Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-948/2025 01.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi və məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx"Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh əsas borcu 3648.55 manat (üç min altı yüz qırx səkkiz manat 55 qəpik), faiz borcu 933.53 manat (doqquz yüz otuz üç manat 53 qəpik), cərimə borcu 417.28manat (beş yüz qırx yeddi manat 28 qəpik), həmçinin ərizəyə görə ödənilmiş 71.69 manat (yetmiş bir manat, 69 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 5201.05 manat (beş min iki yüz bir manat 05 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulmasıbarədəqətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 3810 manat (üç min səkkiz yüz on manat 00 qəpik) məbləğində krеdit vеrilmiş və bununla bağlı Bank Olmayan Kredit Təşkilatı «Embafinans” Qapalı Səhmdаr Cəmiyyəti ilə Cavabdeh arasında xx.xx.2023-cü il tarixli, 980-VLT-0121-23 saylı Krеdit Müqaviləsi bağlanmışdır. Krеdit Müqaviləsinin 2.1.1-ci bəndinə əsasən “Borcalan” Müqaviləyə və onun əlavələrinə uyğun olaraq ödəniş məbləğlərini ödəmədikdə və ya vaxtında ödəmədikdə “Borcverən” kreditin vaxtından əvvəl tam ödənilməsini tələb edə bilər. Krеdit Müqaviləsinin 2.4.5-ci bəndinə əsаsən kredit məbləğinin qaytarılması müqaviləyə uyğun olaraq aparılmadıqda və ya ödənilmədikdə “Borcalan” özünün şəхsi əmlаkı hеsаbınа bоrcun ödənilməsini təmin еtməlidir. Krеdit Müqaviləsinin şərtlərinə əsasən, Cavabdeh Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə xx.xx.2024-cü il tarixə əsas borcu 3648.55 manat (üç min altı yüz qırx səkkiz manat 55 qəpik), faiz borcu 933.53 manat (doqquz yüz otuz üç manat 53 qəpik), cərimə borcu 417.28manat (beş yüz qırx yeddi manat 28 qəpik) olmaqla ümumi borcu 4999.36manat (beş min yüz iyirmi doqquz manat 36 qəpik) təşkil edir ki, bu borcun da cavabdeh tərəfindən ödənilməsi təmin edilməlidir. İddia ərizəsinə əlavə edilmiş maliyyə arayışının verilmə tarixindən sonrakı dövr ərzində Cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Bоrcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət оlunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll еdilməsi üçün mümkün оlan bütün tədbirlərin görülməsinə baхmayaraq, Cavabdeh götürdüyü bоrcun qaytarılması üçün hеç bir təşəbbüs göstərməmişdir. Cavabdehə xx.xx.2024-cü il tarixli, 0637/24 saylı pretenziya (xəbərdarlıq) məktubu da göndərilmişdir. Göründüyü kimi cavabdeh müqavilə şərtlərini pozmuş və vurduğu zərər nəticəsində Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətini müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan məhrum etmişdir (Mülki Məcəllənin 421.2-ci maddəsi). İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti 09 aprel 2025-ci il tarixdə məhkəməyə iddianın dəyişdirilməsinə dair ərizə verərək, Cavabdeh əsas borcu 3648.55 manat (üç min altı yüz qırx səkkiz manat 55 qəpik), faiz borcu 933.53 manat (doqquz yüz otuz üç manat 53 qəpik), cərimə borcu 417.28 manat (dörd yüz on yeddi,iyirmi səkkiz qəpik), həmçinin ərizəyə görə ödənilmiş 71.69 manat (yetmiş bir manat, 69 qəpik) dövlət rüsumunun əvəzi, ümumilikdə 5201.05 manat (beş min iki yüz bir manat 05 qəpik) borcun iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" QSC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsinin və MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iddia tələbini müdafiə edərək, izahatında göstərmişdir ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 3810 manat məbləğində kredit verilmiş və bununla bağlı cavabdehlə BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyəti arasında 22 sentyabr 2023-cü il tarixində 980-VLT-0121-23 saylı kredit müqaviləsi bağlanmışdır. Cavabdehin 24 iyul 2024-cü il tarixə əsas borcu 3648.55 manat, faiz borcu 933.53 manat, cərimə borcu 547.28 manat, ümumi borcu 5129.36 manat təşkil edir. Həmin borc məbləğinin və iddia ərizəsinə görə ödənilmiş 71.69 manat dövlət rüsumunun cavabdehdən alınaraq BOKT "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə tərəflərindən məhkəmədə iddia qaldırılmışdır. Lakin, cavabdeh məhkəmə prosesləri davam edən zaman müəyyən bir məbləğ ödənişlər etmişdir. Ona görə də iddia ərizəsinin həcminin azaldılması barədə ərizəni məhkəməyə təqdim edir.Hazırda cavabdehin Cəmiyyətə ümumilikdə 5071.05 manat borcu vardır. Bankla şirkət arasında əməkdaşlıq müqavilələri vardır və həmin müqavilələrin məhkəməyə təqdim edə bilər. Onların vəzifəsi həmin məbləği “Wolte” şirkətinin hesabına köçürülməsini təmin etməkdir. Məhkəmə haırlıq iclasında iştirak edən Cavabdeh ilkin dinləmələr zamanı izahatında göstərmişdir ki, iddia ərizəsi ilə tanış olmuşdur. İddianı qəbul etmir. Öhdəliyi var və buna etiraz etmir. Lakin girov qoyulan əmlaklar var, onları götürsünlər ki,o, onlara pul vəsaiti ödəniş etməsin. Beləcə hesablaşmış olsunlar. Dəfələrlə müraciətlər olunsa da, əhəmiyyət vermirlər. O, mopedləri onlara qaytarmamışdır. Qaytarmaq üçün onlara şifahi məlumat vermişdir. Ona rəhbərliyə müraciət etməyi tövsiyyə edilmiş, lakin rəhbərlik onu qəbul etməmişdir. Mopedlər onadaxili kredit açılmaqla, 1 illik qaranti ilə verilmişdir. Bankla müqaviləni Wolte şirkəti bağlamışdır. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli, 980-VLT-0121-23 saylıKredit müqaviləsindən müəyyən olunur ki, Cavabdeh 18 ay müddətinə qaytarılmaq şərti ilə 3810 manat məbləğində krеdit vеrilmişdir. 13 fevral 2024-cü il tarixli bildirişdən müəyyən olunur ki, Cavabdeh kredit borcunu ödəməsi barədə öhdəliyini icra etməsi, əks təqdirdə öhdəliyin icra edilməməsi ilə əlaqədar məhkəmədə iddia qaldırılacağı barədə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən rəsmi xəbərdarlıq edilmişdir. 09 aprel 2025-ci il tarixli maliyyə arayışından müəyyən olunur ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan Cavabdeh24 iyul 2024-cü il tarixə banka 22 sentyabr 2023-cü il tarixli, 980-VLT-0121-23 saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 3648.55 manat, faiz üzrə 933.53 manat, cərimə üzrə 417.28 manat olmaqla, cəmi 4999.36 manat məbləğində kredit borcu yaranmışdır. Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Əməkdaşlıq haqqında” 15 avqust 2023-cü il tarixli, VLT-xx/xx-2023 nömrəli müqavilədən müəyyən edilir ki, satıcının müxtəlif növ skuter, velosiped və mopedlərin, həmçinin bu məhsullara aid ehtiyat hissələri və aksessuarların satışı ilə məşğul olduğunu, kreditorun Azərbaycan Respublikasındakı kredit bazarında kreditləşmə fəaliyyətini həyata keçirmək hüququna malik olduğunu, satıcının müştərilərinin bir hissəsini malları cəlb olunan kredit vasitələri hesabına əldə etmək niyyətlətləri olduqlarını, tərəflərin kommersiya fəaliyyətinin inkişafında maraqlarını və bu işdə qarşılıqlı əməkdaşlığın hər iki tərəf üçün səmərəli olacağını və kreditorun malları kreditlə əldə etmək istəyən müştəriləri bu əməkdaşlıq haqqqında müqavilədə nəzərdə tutulmuş hallarda və şərtlərlə kreditləşdirmək niyyətində olduğunu nəzərə alaraq “kreditor” adlandırılacaq Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə “satıcı” adlandırılacaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti aralarında müqavilə bağlamışlar. 31 iyul 2024-cüil tarixli,**********saylı ödəniş qəbzindən müəyyən olunur ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 71.29 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cumaddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.7-ci maddəsinə əsasənbu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 4764.50 manata görə 67.64 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 67.64 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə araşdırması zamanı tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı malın qüsurlu olduğunu və istifadəyə yararsız olduğunu əsas gətirməklə Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən aldığı kredit məbləğini ödəməkdən boyun qaçırmışdır. Məhkəmə tərəflər arasındakı mübahisəli kredit məbləği ilə bağlı onu qeyd edir ki, iş materialları ilə müəyyən edilmişdir ki, həmin kredit məbləği Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış “Əməkdaşlıq haqqında” 15 avqust 2023-cü il tarixli, VLT-xx/xx-2023 nömrəli müqaviləsinin 2.2.3-cü bəndinə və 22 sentyabr 2023-cü il tarixli, 980-VLT-0121-23 saylı Kredit müqaviləsinin 2.2.1-ci bəndinə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təqdim etdiyi bank hesabına köçürülmüşdür. Kredit müqaviləsinin 3.5-ci bəndinə əsasən borcverən borcalan qarşısında borcverəndən aslı olmayan səbəblərə görə (istehsal mallarındakı hər hansı bir qüsura, uyğunsuzluğa, borcalan bu müqavilə üzrə satılmalı olan istehlak mallarının vaxtında verilməməsinə, borcalana göstərdiyi ünvanda quraşdırılmamasına və hər hansı digər hallarda) görə heç bir məsuliyyət daşımır. Yuxarıda qeyd olunan üç tərəfli razılaşmadan və müqavilə şərtlərindən müəyyən edilir ki, cavabdehin qeyd etdiyi səbəb ilə kredit məbləğini ödəməkdən boyun qaçırması onu bu məsuliyyətdən azad etmir. Belə ki, cavabdeh müqaviləyə əsasən götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirməlidir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 22 sentyabr 2023-cü il tarixli, 980- VLT-0121-23 saylı Kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bocludur. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməli, iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli, 980-VLT-0121-23 saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 3648.55 manat, faiz üzrə 933.53 manat, cərimə üzrə 182.40 manat olmaqla, cəmi 4764.50 manat məbləğində bоrc pul və ödənilmiş 67.64 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 22 sentyabr 2023-cü il tarixli, 980-VLT-0121-23 saylı Kredit müqaviləsi üzrə əsas məbləğ üzrə 3648.55 manat, faiz üzrə 933.53 manat, cərimə üzrə 182.40 manat olmaqla, cəmi 4764.50 manat məbləğində bоrc pul və ödənilmiş 67.64 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlikedən: Nərmin Abiyeva
Məhkəmə qərarları › İş №e-2(067)-948/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-948/2025
01.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver