Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-124/2025 02.07.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “kredit müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Qapalı Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, cavabdehlər Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X7 aylıq faiz dərəcəsi 1,3333 % olmaqla, 35 ay müddətinə kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16.000 (on altı min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamış, götürdüyü kredit borcundan 0 manat ödəniş etmiş və onun iddiaçıya 16.000 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytanlmasınadək hesablanır. Qeyd edilənlərə əsasən, o, kredit borcunu və faiz borcunu kreditora qaytarmadığı üçün xx.xx.2025-ci il tarixə 271 gün üçün hesablanmış faiz borcu 1.971,80 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2025-ci il tarixə 271 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 403,20 manat təşkil edir. Müqavilənin 7.32-ci bəndinə əsasən, bank müqaviləni vaxtından əvvəl ləğv etmək və qalan kredit məbləğini, kredit faizini və bank tərəfindən hesablanmış başqa ödənişləri qaytarmağı müştəridən tələb etmək hüququna malikdir. Bank Xidmətlərinin göstərilməsi haqqında müqavilənin ümumi şərtlərinin 7.6-ci bəndinə əsasən, kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix kreditin verilmə tarixi hesab edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsindən alınmış arayışdan cavabdeh X3 vəfat etdiyi məlum olmuşdur. Bununla bağlı Bakı şəhəri 32 saylı notariat ofisinin xx.xx.2024-cü il tarixli, X-6476 saylı cavab məktubu ilə xx.xx.2024-cü il tarixdə 2V-116 və xx.xx.2024-cü il tarixdə 2V-118 reyestr nömrə ilə rəsmiləşdirilmiş qanun üzrə X13 şəhadətnamələrin verildiyi məlum olmuşdur. Nəticədə Cavabdeh, X11 - Qanuni nümayəndə olmaqla və X10 - Qanuni nümayəndə olmaqla miras əmlaklarını qəbul etdiklərindən onlar X3 vərəsələri hesab edilir. Ona görə də, cavabdehlər Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı QSC-nin nümayəndəsi Nicat Ələkbərov 02 iyul 2025-ci il tarixdə elektron məhkəmə sitemi vasitəsilə məhkəməyə ərizə göndərərək, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı “kredit mübahisəsi üzrə mübahisələr” tələbinə dair e-2(069)-124/2025 saylı mülki iş üzrə 02 iyul 2025-ci il tarixə, saat 11:00-a təyin olunmuş məhkəmə iclası ilə bağlı iddia tələblərini müdafiə edir və məhkəmə iclasının iştirakları olmadan baxılaraq, iddia tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onların iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 005A********** saylı kredit razılaşmasından görünür ki, İddiaçı QSC ilə X7 arasında bağlanmış xx.xx.2024-cü il tarixli ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, X4 aylıq faiz dərəcəsi 1,3333 % olmaqla, 35 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 16.000 (on altı min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 005A********** saylı kredit razılaşmasına əlavə olan ödəniş cədvəlindən görünür ki, X7 03 may 2024-cü il tarixdən başlayaraq, 35 ay müddətində, hər ay 579 manat olmaqla, sonuncu ay 559,58 manat İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödəniş etməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, OUT-2025/01/30-47 saylı maliyyə arayışından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin müştərisi olan X3 005A********** saylı, xx.xx.2024-cü il tarixli kredit razılaşması üzrə 16.000 manat əsas, 1.971,80 manat faiz və 403,20 manat cərimə borcu olmaqla, cəmi 18.375 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 73107070 saylı qəbzdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə qarşı məhkəmədə iddia qaldırılması üçün 145,12 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS Şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1960-cı ildə Xocavənd rayonu, Xocavənd kəndində doğulmuş X7 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X17 İdarəsinin 08 noyabr 2024-cü il tarixli, 2-188597/2024 saylı məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X3 adına qeydiyyatda olan nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin 29 noyabr 2024-cü il tarixli, 3-21-3-302-18088/2024 saylı məktubundan görünür ki, X3 adına qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri 32 saylı Notariat Ofisinin 20 dekabr 2024-cü il tarixli, X-6476 saylı məktubundan görünür ki, X3 ölümü ilə əlaqədar Bakı şəhəri 32 saylı notariat ofisində vərəsəlik işi açılmış və Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan nəvəsi X10, Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan nəvəsi X1 rayonu, Xocavənd kəndində qeydiyyatda olan oğlu Cavabdeh qanun üzrə X13 şəhadətnamələr verilmişdir. İş materiallarında olan 17 dekabr 2024-cü il tarixli, 2V-116/2024 saylı Qanun üzrə X13 Şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsələri Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan yetkinlik yaşına çatmamış nəvəsi X8 və Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan azyaşlı nəvəsi X9 “Qanun üzrə X13” şəhadətnamə verilmişdir. (miras əmlak: ümumilikdə 3.510,60 manat məbləğində pul vəsaitidən 1/4 hissədə pay almaq hüququ...) İş materiallarında olan 19 dekabr 2024-cü il tarixli, 2V-118/2024 saylı Qanun üzrə X13 Şəhadətnamədən görünür ki, xx.xx.2024-cü il tarixdə vəfat etmiş X3 vərəsəsi Xocavənd rayonu, Xocavənd kəndində qeydiyyatda olan oğlu Cavabdeh “Qanun üzrə X13” şəhadətnamə verilmişdir. (miras əmlak: ümumilikdə 3.510,60 manat məbləğində pul vəsaitidən 1/2 hissədə pay almaq hüququ...) Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və ya xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 743.1-ci maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 746.1-ci maddəsinə əsasən, istehlak krediti müqaviləsinə görə borcverən sahibkarlıq və ya peşə fəaliyyəti ilə bağlı olmayan məqsədlər üçün fiziki şəxs olan borcalana (bundan sonra - istehlakçı) pul vəsaitini borc verməyi, istehlakçı isə aldığı borcu faizlər və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə müqavilə ilə müəyyən edilmiş qaydada və müddətdə qaytarmağı öhdəsinə götürür. Məhkəmə “mirası qəbul etmiş vərəsənin ona çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında məsuliyyət” ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikasının mülki və mülki prosessual qanunvericiliyinə əsasən, miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etmək vəzifəsini iddiaçının və ya məhkəmənin deyil, vərəsənin (hazırkı halda cavabdehin) üzərinə qoymuşdur. Bu zaman yeganə istisna kimi mirasın notarius tərəfindən siyahıya alındığı hal qeyd olunmuş olsa da, hazırda mərhum X2 qalmış mirasın notarius tərəfindən siyahıya alınması müəyyən edilmir. Bu baxımdan da, “borcalan” (miras qoyan) X3 borclarının ondan qalmış mirasdan çox olduğunu sübut etmək vəzifəsi cavabdehlər (vərəsə) Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1307-ci maddəsinə əsasən, mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 iyun 2018-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470, 472-ci, eləcə də 1146, 1255 və 1306-cı maddələrinə uyğun olaraq, borclunun ölümündən sonra, ilk növbədə, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Miras qoyanın kreditorları tərəfindən vərəsələrə qarşı öhdəliyin icrası tələbi irəli sürülərkən, mirasın qəbulu ilə bağlı qanunvericilikdə müəyyən edilmiş müddətlər nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə əsasən, Konstitusiya Məhkəməsinin qərarları Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə “borcalan” X7 arasında bağlanmış kredit razılaşmasının şərtləri pozulduğu, yəni “borclu” tərəfindən müqavilə öhdəlikləri tam icra edilmədiyi üçün iddia təmin edilməli, cavabdehlər Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumu İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh, X6 və X5 qanuni nümayəndəsi Qanuni nümayəndə müştərək qaydada 16.000 manat əsas, 1.971,80 manat faiz, 403,20 manat cərimə borcu və ödənilmiş 145,12 manat məbləğində dövlət rüsumunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №e-2(069)-124/2025
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-124/2025
02.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver