Azərbaycan Respublikası adından QƏTNAMƏ Xızı rayonu İş № e-2(068)-51/2025 22.04.2025 XIZI RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Mustafayev Mahir Xeyrulla oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xızı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Xızı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən sığorta ödənişinin əvəzi olaraq 13584,30 manat zərər məbləğinin və ödənilmiş 130,75 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, B.Bünyadov küçəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində, Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil, X1 idarə etdiyi “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil iddiaçı tərəfindən xx.xx.2022-ci il tarixindən xx.xx.2023-cü il tarixinə qədər CSB ********* saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsinin tam sığorta növü üzrə sığortalanmışdır. xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə 18000 manat zərər dəymişdir. İddiaçı ilə zərərçəkmiş sığortalı X3 arasındakı sığorta müqaviləsinə əsasən, 250 manat şərtsiz azadolma məbləği (franşiza) müəyyənləşdirilmişdir. Nəqliyyat vasitəsinin qəzadan sonra dəyəri azaldığından, növbəti dəfə yenidən avtomobilin 50000 manat məbləğində sığortalanması üçün X2 veriləcək 817 manat sığorta ödənişindən çıxılmışdır. xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən, müvafiq xərclər çıxıldıqdan sonra, 16933 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-911/2022 nömrəli qərarından və YNH-nin təfərrüatları barədə arayışdan göründüyü kimi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmişdir. Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və ödəniş sənədindən göründüyü kimi 4165,70 manat "xxxx" ASC tərəfindən "xxxx" ASC-yə ödənilmişdir. İddiaçının qalan 13584.30 manat ödənilmiş sığorta məbləğini isə Cavabdeh tələb etmək hüququ vardır. Göründüyü kimi, “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh təqsiri ucbatından maddi ziyan dəymişdir və zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyindən iddiaçının subroqasiya tələbi yaranmışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onların iştirakı olmadan keçirilməklə iddialarının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, həqiqətən “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə “Dodge Charger” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Lakin dəymiş zərərin məbləği ilə razı deyil. Qeyd edilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdə olan xx.xx.2022-ci il tarixli, CSB100181877 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X2 məxsus “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər avtonəqliyyat vasitəsini tam sığorta növü üzrə sığortalanmışdır. İşdə olan Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(008)-911/2022 nömrəli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törədilməsində təqsirli bilinmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qiymətləndirmə aktından görünür ki, “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 18000 manat zərər dəymişdir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil icbari sığorta şəhadətnaməsi ilə "xxxx" ASC tərəfindən avtonəqliyyat sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış və İAS223586 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən iddiaçı "xxxx" ASC-yə 4165,70 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İşə əlavə edilmiş CSB113941 saylı sığorta aktından və ödəniş tapşırığından görünür ki, iddiaçı ilə zərərçəkmiş sığortalı X3 arasındakı sığorta müqaviləsinə əsasən, 250 manat şərtsiz azadolma məbləği (franşiza) müəyyənləşdirilmiş, nəqliyyat vasitəsinin qəzadan sonra dəyəri azaldığından, növbəti dəfə yenidən avtomobilin 50000 manat məbləğində sığortalanması üçün X2 veriləcək 817 manat sığorta ödənişindən çıxılmış və xx.xx.2022-ci il tarixli ödəniş sənədinə əsasən, müvafiq xərclər çıxıldıqdan sonra, 16933 manat iddiaçı tərəfindən X1 bank hesabına ödənilmişdir. İşə əlavə edilmiş 05/01569 nömrəli, 13 mart 2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 7 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İşdə olan 22 avqust 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı məhkəməyə müraciət edərkən, 130,75 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır (883.1.). Sığorta obyekti sığortalının, yaxud sığorta olunanın qanunazidd olmayan hər hansı əmlak mənafeyidir (886.1.). Əmlak sığortasının obyektləri sığortalının əmlaka sahibliyi, ondan istifadəsi və (və ya) ona sərəncam verməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi, digər fiziki şəxslərin sağlamlığına xəsarət yetirməsi və ya fiziki şəxslərin əmlakına, həmçinin hüquqi şəxslərə vurduğu zərərin əvəzinin ödənilməsi, istehsalat fəaliyyəti ilə bağlı əmlak mənafeləridir. Əmlak sığortasına əmlakın və mülki məsuliyyətin sığortası aiddir (888.1.). İşin mübahisəsiz hallarından göründüyü kimi baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası qaydasında sığortalanmış X2 məxsus “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sığorta hadisəsinə uğramışdır. Həmin sığorta hadisəsi nəticəsində “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə ziyan dəymişdir. İddiaçı həmin avtomobilə dəymiş ziyanla bağlı sığorta ödənişi həyata keçirmişdir. Hal-hazırda iddiaçı həmin məbləği cavabdehdən tələb edir. Mülki Məcəlləyə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur (936.1.). Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir (936.2.). Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər (936.5.). Hazırkı işdə iddiaçının cavabdehə qarşı subroqasiya hüququnun yaranması üçün ilk öncə ziyanın cavabdeh tərəfindən vurulması müəyyən edilməlidir. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Bu Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən, "ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur". İşdən göründüyü kimi Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsinin iştirakçısı olmaqla, həmin yol-nəqliyyat hadisəsinin baş verməsində Azərbaycan Respublikası CMnin 263.1-ci maddəsi ilə təqsirli bilinmişdir və zərərin əvəzi olaraq "xxxx" ASC tərəfindən sığorta ödənişi həyata keçirildiyindən iddiaçının subroqasiya tələbi yaranmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüquqları vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən “Dodge Charger” minik markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə ödənilmiş məbləğ Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin, iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 130,75 manat dövlət rüsumu Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13584,30 (on üç min beş yüz səksən dörd manat otuz qəpik) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 130,75 (yüz otuz manat yetmiş beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tərəflər surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində qətnamədən Xızı Rayon Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Cabbarov
Məhkəmə qərarları › İş №e-2(068)-51/2025
Xızı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(068)-51/2025
22.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver