Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-710/2025 03.04.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Samir Zakir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 5982,64 manat əsas, 914,46 manat faiz, 191,45 manat məbləğində cərimə olmaqla, cəmi 7088,55 (yeddi min səksən səkkiz manat 55 qəpik) manat məbləğində borcun və 90,89 (doxsan manat 89 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması; tutmanın girov qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi və girov predmetinin açıq hərracda satılaraq tələb edilən borcun ödənilməsi; satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğin Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 29 yanvar 2024-cü il tarixli, XC0017418-2024 saylı çərçivə kredit və girov müqaviləsinə əsasən borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 6425 manat kredit vermişdir. Bu müqaviləyə əsasən borcalan (cavabdeh) aldığı krediti müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada qaytarmağı, eləcə də kreditə hesablanmış faizləri, xidmət haqlarını borcverənə ödəməyi öhdəsinə götürmüş, həmçinin borcverən qarşısında götürdüyü öhdəliklərinin təminatı qismində saxlanc girovun qiymətləndirilməsinə dair 2 saylı əlavədə göstərilən qızıl-zinət əşyalarını iddiaçıya girov qoymuşdur. Lakin, Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq ödəməli olduğu borcunun ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə rəsmi müraciət оlunmasına, məsələnin məhkəmədənkənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, cavabdeh götürülən bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Belə ki, cavabdeh tərəfin iddiaçı "xxxx" ASC-yə ödənilməmiş 5982,64 manat əsas, 914,46 manat faiz və 191,45 manat məbləğində cərimə borcu mövcuddur. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə göndərərək bildirmişdir ki, məhkəmə baxışı iclasında iştirak edə bilmədiyindən, məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə Cavabdeh izahatında göstərmişdir ki, iddianı qəbul edir. Maddi vəziyyəti ilə əlaqədar hazırda borcunu ödəyə bilmir. İddianın təmin edilməsinə etiraz etmir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. İşə əlavə edilmiş 29 yanvar 2024-cü il tarixli, XC0017418-2024 saylı çərçivə kredit və girov müqaviləsindən müəyyən olunur ki, borcverən (iddiaçı) borcalana (cavabdehə) 60 ay müddətinə, illik 48 faiz ödəmək şərtilə 6425 manat kredit vermişdir. İş materiallarında olan 29 yanvar 2024-cü il tarixli, XC0017418-2024 saylı saxlanc girovu haqqında müqavilədən görünür ki, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasının təmini üsulu kimi Cavabdeh məxsus olan qızıl-zinət əşyaları 29 yanvar 2024-cü il tarixli, XC0017418-2024 saylı müqaviləyə əsasən banka girov qoyulmuşdur. Həmin qızıl-zinət əşyaları xx.xx.2024-cü il tarixli saxlanc-girovun likvid qiymətləndirrməsi Aktına əsasən "xxxx" ASC-nin “Xaçmaz” filialına saxlanca verilmiş və aşağıdakılardan ibarətdir: Əşyanın adı Miqdarı Çəkisi Əyarı Vahidin Cəmi qiymət (qram) qiyməti (Manatla) (manatla) Qarnitur 1 33,04 750C 70 2 312.80 Qırıq Bir qaş Üzük 1 11,2 583 56 627,2 Komplekt 1 7,1 5B3C 54 383,4 Klon 1 0.40 583 56 22,4 Saat 1 4 583 56 224 Cəmi: 55,74 3 569,80 İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh 29 yanvar 2024-cü il tarixli, XC0017418-2024 saylı kredit müqaviləsi üzrə borcunun məbləği kreditə 5982,64 manat əsas, 914,46 manat faiz, 191,45 manat məbləğində cərimə olmaqla, cəmi 7088,55 (yeddi min səksən səkkiz manat 55 qəpik) manat məbləğində təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən ipoteka müqaviləsində tərəflərin adı və yaşayış yeri, ipotekanın predmeti, ipoteka ilə təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü və icra müddəti göstərilməlidir. Həmin Məcəllənin 307.2-ci maddəsinə əsasən ipotekanın predmeti müqavilədə onun adı, olduğu yer göstərilməklə və eyniləşdirilməsi üçün yetərli olan təsviri verməklə müəyyənləşdirilir. Həmin Məcəllənin 307.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipotekanın predmeti olan əşyanın hansı hüquqa əsasən ipoteka verənə mənsub olduğu və ipoteka verənin bu hüququnu qeydə almış dövlət orqanı göstərilmişdir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən daşınmaz əmlakın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reystrində qeydə alınmalıdır. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetiriliməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş göstərməli və i.a ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə, lazımi şəkildə öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər, olmadıqda isə işguzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 460.1-ci maddəsinə görə öhdəliklərin icrası girov, dəbbə pulu və bu Məcəllədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və eyni zamanda, həmin Qanunun 34.1.2-ci maddəsinə əsasən əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddtlərinin ardıcıl olaraq iki dəfə pozulması nəticəsində ipoteka saxlayan ipoteka predmetinə tutmanı yönəltməklə, onun satılmasını, əldə edilmiş puldan kredit borcunun, hesablanmış faizlərin və cərimələrin, həmçinin, bununla bağlı çəkilmiş bütün xərclərin ipotekaya qoyulmuş əmlak hesabına ödənilməsinin tələb edə bilər. Həmin Qanunun 36-cı maddəsinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının İpoteka haqqında qanununun 39.3.3-cü maddəsinə görə, işə baxan məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən ipoteka predmetinin ilkin satış qiymətini çıxardığı qərarda göstərməlidir. Həmin Qanunun 41.2-ci maddəsinə görə, məhkəmənin qərarı əsasında ipoteka predmetinə tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən, ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə görə, ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər İpoteka haqqında qanunun 59.4-cü maddəsinə əsasən, ipoteka qoyan və onunla birlikdə yaşayan üzvləri və digər şəxslər ipotekaya qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər məhkəmənin qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə iş materiallarında olan sübutlara məjmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Mülki Prosessual Məjəlləsinin 119.1, 216-220, 226, 227, 233 və 360-ci maddələrinə əsasən, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 5982,64 manat əsas, 914,46 manat faiz, 191,45 manat məbləğində cərimə olmaqla, cəmi 7088,55 (yeddi min səksən səkkiz manat 55 qəpik) manat məbləğində borc və dövlət rüsumu kimi ödənilmiş 90,89 (doxsan manat 89 qəpik) manat məbləğində pul tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Tələb iddiaçı "xxxx" ASC-yə girov qoyulmuş ümumi çəkisi 55,74 qram olan aşağıdakı qızıl-zinət əşyalarına yönəldilsin. Əşyanın adı Miqdarı Çəkisi Əyarı Vahidin Cəmi qiymət (qram) qiyməti (Manatla) (manatla) Qarnitur 1 33,04 750C 70 2 312.80 Qırıq Bir qaş Üzük 1 11,2 583 56 627,2 Komplekt 1 7,1 5B3C 54 383,4 Klon 1 0.40 583 56 22,4 Saat 1 4 583 56 224 Cəmi: 55,74 3 569,80 Cavabdehə məxsus girov predmeti açıq hərracda satılsın, satışdan əldə olunan vəsait tələb edilən borcun ödənilməsinə yönəlsin, satışdan əldə olunan vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qalan məbləğ Cavabdeh tutularaq "xxxx" ASC-nə ödənilsin. Qətnamədən təqdim olunduğu və ya alındığı gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Samir Bayramov
Məhkəmə qərarları › İş №e-2(067)-710/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-710/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver