Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-12/2025 04.02.2025 XIZI RAYON MƏHKƏMƏSİ X7 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, İddiaçı Cavadova Rəsmı̇ yyə Əlı̇ qızının iştirakı ilə, İddiaçı Cavadova Rəsmı̇ yyə Əlı̇ qızının Cavabdeh qarşı pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavadova Rəsmı̇ yyə Əlı̇ qızı Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1000 manat məbləğində borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı şəhid anası olmaqla, Sumqayıt şəhərində yaşayır və 3 ildir “Dostluq” restoranında mətbəxdə işləyir. Həmin restoranda kababçı işləyən cavabdeh iş yoldaşı olmuşdur. Təxminən 1 il əvvəl Cavabdeh işdə özünü narahat apararaq, hay-küy salaraq qızının qaçırılığını bildirmişdir. Həmin ərəfədə cavabdeh qızına cehiz almaq üçün iddiaçıdan borc pul istəmiş, iddiaçı da ona iş yoldaşlarının, şahidlərin yanında 1000 manat borc pul vermişdir. Lakin cavabdeh hazıradək borcunu qaytarmamışdır. İddiaçı dəfələrlə cavabdehə pulunu geri qaytarmaq üçün müraciət etsə də, cavabdeh müxtəlif bəhanələrlə pulunu qaytarmaqdan imtina etmişdir. Bundan sonra DİN-nin 102 qaynar xəttinə müraciət edərək pulunun qaytarılmasında köməklik edilməsini xahiş etmiş, lakin Sumqayıt şəhər Pİ-nin 1-ci PB-si işin mülki xarakterli olmasını bildirərək məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Cavadova Rəsmı̇ yyə Əlı̇ qızı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, Cavabdeh ondan borca pul almasını təsdiq edən şahidləri də vardır. Belə ki, iş yerində hamı Zeynalın qızının qoşulub qaçdığını bilmiş və bundan bir müddət sonra qızı üçün cehiz almaq məqsədilə sonuncuya 1000 manat borca pul verdiyini görmüşlər. Pul verdiyi tarixi dəqiq bilməsə də, təxminən 2022-ci ilin may ayından sonra olmuşdur. Sonuncu dəfə Zeynal işdən çıxmamışdan qabaq borcunu istəmiş, həmin vaxt cavabdeh ona “gedirəm, amma narahat olma, pulunu göndərəcəm” demiş, bir neçə ay keçdikdən sonra nömrəsinə zəng etmiş, tezliklə pulunu verəcəm desə də, yenə qaytarmamışdır. Daha sonra məcbur qalıb şikayət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 ifadəsində göstərmişdir ki, tərəflərin hər ikisini işlədiyi “Dostluq” restoranından tanıyır. Rəsmiyyənin Zeynala pul verdiyini sadəcə kənardan görmüşdür. Belə ki, əmək haqqını o, payladığından həmin günü də, Rəsmiyyə xanıma təxminən 100-150 manat maaş vermiş, sonuncu da həmin pulun üstünü düzəldib Zeynala borca pul vermişdir. Həmin vaxt verdiyi pulun məbləğini dəqiq bilməsə də, pul verərkən yüzlüklər və əlliliklər saydığını kənardan görmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə verən X2 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin yay-payız ayları idi, bir yerdə “Dostluq” restoranında işləyirdilər və Rəsmiyyə xanım Zeynala borc pul verdiyinin şahidi olmuşdur. Belə ki, Zeynal restoranda kababçı işləyirdi. Qızını köçürürdü və maddi çətinliyi var idi. Rəsmiyyə xanım da hamıya əl tutandır, ona da köməklik göstərmiş və 1000 manat borca pul vermişdir. O, Rəsmiyyə xanımla bir iş növbəsində qutab bişirdiklərindən pulun verilməsinin də şahidi olmuşdur. Həmin vaxt Rəsmiyyə xanım kassadan aldığı pulun üstünü düzəldib, 1000 manat Zeynala vermişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X3 ifadəsində göstərmişdir ki, “Dostluq” restoranında ofisiant işləyir və işə başlayandan 4-5 ay sonra Zeynal kababçı kimi restorana gəlmişdir. Rəsmiyyə xanımın kassadan maaşını alıb, üstünə əlavə pul da üstünə qoyub Zeynala verdiyinin şahidi olmuşdur. Həmin vaxt borcun məbləğini dəqiq bilməsə də, sonradan 1000 manat məbləğində pul verildiyini eşitmiş, lakin Zeynalın pulu nə vaxt qaytarmalı olduğunu bilməmişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Sumqayıt ŞPİ-nin 1-ci Polis bölməsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, müraciətində göstərilən xüsusatlar mülki xarakterli olduğundan aidiyyatı üzrə məhkəməyə müraciət etmək hüququnun olması Cavadova Rəsmı̇ yyə Əlı̇ qızına izah olunmuşdur. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri 2022-ci il tarixdə yarandığından Mülki Məcəllənin 739-cu və 741-ci maddələrinə münasibətdə hazırkı mübahisəyə bu Məcəllənin borc müqaviləsi ilə bağlı həmin vaxt qüvvədə olan müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin 01 oktyabr 2023-cü il tarixədək qüvvədə olan müddəalarına əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Mülki Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə həm iddiaçının, həm də cavabdehlərin üzərinə düşür. Belə ki, sübutların tədqiqatı zamanı iddiaçı cavabdehin ona 1000 manat borclu olmasını sübut edə bilmişdir. Cavabdeh tərəf isə məhkəmə iclaslarında iştirak etməmiş və iddiaçının dəlillərini təkzib edən hər hansı sübut təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, 1000 manat məbləğində pul cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə həmçinin, iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Ona görə ki, cavabdeh iddiaçı məhkəmədə iddia qaldırması ilə əlaqədar dövlət rüsumunu ödəməsi ilə ona əlavə zərər vurmuşdur. Odur ki, əsas borc cavabdehdən alınmaqla yanaşı, iddia ərizəsinin verilməsi ilə əlaqədar iddiaçının dövlət rüsumunu ödəməsi nəticəsində çəkdiyi əlavə zərər də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MM-nin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Digər tərəfdən, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 1030 (bir min otuz) manat məbləğində pul tutularaq iddiaçı Cavadova Rəsmı̇ yyə Əlı̇ qızına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-12/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-12/2025
04.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver