Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-50/2025 22.01.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsinə əsasən 5559.55 manat əsas, 361.65 manat faiz olmaqla, cəmi 5921.20 manat borcu, 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı kredit kartına dair müqaviləyə əsasən 2797.28 manat əsas, 548.63 manat faiz olmaqla, cəmi 3345.91 manat borcun, ümumilikdə 9267.11 manat borcun və ödənilmiş 112.67 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı Kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5710 manat məbləğində kredit verilmişdir. Daha dəqiq desək kredit nəğd qaydada deyil, cavabdehin elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı Kredit müqaviləsinə əsasən kredit verilmişdir. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin 18 sentyabr 2023-cü il tarixə İddiaçı ASC-yə 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsinə əsasən 5559.55 manat əsas, 361.65 manat faiz, cəmi 5921.20 manat borcu, 15 fevral 2022-ci il tarixli BRCB8197999A167saylı kredit kartına dair müqaviləyə əsasən 2797.28 manat əsas, 548.63 manat faiz, cəmi 3345.91 manat borcu yaranmışdır. Ümumilikdə 9267.11 manat borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılması təmin edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və MPM-nin 185.5ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı «Birbank Cashback» kredit xətti müqaviləsindən müəyyən olunur ki, bank Cavabdeh «Birbank Cashback» ödəniş kartı vermiş, həmin kartla bağlı bu müqavilə ilə müəyyən olunmuş qaydada və şərtlərlə şəxsi istehlak məqsədilə bərpaolunan kredit xətti ayırmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında elektron qaydada bağlanmış 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh elektron imzası əsasında ona məxsus kart hesabına pul vəsaitinin köçürülməsi yolu ilə 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 5710 manat məbləğində kredit verilmişdir. 30 iyul 2023-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı «Birbank Cashback» kredit xətti müqaviləsi üzrə 28 iyul 2023-cü il tarixinə banka olan 3208.95 manat məbləğində ümumi borc, gecikmə günü 79 gün olmaqla 717.84 manat məbləğində gecikmə, 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsi üzrə 28 iyul 2023-cü il tarixinə banka olan 5723.84 manat məbləğində ümumi borc, gecikmə günü 67 gün olmaqla 370.94 manat məbləğində gecikmə olmaqla kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 20 sentyabr 2023-cü il tarixli maliyyə arayışından müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh 20 sentyabr 2023-cü il tarixə banka 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı Kredit kartına dair müqavilə üzrə əsas borc üzrə 2797.28 manat, faizlər üzrə 548.63 manat olmaqla, cəmi 3345.91 manat məbləğində, 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5559.55 manat, faizlər üzrə 361.65 manat olmaqla, cəmi 5921.20 manat olmaqla, ümumilikdə 9267.11 manat məbləğində kredit borcu yaranmışdır. 19 sentyabr 2024-cü il tarixli, ********** saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 112.67 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 9/10095 №-li, e-2(067)-2938/2023 saylı iş üzrə ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsi və həmin müqavilə çərçivəsində bağlanmış razılaşmanın şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu - 31 iyul 2023-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 127.07 manat, 20 sentyabr 2023-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 303.56 manat, 04 dekabr 2024-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 564.76 manat, 16 fevral 2024-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 818.90 manat təşkil edir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli, 9/5034 №-li, e-2(067)-270/2024 saylı iş üzrə ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı Kredit kartına dair müqavilə və həmin müqavilə çərçivəsində bağlanmış razılaşmanın şərtləri nəzərə alınmaqla ekspert qarşısında qoyulmuş sual üzrə Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu - 31 iyul 2023-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 222.84 manat, 20 sentyabr 2023-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 331.22 manat, 30 may 2024-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 873.10 manat, 07 noyabr 2024-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 1213.41 manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 8672.61 manata görə 106.72 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 106.72 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı «Birbank Cashback» kredit xətti müqaviləsi və 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bundan əlavə məhkəmə iddia tələbində göstərilən xüsusatların obyektiv araşdırılması məqsədilə iş üzrə məhkəmə–mühasibatlıq ekspertizası təyin etmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 9/10095 №-li saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu - 31 iyul 2023-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 127.07 manat, 20 sentyabr 2023-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 303.56 manat, 04 dekabr 2024-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 564.76 manat, 16 fevral 2024-cü il tarixə əsas kredit borcu üzrə 5524.79 manat, faiz borcu üzrə 818.90 manat təşkil edir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli, 9/5034 №-li saylı ekspert rəyi ilə müəyyən olunmuşdur ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə olan borcu - 31 iyul 2023-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 222.84 manat, 20 sentyabr 2023-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 331.22 manat, 30 may 2024-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 873.10 manat, 07 noyabr 2024-cü il tarixə əsas kredit borcu üzrə 2890.04 manat, faiz borcu üzrə 1213.41 manat təşkil edir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı kredit kartına dair müqavilə üzrə cavabdehin borcunun məbləğinin əsas borc üzrə iddia tələbinə uyğun olaraq 2797.28 manat, faiz borcunun isə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 noyabr 2024-cü il tarixli, 9/5034 saylı ekspert rəyində 31 iyul 2023-cü il tarixə hesablandığı kimi 222,84 manat müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Bundan başqa məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsi üzrə cavabdehin borcunun məbləğinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2024-cü il tarixli, 9/10095 saylı ekspert rəyində 31 iyul 2023-cü il tarixə hesablandığı kimi əsas borc üzrə 5524.79 manat, faiz borcu üzrə 127.07 manat müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bocludur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin müvafiq ekspert rəylərini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2022-ci il tarixli, BRCB8197999A167 saylı kredit kartına dair müqavilə üzrə əsas borc üzrə 2797.28 manat, faiz borcu üzrə 222.84 manat olmaqla, cəmi 3020.12 manat pul, həmçinin 21 fevral 2023cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5524.79 manat, faiz borcu üzrə 127.07 manat olmaqla, cəmi 5651.86 manat məbləğində pul və ödənilmiş 106.72 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 15 noyabr 2022ci il tarixli, BRCB8197999A167 saylı kredit kartına dair müqavilə üzrə əsas borc üzrə 2797.28 manat, faiz borcu üzrə 222.84 manat olmaqla, cəmi 3020.12 manat pul, həmçinin 21 fevral 2023-cü il tarixli, GTKR9819019A166 saylı kredit müqaviləsi üzrə əsas borc üzrə 5524.79 manat, faiz borcu üzrə 127.07 manat olmaqla, cəmi 5651.86 manat məbləğində pul və ödənilmiş 106.72 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-50/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-50/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver