Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-71/2023 16.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Səmədzadə Sərxan Akif oğlunun sədrliyi, məhkəmə iclas katibi X7, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı ASC-nin (Ləğv prosesindədir) cavabdehlər X3, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı borc tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «Atabank” ASC (Ləğv prosesindədir) məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 5435,68 manat borcun - bundan 2470,66 manat əsas borcu, 1653,85 manat faiz borcu, 1188,09 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 % dərəcəsi ilə hesablanmış 123,08 manat faiz borcu, 75 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, X1 və Cavabdeh3 tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 12 iyun 2014-cü il tarixli, 257İsKX nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Daha sonra 03 mart 2016-cı il tarixdə həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 017RKX nömrəli razılaşma bağlanmışdır. Sözü gedən razılaşmaya əsasən Kredit müqaviləsinin 4.1 bəndində göstərilmiş "48 (qırx səkkiz) ay" rəqəmi və sözləri "60 (altmış) ay" rəqəmi və sözləri ilə əvəz edilmişdir. 12 iyun 2014-cü il tarixdə kreditin təminatı qismində zaminlər Cavabdeh2, X4 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra 03 mart 2016-cı il tarixdə zaminlik müqaviləsinə dəyişiklik edilməsi haqqında 017RZX nömrəli razılaşma bağlanmışdır və zaminlik müqaviləsinin 1.2-ci bəndi yeni redaksiyada verilmişdir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktubların göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişdir. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Cavabdehlərin kredit üzrə cəmi borcu 5435,68 (beş min dörd yüz otuz beş manat altmış səkkiz qəpik) manat təşkil edir. Bundan 2470,66 manat əsas borc, 1653,85 manat faiz borcu, 1188,09 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 (beş faiz) % dərəcəsi ilə hesablanmış faiz borcu 123,08 manat təşkil edir. Elektron məhkəmə informasiya sistemindən müəyyən olunmuşdur ki, iş üzrə cavabdeh X4 xx.xx.2016-cı ildə vəfat etmişdir. Azərbaycan Respublikası MPM-nin 254-cü maddəsinə əsasən işdə olan tərəf öldüyündən, işin icraatı dayandırılmışdır. İddiaçı «Atabank” ASC (Ləğv prosesindədir) xx.xx.2023-cü il tarixdə məhkəməyə iddianın dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, cavabdehlərdən X2 vəfat etdiyindən iddia ərizəsindən həmin cavabdehin çıxarılmasını və iddia tələbinin qalan digər cavabdehlərə qarşı yönəldiyini qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirərək, əsaslı hesab etmiş və MPM-nin 53-cü maddəsinə əsasən qəbul edərək, icraatı təzələmişdir. İş üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məhkəmə bildirişləri çatdırılsa da, cavabdehlər məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, "xxxx" ASC ilə cavabdeh X5 arasında bağlanmış 12 iyun 2014-cü il tarixli, 257İsKX nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. Daha sonra 03 mart 2016-cı il tarixdə həmin kredit müqaviləsinə dəyişiklik edilməsi haqqında 017RKX nömrəli razılaşma bağlanmışdır. Sözü gedən razılaşmaya əsasən Kredit müqaviləsinin 4.1 bəndində göstərilmiş "48 (qırx səkkiz) ay" rəqəmi və sözləri "60 (altmış) ay" rəqəmi və sözləri ilə əvəz edilmişdir. İş materiallarından müəyyən olunur ki, 12 iyun 2014-cü il tarixdə kreditin təminatı qismində zaminlər Cavabdeh2, X4 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. Daha sonra 03 mart 2016-cı il tarixdə zaminlik müqaviləsinə dəyişiklik edilməsi haqqında 017RZX nömrəli razılaşma bağlanmışdır və zaminlik müqaviləsinin 1.2-ci bəndi yeni redaksiyada verilmişdir. İş materiallarından müəyyən olunur ki, cavabdehə kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə «Atabank” ASC-nin (Ləğv prosesindədir) Açıq Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/9278 saylı ekspert rəyindən müəyyən olunur ki, iş materiallarında olan carıi hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış 12 iyun 2014cü il tarixli, 257İsKX nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı ASC-yə olan borcu aşağıdaki kimi müəyyən edilir: xx.xx.2022-ci il tarixə: əsas borc üzrə 2424,51 manat, faiz borcu üzrə 504,81 manat, cərimə borcu üzrə 504,81 manat. İddiaçının nümayəndəsi ekspert rəyinə qarşı etirazın olmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 470.1.-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 471.1.-ci maddəsinə uyğun olaraq borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmamışsa, zamin və ya borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 458.1.-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasub müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia qismən təmin edilsin. Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 2424,51 manat əsas borcu, 504,81 manat faiz borcu, 50 manat cərimə borcu, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən əsas borca illik 5 % dərəcəsi ilə hesablanmış 123,08 manat faiz borcu, 75 manat dövlət rüsumu ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 birgə qaydada alınaraq X6, kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22 Məhkəmə Eksperizası Mərkəzi VOEN ********** AZ34CTRE******************** hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul eddildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Sərxan Səmədzadə
Məhkəmə qərarları › İş №e-2(067)-71/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-71/2023
16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver