Məhkəmə qərarları › İş №e-2(068)-12/2023

Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-12/2023

18.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-12/2023 18.04.2023 XIZI RAYON MƏHKƏMƏSİ X1 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi, 7969,87 manat əsas borc, 2515,14 manat faiz borcu olmaqla, cəmi 10485,01 manat borcun və iş üzrə ödənilmiş 122 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank həmin cavabdehə 34 ay müddətinə, illik 25% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Hazırda cavabdeh “Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcu ödənilməmiş qalır. Cavabdeh2 (zamin) həmin müqаviləyə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. Hazırda cavabdehlər ödəniş cədvəlinə əsasən ödəməli olduqları kredit və hesablanmış faizləri banka ödəməkdən yayınırlar və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmirlər. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq hazırkı mülki işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, həmin cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə iclasında izahat verərək bildirdi ki, iddiaçı ilə bağlanmış kredit müqaviləsinə əsasən bank digər cavabdehə, yəni oğlu Cavabdeh1 34 ay müddətinə, illik 25% olmaqla 10000 manat məbləğində kredit vermişdir. O, da həmin müqavilə üzrə zamin olmuşdur. Oğlu Cavabdeh1 hazırda da hərbiçi olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş və medallarla təltif olunmuşdur. Oğlu bir müddət müalicədə olduğundan kreditin ödənilməsində gecikmələr olmuşdur. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit sazişinə əsasən iddiaçı həmin cavabdehə 34 ay müddətinə, illik 25% olmaqla 10000 manat məbləğində kredit vermişdir. Kreditin Cavabdeh1 verilməsini işdə olan eyni tarixli kassa məxaric orderi də təsdiq edir. İşdə olan xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən müəyyən olunur ki, Cavabdeh1 iddiaçıya 34 ay müddətinə hər ay 413,41 manat, sonuncu ay isə 420,16 manat ödəniş etməlidir. İşdə olan xx.xx.2019-cu il tarixli kredit sazişindən görünür ki, Cavabdeh2 iddiaçı qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı Cavabdeh1 bütün öhdəliklərini icrа еtməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 iddiaçıya 7969,87 manat əsas borc, 2515,14 manat faiz borcu olmaqla, cəmi 10485,01 manat məbləğində borcu vardır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 9/296 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatarı, 27 noyabr 2019-cu il tarixli kredit müqaviləsi şərtləri əsas götürülməklə Cavabdeh1 nun banka olan borcu müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borcu 7968,78 manat, faiz borcu 2434,08 manat, məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixə isə 7968,78 manat, faiz borcu 2528,15 manat müəyyən olunur. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 122 manat dövlət rüsumu ödəmişdir. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 fevral 2023-cü il tarixli, 9/296 nömrəli ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh1 kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. İş materiallarından, o cümlədən ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh1 banka olan borcu müqavilə müddətinin bitdiyi xx.xx.2022-ci il tarixə əsas borcu 7968,78 manat, faiz borcu 2434,08 manat, məhkəməyə müraciət olunduğu xx.xx.2022-ci il tarixə isə 7968,78 manat, faiz borcu 2528,15 manat müəyyən olunur. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür (421.1.). Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur (421.2.). İşdən göründüyü kimi xx.xx.2019-cu il tarixli kredit sazişi 34 ay müddətinə bağlanmış və müqavilənin müddəti xx.xx.2022-ci il tarixdə bitmişdir. Hazırda həmin müqavilənin qüvvədə olma müddəti qurtardığından onun ləğv edilməsi zərurəti aradan qaldırılmışdır. Bu səbəbdən də, iddia həmin hissədə təmin edilə bilməz. Bununla yanaşı, Mülki Məcəllənin 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Həmçinin, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış müqaviləsinin 6.8-ci bəndinə əsasən zamin müqavilədən irəli gələn pul öhdəlikləri əsas borclu tərəfindən icra edilmədikdə və ya lazımınca icra edilmədikdə həmin öhdəlikləri tamamı ilə icra edilməsi üçün tam məsuliyyəti öz üzərinə götürür və bank qarşısında əsas borclu ilə birgə məsuliyyət daşıyır. Göründüyü kimi Cavabdeh2 kredit müqaviləsinə əsasən Cavabdeh1 ilə iddiaçı arasında bağlanan kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır. Beləliklə də, cavabdehlər kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas və faiz borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia qismən təmin edilməli və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7968,78 manat əsas borc, 2515,14 manat faiz borcu olmaqla, cəmi 10483,92 manat məbləğində pul müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 122 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, aparılmış məhkəmə mühasibatlıq ekspertizası tədqiqatının dəyəri 150 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 7968,78 manat əsas borc, 2515,14 manat faiz borcu olmaqla, cəmi 10483,92 (on min dörd yüz səksən üç manat doxsan iki qəpik) manat məbləğində pul və ödənilmiş 122 (yüz iyirmi iki) manat dövlət rüsumu müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Aparılmış məhkəmə mühasibatlıq ekspertizasının tədqiqatının dəyəri 150 (yüz əlli) manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlqar Cabbarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar