Məhkəmə qərarları › İş №e-2(067)-547/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-547/2025

15.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-547/2025 15.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada **********7178 saylı kredit müqaviləsi üzrə borcun məbləği 942.99 manat əsas, faiz borcu üzrə 0.00 mana, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 942.99 (doqquz yüz qırx iki manat,doxsan doqquz qəpik) manat təşkil edir. Həmçinin **********7139 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1644.52 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1644.52 (min altı yüz qırx dörd manat, əlli iki qəpik) manat məbləğində borcun və 45.88 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı iddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli, 1xx/xx/111971/15 saylı kredit müqaviləsinə əsasən şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.44% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1800 (min səkkiz yüz manat) manat, eyni tarixli, **********1372 saylı kredit müqaviləsinə əsasən 1800 (min səkkiz yüz dollar) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 120 USD və 120 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh1 və Cavabdeh3 zamin qismində sözü gedən kredit müqavilələrinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Həmçinin 25 avqust 2015-ci il tarixli, 1xx/xx/111971/15 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli, **********7178 hesab nömrəli sazişlə illik 28 % dərəcəsi ilə 18 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, 1453.00 manat müəyyən edilmişdir. Eyni tarixli, **********7***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********7***-******* saylızaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Həmçinin, 25 avqust 2015-ci il tarixli, **********1372 saylı kredit müqaviləsi xx.xx.2016-cı il tarixli, **********7139 hesab nömrəli sazişlə illik 28 % dərəcəsi ilə 18 ay müddətinə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, 2390.31 manat müəyyən edilmişdir. Eyni tarixli, **********7139 -1194839 saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 və **********7***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərə4indən nəzərdə tutulmuşdur. Lakin, cavabdeh, Cavabdeh2 Mövsüm oğlu üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Beləliklə, xx.xx.2024-cüil tarixinə olan maliyyə arayışına əsasən Cavabdeh2 Mövsüm oğlunun borc məbləği, **********7178 saylı kredit müqaviləsi üzrə borcun məbləği 942.99 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla, cəmi 942.99 (doqquz yüz qırx iki manat,doxsan doqquz qəpik) manat təşkil edir. Həmçinin, **********7139 saylı kredit müqaviləsi üzrə borcun məbləği 1644.52 manat əsas, faiz borcu üzrə 0.00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 1644.52 (min altı yüz qırx dörd manat, əlli iki qəpik) manat təşkil edir. Cavabdeh2 03 fevral 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi verərək, İddiaçı X1-Bank Kredit Təşkilatı iddia müddətini ötürdüyünə görə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 14 aprel 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi verərək, İddiaçı X1-Bank Kredit Təşkilatı iddia müddətini ötürdüyünə görə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatına və cavabdehlər Cavabdeh2, Cavabdeh1, Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişi çatdırılmasına baxmayaraq, Kredit təşkilatının nümayəndəsi və cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı məhkəməyə ərizə göndərərək, işə onun iştirakı olmadan baxılaraq, iddiaın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icdiaçının nümayəndəsinin və cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. 08 aprel 2025-ci il tarixli məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, o, krediti 2015-ci ildə almış, 2016-cı ilə qədər ödəniş etmişdir. Həmin bank 2021-ci ildə yenidən fəaliyyətə başlamışdır. Bank əməkdaşı 4-5 ildən sonra ona zəng vurub krediti ödəməyini bildirmişdir. O, isə qanunları bilmədiyindən, savadsızlığından 2024-cü ilin noyabr ayına qədər ödənişlər etmişdir. Sonradan ona zəng vuraraq aylıq ödədiyi məbləğin az olduğunu bildirmiş və bundan sonra məhkəməyə vermişlər. Məhkəmə prosessləri zamanı bank əməkdaşı ona zəng vuraraq hədə-qorxu gəlmişdir və borcu tam şəkildə ödəməyini bildirmişlər. Müqaviləni 2016-cı il tarixdə yeniləyiblər. Digər cavabdehlər qohumlarıdır. Onlar işləri ilə əlaqədar məhkəmə iclaslarında iştirak edə bilmirlər və iddia tələbi ilə razı deyillər. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 ilkin dinləmələr zamanı iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddianı qəbul etmir. O, 2015-ci ildə İddiaçı MMQBKT-dən 18 ay müddətinə 1800 ABŞ dolları məbləğində kredit götürmüşdür. Digər cavabdehlər zaminlərdir. O, krediti aldıqdan sonra 2016-cı il tarixdə bank fəaliyyətini dayandırmışdır. Ödəniş etmək istəyəndə bank əməkdaşları bir müddət sonra ödəniş etməyini bildirmişlər. 2021-ci ildə anası vəfat etmişdir. Həmin il bank əməkdaşı ona zəng vuraraq, kredit borcunu ödəməyini bildirmişdir. 2021-ci ildən 2024-cü ilin noyabr ayına qədər 20 manatdan ödənişlər etmişdir. Maddi imkanı yoxdur, lakin az da olsa ödəmişdir. Sonradan evə məhkəmə bildirişi gələndə ona bank onları məhkəməyə verməyi məlum olmuşdur. Bir neçə il müddət keçib. Bank fəaliyyət göstərmədiyi dövrdə faizlər çox hesablanmışdır. Ona görə iddia tələbi ilə razı deyil. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli, 1xx/xx/111971/15 saylı kredit müqaviləsindən müəyyən edilir ki, kredit müqaviləsinə əsasən cavabdeh şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 23.44% faiz dərəcəsi olmaqla 18 ay müddətinə 1800 (min səkkiz yüz manat) manat məbləğində kredit verilmişdir. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 25 avqust 2015-ci il tarixli, **********1372 saylı kredit müqaviləsindən müəyyən edilir ki, cavabdeh şəxsə istehlak məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün 1800 (min səkkiz yüz dollar) USD məbləğində kredit verilmişdir. Həmin kredit müqavilələrinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 120 USD və 120 manat olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2016-cı il tarixli, **********7178 hesab nömrəli sazişdən müəyyən olunur ki, 25 avqust 2015-ci il tarixli, 1xx/xx/111971/15 saylı kredit müqaviləsi 28 yanvar 2016-cı il tarixli, **********7178 hesab nömrəli sazişlə illik 28 % dərəcəsi ilə 18 ay müddətinə restrukturizasiya olunmuşdur. İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 28 yanvar 2016-cı il tarixli, **********7***-******* saylı zaminlik müqaviləsinden müəyən olunur ki, Cavabdeh1 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olmuşdur. Zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. 02 dekabr 2024-cü il tarixli, **********22 saylı ödəniş qəbzindən müəyyən olunur ki, İddiaçı X1-Bank Kredit Təşkilatı tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 45.88 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh2 03 fevral 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi verərək, İddiaçı X1-Bank Kredit Təşkilatı iddia müddətini ötürdüyünə görə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh3 14 aprel 2025-ci il tarixdə iddia tələbinə qarşı etiraz ərizəsi verərək, İddiaçı X1-Bank Kredit Təşkilatı iddia müddətini ötürdüyünə görə iddia tələbinin əsassız hesab edilərək rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 372.1.-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2.-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2.-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 374.1.-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. 374.2.-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. 375.1.-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2.-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1.-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. 377.2.-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. 380.1.-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2.-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 381.1.-ci maddəsinə əsasən əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Məhkəmə araşdırması zamanı tədqiq olunan sənədlərlə müəyyən olunmuşdur ki, İddiaçı X1-Bank Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 28 yanvar 2016-cı il tarixli, **********7178 kredit müqaviləsinin müddəti 28 iyul 2017-ci ildə bitmişdir. Belə olan halda Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin başlanması 28 iyul 2017-ci il tarixdən hesablanır və Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il müəyyən olunduğundan, iddia müddəti 28 iyul 2020-ci il tarixdə bitir. Hazırkı iddia ərizəsi iddia müddəti keçdikdən sonra, 05 dekabr 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Bununla da Mülki Məcəllənin 373.2-ci maddəsində müqavilə tələbləri üzrə nəzərdə tutulmuş 3 il iddia müddəti buraxılmışdır. Cavabdeh də izahatında və etiraz ərizəsində 3 il iddia müddətinin keçməsini qeyd etməklə, dolayısı ilə iddia müddətinin tətbiqini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qanunla müəyyən edilmiş iddia müddəti buraxıldığından, cavabdeh isə iddia müddətinin tətbiq olunmasını tələb etdiyindən, İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası rədd olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilməsin. İddiaçı X1-Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nərmin Abiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar