Məhkəmə qərarları › İş №e-2(067)-595/2025

Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-595/2025

07.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-595/2025 07.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı borclu olduğu 3000 manat borcun, məhkəmə üçün ödənilmiş 50 dövlət dövlət rüsumu və 325 manat hüquqi yardıma görə ödənilmiş vəsaitin, cəmi 3375 manat məbləğində pul vəsaitinin Cavabdeh İddiaçı xeyrinə tutulub ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh onun tanışıdır, o təsərrüfat işləri ilə maşğul olur. Yaşadığı kənddə həm öz torpağında həm də icarəyə götürdüyü torpaq sahəsində əkin əkib becərir. Onun torpaq sahəsi az olduğuna görə Cavabdeh torpaq sahəsini icarə əsasında əkin əkmək üçün götürmüşdür. Saniyə ona torpaq sahəsini satmağı təklif etdikdə o təklifini qəbul etmiş və onlar 8000 manata razılaşmışlar. Cavabdeh ona bildirmişdir ki, torpaq onun adına deyil qardaşının adınadır, qardaşı vəfat edib qardaşı uşaqlarından vərəsəlik alıb torpağı ona satacaq. Lakin sənədləri düzəltmək üçün imkanı yoxdur, ona ilkin sənədləri hazırlamaq üçün 5000 manat verməyini istəmiş və onlar ilkin 3000 manat verəcəyinə razılaşmışlar. Ona inanıb 3000 manat pulu vermişdir. Lakin Cavabdeh heç bir iş görməyərək onu aylarla sənəd düzəltmək adi ilə aldadaraq saxlamışdır. Dəfələrlə Cavabdeh ilə 055 *** ** ** mobil nömrəli telefonu ilə əlaqə saxlasa da heç bir faydası olmadı, cavabdeh heç bir sənəd hazırlamamış və ya onun pulunu qaytarmamışdır. Bundan sonra o məcbur olub sənəd düzəltmək adı ilə aldadıb ondan pul aldığına görə polis şöbəsinə şikayət etmişdir. Xaçmaz rayon polis şöbəsində araşdırma aparılmışdır. Bundan sonra Cavabdeh Xaçmaz RPŞ İB-də izahat verərək bildirmişdirki ondan 3000 manat pul aldığını, lakin sənəd düzəldə bilmədiyini etiraf etmiş, lakin 3000 manat pulu ona qaytarması üçün imkanı olmadığını bildirmişdir. Xaçmaz RPŞ-də araşdırma aparıldıqdan sonra 05 avqust 2024-cü il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və onlara mülki qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Lakin cavabdeh aldığı pulu məbləğini bu günədək qaytarmamışdır. Bununla əlaqədar olaraq borcun qaytarılması ilə bağlı dəfələrlə danışıqlar aparmış və xx.xx.2024cü il tarixdə poçt vasitəsi ilə cavabdehin ünvanına pretenziyada göndərmişdir. Cavabdeh həmin pretenziyaya heç bir cavab verməmişdir. Bütün cəhdlərə baxmayaraq cavabdeh bugünədək borc məbləğini ona qaytarmamışdır və pulun qaytarılmasından yayınmışdır. Məhkəmə iclasında iddiaçı tərəf iddianı müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, Cavabdeh iddiaçının tanışı və həmkəndlisidir. O, Cavabdeh torpaq sahəsini icarə əsasında əkin əkmək üçün götürüb. Saniyə Həsənova torpaq sahəsini ona satmağı təklif edəndə, iddiaçı cavabdehin təklifini qəbul edib və onlar torpağın dəyərini 8000 manata razılaşmışlar. Cavabdeh iddiaçıya bildirmişdir ki torpaq onun qardaşının adınadır, torpağın sənədlərini düzəldib ona satacaq. Cavabdeh ilkin sənədləri hazırlamaq üçün iddiaçıdan 5000 manat verməyini istəmiş və iddiaçı 3000 manat pulu ona vermişdir. Lakin Cavabdeh heç bir iş görməyərək onu aylarla sənəd düzəltmək adi ilə aldadaraq saxlamışdır. Bundan sonra iddiaçı məcbur olub polis şöbəsinə şikayət etmişdir. Xaçmaz rayon polis şöbəsində araşdırma aparılmışdır. Bundan sonra Cavabdeh Xaçmaz RPŞ İB-də izahat verərək ondan 3000 manat pul aldığını, lakin sənədi düzəldə bilmədiyini etiraf etmiş, 3000 manat pulu iddiaçya qaytarması üçün imkanı olmadığını bildirmişdir. Xaçmaz RPŞ-də araşdırma aparıldıqdan sonra 05 avqust 2024-cü il tarixdə müstəntiq tərəfindən Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilmiş və iddiaçıya mülki qanunvericiliyə uyğun olaraq məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Cavabdeh aldığı pulu bu günədək qaytarmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdehlər lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Resublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan ödəniş qəbzinin surətindən müəyyən olunur ki, hazırki mülki işlə əlaqədar İddiaçı tərəfindən Xaçmaz rayon vəkil bürosunun hesabına 325 manat ödəniş edilmişdir. İş materiallarında olan ödəniş qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia tələbi ilə əlaqədar 50 manat rüsum ödənilmişdir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, İddiaçı Xaçmaz RPŞ-nə etdiyi müraciət əsasında toplanmış materialda cinayət hadisəsi olmadığına görə cinayət işinin başlanılması rədd edilmişdir. Cavabdeh izahatında göstərmişdir ki, İddiaçı uzun illərdir ki, tanıyır. Aralarında hər hansı bir düşmənçilik və ədavətləri olmamışdır. Onun Xaçmaz rayonu, Ustacəlilli kəndi ərazisində yerləşən 1.99 hektarlıq torpaq sahəsi vardır. Hicran həmin torpaq sahəsini icarəyə verməyini bilidiyindən 2022-ci ilin noyabr ayında onunla əlaqə saxlayaraq bir illik 400 manat müqabilində həmin torpaq sahəsini icarəyə götürmüşdür. Hicran həmin torpaq sahəsində əkinçiliklə məşğul olmuşdur. Hicran 2023-cİİ ilin iyun ayında əkinini biçdikdən sonra həmin torpağı satmaq istəməsini bilib ondan qiymətini soruşmuşdur. O 8000 manata həmin torpaq sahəsini satmaq istədiyini bildirdikdə Hicran onunla razılaşmışdır. Həmin torpaq sahəsi onun mərhum qardaşı Aliyev Äxmedalı Əlizar oğlunun adına olmuşdur. Lakin torpağa aid olan sənədlər onda olmuşdur. Qardaşı və ailəsi uzun müddət bundan öncə Qazaxıstan respublikasına getmişlər. Qardaşı orada ölmüşdür. Hicran həmin torpağı almaq istədiyini bildirərək onun Qazaxıstandan qardaşının övladlarından etibarnamə almalı olmasını bildirmişdir. O isə özündə pulun olmadığını dedikdə Hicran ona 3000 manat pul verəcəyini bildirmişdir. Hicran həmin pulla Qazaxıstana getməyini oradan etibarnamə alaraq gəlməyini demişdir. O həmin 3000 manat pulu Hicrandan almış və Qazaxıstan respublikasına qardaşının övladlarının yanında getmişdir. Orada Hicranın ona tapşırdığı kimi onlardan etibarnaməni almışdır. Sonra isə Azərbaycana geri qayıtmışdır. O geri qayıtmamışdan öncə Hicrandan dəqiq hansı sənədlərin lazım olmasını ona deməsini, həmin sənədləri düzəltdirməyini demişdir. Hicranın deməsinə uyğun olaraq da sənədləri Qazaxıstanda əldə edərək geri qayıtmışdır. Belə ki, Hicranla olan danışıqlarına əsasən Hicran ona torpağın qalan 5000 manatını verəcəkmiş. Yəni verdiyi 3000 manat pulu alacağı torpağın pulundan çıxacaqmış. O Qazaxıstandan geri qayıtdıqdan sonra Hicranla notariusa getmişlər. Lakin qardaşının varisinin özü olmamasını əsas gətirərək alqı-satqlnın mümkün olmamasını bildirmişlər. Bu zaman Hicran artıq torpağı almaq istəmədiyini bildirmişdir. Lakin o alqı-satqının necə sənədləşməsini bilmədiyindən Hicrana qohumları Azərbaycana gələnədək səbirli olmasını demişdir. Lakin Hicran verdiyi 3000 manat pulunu istəmişdir. O həmin pulla Qazaxıstana getdiyindən aviabiletin və digər xərcləri ödədiyindən artıq Hicrana 3000 manatı geri qaytarmaq imkanında olmadığını demişdir. Lakin sənədləşmə işinə qədər torpağı istifadə etməsini, 5000 manat pulu isə sənədləşmədən sonra verməsini təklif etmişdir. Faktiki olaraq onun Hicrandan aldığı 3000 manat pulu geri qaytarmaq imkanı olmadığından pulunu geri qaytara bilmir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə, bunun əksini sübutetmə yükü isə cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427-ci maddəsinə əsasən əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1.-ci maddəsinə müvafiq olaraq əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2.-ci madəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıvə onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. (qanunun analogiyası) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh borclu olduğu pulu qaytarmaqla bağlı iddiaçı qarşısında öhdəlik götürdüyündən və onun risk dairəsinə daxil olan öhdəliyi icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıdığından, borc məbləğini iddiaçıya ödəməlidir, iddiaçının irəli sürdüyü tələb əsaslıdır, buna görə də iddia təmin edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh 3000 manat məbləğində pul, hüquqi yardıma görə ödənilmiş 325 manat və ödənilmiş 50 manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Sərxan Səmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar