutları araşdıraraq, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan qüsur aktından görünür ki, “Toyota Rav-4” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmiş və müəyyən olunmuşdur ki, 40981,06 manat ziyan dəymişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsindən ötrü qərarın surəti Xaçmaz RPŞnin DYPB-nə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş izahatda Cavabdeh göstərmişdir ki, o, xx.xx.2024- cü il tarixdə saat təxminən 11.30 radələrində etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan Mercedes C-180 markalı **-DZ-*** d.q.n-lı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi ilə üzü 4-cü mik-r dairəsi istiqamətində hərəkət etmişdir. Həmin vaxt yolun sola döngəli hissəsindən hərəkətini davam etdikdə yerdə yağış suyu olduğundan bir anlıq avtomaşının axra hissəsi sürüşmüş və həmin anda əyləcdən istifadə edərkən avtomaşının idarəetməsini itirdikdə nəticədə avtomaşın sol istiqamətdə sürüşərək yolda hərəkətin əks istiqamətinə keçməklə qarşıdan gələn sonradan marka və nömrə nişanlarını gördüyü Toyota Rav-4 markalı **-DD-*** d.q.n-lı avtomobillə və Toyota Corolla markalı **-MH-*** d.q.n-lı avtomobillərə toqquşaraq yol qəzası baş vermişdir. Hadisə zamanı o avtomaşında tək olmuş və hadisə nəticəsində özü ayaq nahiyyəsindən yüngül xəsarət almışdır. Hadisədən sonra həkimə müraciət etmiş. Həmin vaxt avtomaşını 50-60 km saat sürəti ilə idarə etmişdir. Hadisə onun ehtiyatsızlığından baş vermişdir. Həmin vaxt yolun döngəli hissəsində avtomaşın bir anda idarəetməni itirdiyi zaman avtomaşın özündən asılı olmayan vəziyyətdə əks istiqamətli yola çıxmaqla qəzaya səbəb olmuşdur. Dəymiş maddi ziyanı sığort şirkəti ödəyəcəkdir. Sürücülərin ona qarşı şikayətləri yoxdur. İş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən müəyyən olunur ki, Cavabdeh AR İXM-nin 469.3 və 327.1 maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Cavabdeh 50 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İş materiallarında olan mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən işə baxılması ilə əlaqədar 213 manat dövlət rüsumu köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" MMC Qiymətləndirmə Şirkətinin qiymətləndirmə rəyindən müəyyən olunur ki, keçirilmiş baxış əsasında qüsur aktında qeyd olunan detallar “Toyota Rav-4” markalı, 99-DD- 377 dövlət qeydiyyat nişanlı avtomobildə dəyişdirilməmişdir. Keçirilmiş baxış əsasında qüsur aktında qeyd olunan işlər “Toyota Rav-4” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobildə görülməmişdir. Göstırilən detallar dəyişdirilmədiyindən və işlər görülmədiyindən, dəyişdirilən detalların və görülən işlərin qiymətini (təmir-bərpa xərcini) müəyyən etmək mümkün deyil, Faktiki avlonəqliyyat vasitəsinə dəymiş zərərin məbləği təqdim edilmiş “X1” MMC tərəfindən təqdim edilmiş qüsur aktına əsasən müəyyən edilmişdir. Detallaın qiyməti 31991 (otuz bir min doqquz yüz doxsan bir) manat, görülən islərin qiyməti isə 5000 (beş min) manat təşkil edir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2.-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) baqa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1.ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfində tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və s. istifadə edilməsi, tikinti fəaliyyətinin və onun bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüquqi ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.3-cü maddəsinə əsasən yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri (nəqliyyat vasitələrinin toqquşmaları və i.a) nəticəsində üçüncü şəxslərə dəymiş zərər üçün bu Məcəllənin 1108.1-ci maddəsində nəzərdə tutulan əsaslar üzrə birgə məsuliyyət daşıyırlar. Yüksək təhlükə mənbələrinin qarışılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir. Beləliklə, işin yuxarıda sadalanan faktiki hallarından görünür ki, Cavabdeh təqsiri ucbatından yol-nəqliyyat hadisəsi baş vermiş və nəticədə İddiaçı nəqliyyat vasitəsinə 36991,6 manat məbləğində maddi ziyan dəymişdir. Həmin məbləğ iş üzrə keçirilmiş araşdırmalar nəticəsində tam təsdiqini tapmışdır. Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli olması da, iş materiallarında olan TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ilə təsdiq edilmişdir. Bundan başqa, iddiaçı iş üzrə 213 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin rüsumun da ona ödənilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia tələbi 36991,6 manat hissədə təmin olunduğundan AR MPM-nin 119.1-ci maddəsinə əsasən, dövlət rüsümu da həmin məbləğə mütənasib cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. EMİS-də yaradılmış “dövlət rüsumunun hesablanması kalkulyatoru”ndan müəyyən olunur ki, 36991 manat məbləğində olan iddia tələbinə görə 200,97 manat dövlət rüsumu ödənilməlidir. Belə olan halda, iş üzrə ödənilmiş 213 manat dövlət rüsumunun 200,97 manat hissəsi cavabdehdən tutularaq, iddiaçıya ödənilməli, rüsumun qalan hissəsi iddiaçıya aid edilməlidir. Belə olan halda, iddia tələbi qismən təmin edilməli (36991,6 manat hissəsində təmin edilməli) iddia qalan hissədə isə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 36991.6 manat məbləğində pul və 200,97 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun qalan hissəsi iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Hakim Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-447/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-447/2025
22.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver