Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-154/2022 16.09.2022 XIZI RAYON MƏHKƏMƏSİ X1 Ağamusa oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 3647,07 manat əsas kredit borcu, 27,49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3674,55 manat borcunun, həmçinin 56,75 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 22 may 2019-cu il tarixli, 016CASA191420004 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3647,07 manat məbləğində kredit verilmişdir. Lakin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etməyən cavabdeh iddiaçıya xx.xx.2021-ci il tarixinə 3647,07 manat əsas kredit borcu, 27,48 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla,cəmi 3674,55 manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o, iddiaçıya olan borcunu ödəməmişdir. Ona görə də, iddiaçı tərəf iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə (bundan sonra - MPM) əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir (284-1). Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir (284-5.1.). Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər (284-5.2.). Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır (284-5.3.). İddia ərizəsi 11 avqust 2022-ci il tarixində məhkəməyə daxil olmuşdur. Ərizə məhkəməyə daxil olduqdan sonra icraata qəbul edilmiş, cavabdehə bildiriş göndərilmiş və iddiaya dair yazılı etirazını və əlavə edilmiş sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi təklif edilmişdir. Cavabdehin iddia tələbi ilə bağlı etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan olan şəxsiyyət vəsiqəsinin surətindən göründüyü kimi cavabdeh xx.xx.1981-ci ildə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmuş, hazırda Xızı rayonu, Yeni Yaşma kəndində qeydiyyatdadır. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh arasında 22 may 2019-cu il tarixli, 016CASA191420004 nömrəli Güzəştli kredit müqaviləsinə əsasən cavabdehə 12 ay güzəşt müddəti olmaqla, 60 ay müddətinə illik 1% faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 3647,07 manat məbləğində kredit verilmişdir. Ödəniş cədvəlinə əsasən cavabdeh həmin kredit müqaviləsi üzrə 12 ay güzəşt müddəti olmaqla 48 ay müddətinə hər ay 77,54 manat manat ödəniş etməli idi. İşdə olan 06 dekabr 2021-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin kredit müqaviləsi üzrə 06 dekabr 2021-ci il tarixinə 3647,07 manat əsas kredit borcu, 27,49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3674,55 manat borcu vardır. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə 22 may 2019-cu il tarixli, 016CASA191420004 nömrəli Güzəştli kredit müqaviləsi üzrə iddaçıya 03 dekabr 2021-ci il tarixinə 3647,07 manat əsas kredit borcu, 27,49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3674,55 manat borcu qalmasına və sözü gedən müqavilə üzrə öhdəlikləri icra etməsə aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət edəcəkləri barədə xəbərdarlıq göndərilib. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 56,75 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi tərəflər arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 3.1.2-ci yarım bəndinə əsasən ödəniş cədvəli ilə müəyyən edilmiş qaydada kredit borcunu banka ödəmədikdə bank bu müqavilənin bir tərəfli qaydada vaxtından əvvəl xitam verə və verilmiş krediti bu bu müddətə qədər hesablanmış faizi və vurulmuş zərərin əvəzini qaytarılmasını tələb edə bilər. Göründüyü kimi cavabdeh kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 06 dekabr 2021-ci il tarixinə 3647,07 manat əsas kredit borcu, 27,49 manat faiz borcu qalmışdır. Ona görə də həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 56,75 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-27,40 və 360-cı, həmçinin 284-1-284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 22 may 2019-cu il tarixli, 016CASA191420004 nömrəli Güzəştli kredit müqaviləsi üzrə 3647,07 manat əsas kredit borcu, 27,49 manat kreditdən istifadəyə görə faiz borcu olmaqla, cəmi 3674 (üç min altı yüz yetmiş dörd) manat, 55 (əlli beş) qəpik məbləğində borc, həmçinin 56 (əlli altı) manat, 75 (yetmiş beş) qəpik ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Xızı Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(068)-154/2022
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-154/2022
16.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver