Azərbaycan Respublikası adından QƏTNAMƏ Xaçmaz şəhəri İş № e-2(067)-95/2025 13.05.2025 XAÇMAZ RAYON MƏHKƏMƏSİ Hakim Abiyeva Nərmin Mirhəsən qızının sədrliyi, məhkəmə iclas katibi İsayeva Səbinə Cavanşir qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələbinə dair mülki işə Xaçmaz rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı Xaçmaz rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdeh 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı müqaviləyə əsasən 268.78 manat əsas, 443.52 manat faiz, 40 manat cərimə, 12 iyun 2014-cü il tarixli DK8438619/14 saylı müqaviləyə əsasən 100 manat əsas, 264 manat faiz, 40 manat borcu, xx.xx.2014-cü il tarixli FG/48441/44/19 saylı müqaviləyə əsasən 400 manat əsas, 170.96 manat cərimə borcu olmaqla, cəmi 1727.26 manat borcun və 38 manat məbləğındə ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, X5 ilə İddiaçı ASC arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı, 12 iyun 2014-cü il tarixli DK8438619/14 saylı və 16 sentyabr 2014-cü il tarixli FG/48441/44/19 saylı müqavilələrə əsasən bank ona ümumilikdə 1900 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X2 Banka ümumi olaraq 1727.26 manat borcu vardır. X5 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. Cavabdeh X2 qanuni vərəsəsidir. X5 tərəfindən vərəsələrinə qalan miras əmlak AR Dəvəçi rayon torpaq şöbəsi tərəfindən xx.xx.1999-cu il tarixdə X3 verilmiş seriya nömrəsi JN:0070, kod:30408048 olan dövlət aktına əsasən Dəvəçi rayonu Məliklər kəndi ünvanında yerləşən ümumi sahəsi 0.52 ha torpaq sahəsindən ibarətdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 29 aprel 2025-ci il tarixdə iddia tələbinin azaldılması barədə məhkəməyə ərizə təqdim edərək, cavabdeh məhkəmə gedişatı zamanı ödəniş etidyindən, hal-hazırda Cavabdeh 12 iyun 2014-cü il tarixli DK8438619/14 saylı və 16 sentyabr 2014-cü il tarixli FG/48441/44/19 saylı müqavilələr üzrə borcu yoxdur. Bu səbəbdən Cavabdeh 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı müqaviləyə əsasən 268.78 manat əsasə, 443.52 manat faiz, 40 manat cərimə borcu olmaqla, cəmi 752.30 manat borcun və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi işə iştirakı olmadan baxılaraq, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsinə dair məhkəməyə ərizə göndərmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməyi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və MPM-nin 185.5ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan hazırki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı, 16 sentyabr 2014-cü il tarixli FG/48441/44/19 saylı və 12 iyun 2014-cü il tarixli DK8438619/14 saylı kredit müqavilələrindən müəyyən edilir ki, bank tərəfindən X3 ümumilikdə 1900 manat məbləğlərində kredit verilmişdir. 29 sentyabr 2021-ci il tarixli Qanun üzrə X6 Şəhadətnamənin surətindən müəyyən edilir ki, 22 fevral 2015-ci il tarixdə vəfat etmiş X2 vərəsələri ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak Azərbaycan Respublikası Dəvəçi rayon Torpaq Şöbəsi tərəfindən 18 iyun 1999-cu il tarixdə X4 verilmiş seriya nömrəsi JN:0070, KOD 30408048 olan dövlət aktına əsasən Dəvəçi rayonu, Məliklər kəndi ünvanında yerləşən ümumi sahəsi 0.52 ha olan torpaq sahəsindən iibarətdir. 06 fevral 2024-cü il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh 06 fevral 2024-cü il tarixə banka olan borcu İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı müqaviləyə əsasən 268.78 manat əsas, 443.52 manat faiz, 40 manat cərimə, 12 iyun 2014-cü il tarixli DK8438619/14 saylı müqaviləyə əsasən 100 manat əsas, 264 manat faiz, 40 manat borcu, xx.xx.2014-cü il tarixli FG/48441/44/19 saylı müqaviləyə əsasən 400 manat əsas, 170.96 manat cərimə borcu olmaqla, cəmi 1727.26 manat təşkil edir. 16 aprel 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən müəyyən edilir ki, iddia ərizəsinin verilməsi ilə əlaqədar İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 38 manat dövlət rüsumu köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart tarixli 2025-ci il tarixli, 9/7254 nömrəli ekspert rəyindən müəyyən edilir ki, iş materiallarında olan maliyyə arayışı məlumatları və tərəflər arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı kredit sazişində qeyd olunan şərtləri nəzərə alaraq X2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 06 fevral 2024-cü il tarixə olan borcu 681.36 manat müəyyən edilmişdir. Əsas borc üzrə - 249.58 manat, faiz üzrə - 431.78 manat. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin 30 aprel 2025-ci il tarixli arayışından müəyyən edilir ki, X5 ilə Bank of Baku» Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, FG/48441/44/19 saylı müqaviləyə əsasən Cavabdeh banka cəmi 752.30 manat borcu vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 389-cu maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir; müqavilədən əmələ gələn öhdəliklərə öhdəliklər haqqında ümumi müddəalar tətbiq edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 397.1-ci maddəsinə əsasən müqaviləyə görə tərəf öz vəzifələrinin icrası müqabilində haqq və ya digər qarşılıqlı əvəz almalıdırsa, həmin müqavilə əvəzli sayılır. 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 399.1, 399.3 və 399.4-cü maddələrinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 406-cı maddəsinə əsasən müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımça icra edilməməsi başa düşülür. 445.7-ci maddəsinə əsasən bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 739.1.-ci maddəsinə uyğun olaraq borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni kefiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəkilində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Mülki Məcəllənin tələblərinə görə kreditin qaytarılması öhdəliyi şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak vəzifələri, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən vəzifələr sırasına aid edilmir. 1153-cü maddəsinə əsasən isə şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Lakin kredit müqaviləsi üzrə icra borclunun şəxsi iştirakı olmadan mümkün olduğu üçün kredit müqaviləsi üzrə onun borcu vərəsəsinə (vərəsələrinə) keçir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1306-cı maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar; əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının “Dövlət Rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Elektron məhkəmə portalında yaradılmış kalkulyator vasitəsilə aparılmış hesablama nəticəsində müəyyən olunur ki, iddia tələbinin predmetini təşkil edən 11061.98 manata görə 123.18 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehdən iş üzrə ödədiyi dövlət rüsumunu tələb etdiyindən və iddia tələbi qismən təmin edildiyindən, yəni iddia tələbinin predmetini təşkil edən məbləğ azaldığından 123.18 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Məhkəmə təqdim olunmuş sübutları tədqiq edərək və işin hallarını araşdıraraq müəyyən etmişdir ki, borcalan X5 iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə bağladığı 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı krеdit müqaviləsi üzrə krediti və ona hesablanmış faizləri ödəməməklə kreditor qarşısında borcun ödənilməsi ilə bağlı vəzifəsini icra etməmiş və bununla da Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuş, sonradan isə 22 fevral 2015-ci il tarixdə vəfat etmişdir. X1 ölümündən sonra onun bank qarşısındakı borc öhdəliyinin icrası ilə bağlı 29 sentyabr 2021-ci tarixli qanun üzrə X6 Şəhadətnaməsinə əsasən X2 vərəsəsi kimi tanınmış və miras əmlak olan torpaq sahəsindən tam hissədə pay almış Cavabdeh məsuliyyət daşıyır. Ona görə də Cavabdeh öhdəliyini icra etməyən borclular kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh X5 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı Kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyərək krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına əsasən banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur. Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə bocludur. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı kredit müqaviləsi üzrə cavabdehin borcunun məbləğinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 mart tarixli 2025-ci il tarixli, 9/7254 nömrəli ekspert rəyinə uyğun müəyyən edilməsini məqsədə müvafiq hesab edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, cərimə məbləği azaldılmaqla iddia tələbi qismən təmin edilməli, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı Krеdit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 249.58 manat, faiz üzrə 431.78 manat olmaqla, cəmi 681.36 manat məbləğində borc pul və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə X5 arasında bağlanmış 16 sentyabr 2014-cü il tarixli, BAL0515919/13 saylı krеdit müqaviləsi üzrə yaranmış əsas məbləğ üzrə 249.58 manat, faiz üzrə 431.78 manat olmaqla, cəmi 681.36 manat məbləğində borc pul və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 ay müddətində Xaçmaz rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən qanunla müəyyən edilmiş qaydada şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: NƏRMİN ABİYEVA
Məhkəmə qərarları › İş №e-2(067)-95/2025
Xaçmaz Rayon Məhkəməsi Qətnamə — İş №e-2(067)-95/2025
13.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver