Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-860/2023 07.08.2023 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Qasımova Vüsalə Yadigar qızının sədrliyi, Məhkəmə iclas katibi X2, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xaçmaz şəhərində məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Beynəlxalq Bankı” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4298.10 manat əsas borcun, 1226.95 manat müqavilə müddətində hesablanmış faiz borcunun və 68.05 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 5593.10 (beş min beş yüz doxsan üç manat 10 qəpik) manat məbləğində kredit borcunun, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 75.94 (yetmiş beş manat 94 qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (40 qəpik) manat bank xidməti haqqının əvəzinin iddiaçı"xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********62 nömrəli xx.xx.2020-ci il tarixli Kredit müqaviləsinə (bundan sonra “Kredit müqaviləsi” adlandırılacaq) əsasən sonuncuya 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan həmin Müqavilə ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini qaytarmağı və ondan istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh Kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməkdən yayınır. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Belə ki, Cavabdeh kreditin qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq, öz öhdəliklərini lazımi qaydada yerinə yetirmir və borcun ödənişini təmin etmir. xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borc alan Cavabdeh Banka ödənilməmiş4298.10 manat əsas borc, 1226.95 manat müqavilə müddətində faiz borcu və 68.05 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmaqla faiz borcu olmaqla, cəmi 5593.10 (beş min beş yüz doxsan üç manat 10 qəpik) manat məbləğində kredit borcu qalmışdır. İddiaçı tərəf iddianın həcminin artırılması ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2(067)-860/2023 saylı qərardadı ilə mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Həmin qərardadın icrası qaydasında Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş ekspertizanın nəticələrinə dair tərtib edilmiş xx.xx.2023-cü il tarixil 9/2521 saylı ekspert rəyində qeyd edilən əsas və faiz borcları ilə iddiaçının tələb etdiyi əsas və faiz borcları ilə iddiaçının tələb etdiyi əsas və faiz borcları ilə iddiaçının tələb etdiyi əsas və faiz borcları eynilik təşkil etmişdir. İddia ərizəsi ilə məhkəməyə müraciət edildiyindən 6 aydan artıq vaxt keçmiş və bunun nəticəsində cavabdehin iddiaçı qarşısında əlavə olaraq müqavilə müddətindən sonra 5 %-lə hesablanmış faiz borcları yaranmışdır. Bu səbəbdən hazırda iddia tələbinin həcminin artırılmasını xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddiaya uyğun izahat vermiş və izahatında göstərmişdir ki, cavabdehin kredit müqaviləsinə əsasən əsas borc üzrə 4298.10 AZN, faiz borcu üzrə 1226.95 AZN, müqavilə müddəti bitdikdən sonra illik 5 Faiz borclu olmaqla, cəmi 5684.44 AZN borcu mövcuddur. Ona görə məhkəmədə iddia qaldırılmışdır. Xahiş edir ki, iddia təmin edilsin. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan iddiaçı "xxxx" ASC ilə cavabdeh arasında bağlanmış Kredit müqaviləsinə əsasən sonuncuya 24 ay müddətinə, kreditdən istifadəyə görə illik 20 faiz ödənilməsi şərtilə 5000 manat məbləğində kredit verilmişdir İş materiallarında olan 17 aprel 2023-cü il tarixli, 9/2521 saylı Ekspert Rəyindən görünür ki, cavabdehin iddia ərizəsi verilən müddətədək, 4298.10 manat, faiz borcu isə 1226.95 manat, faiz borcu( illik 5 % hesablanmaqla) 68.05 manat təşkil edir. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 17 aprel 2023-cü il tarixli, 9/2521 saylı rəyindən müəyyən olunur ki, Cavabdeh aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində pul alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş materiallarında olan xəbərdarlıq bildirişindən görünür ki, cavadehə müraciət olunmasına baxmayaraq o kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliyi lazımi qaydada icra etməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanılmış xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 24 ay müddətinə, illik 20% faizlə, 5.000 manat kredit verilmişdir. Cavabdeh həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə öhdəliklərini vaxtlı vaxtında yerinə yetirməmiş, ona edilən xəbərdarlıqlara baxmayaraq borcunu gecikdirmiş, ödəniş etməmiş və beləliklə, müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi İddia təmin edilsin. Cavabdeh əsas borc üzrə 4298.10 manat əsas borc, 1226.95 manat müqavilə müddətində hesablanmış faiz borcu və 159.39 manat müqavilə müddəti bitdikdən sonra illik 5%-lə hesablanmış faiz borcu olmaqla, cəmi 5684.44 manat məbləğində kredit borcu, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş 75.94 manat məbləğində dövlət rüsumu və 0,40 (40 qəpik) manat bank xidməti haqqı əvəzi "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №e-2(067)-860/2023
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-860/2023
07.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver