Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-22/2024 26.01.2024 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqarYadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı MMC iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 489 manat borc məbləği, 48 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 13 dekabr 2023-cü il tarixli, 2(069)-252/2023 saylı qərardadı ilə İddiaçı MMC-nin Cavabdeh qarşı “alqı-satqı müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiasına dair mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin direktoru Nümayəndə xx.xx.2023-cü il tarixdə "xxxx" MMC ilə imzalanmış hüquqi müqaviləyə əsasən, sonuncunun Cavabdeh arasında 21 oktyabr 2019-cu il tarixli WTCN-005204 nömrəli alqısatqı müqaviləsinin tələb etmə hüququnu əldə etmişdir. Müqaviləyə əsasən alıcı olan Cavabdeh "xxxx" mağazasından ümumi nisyə dəyəri 793 (yeddi yüz doxsan üç) manat olan Samsung A505 64 ds (İMEİ: **********34484) markalı mobil telefon almışdır. Müqavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq hər ayın 21-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 61 (altmış bir) manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri-489 (dörd yüz səksən doqquz) manatı mağazaya ödəməmişdir. Müqavilənin 7.3-cü bəndinin tələblərinə əsasən bu müqavilənin icrası ilə bağlı meydana çıxan bütün mübahisələr tərəflər arasında danışıqlar yolu ilə həll ediləcəkdir. Həmin mübahisələr danışıqlar yolu ilə həll edilmədikdə, mövcud qanunvericiliyə uyğun məhkəmə qaydasında həll ediləcəkdir. Dəfələrlə Cavabdeh borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göründüyü kimi şirkət olaraq, cavabdeh tərəfindən müqavilə öhdəliyinə görə yaranmış borc ödənilmədiyindən məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətindəyik. Ona görə də, Cavabdeh 489 manat borc məbləği, 48 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli, WTCN-005204 saylı əşyaların nisyə alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış əşyaların nisyə alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə əlavə olunan və onun ayrılmaz tərkib hissəsi hesab edilən 1 nömrəli əlavədə göstərilən malları alıcı qəbul edir və bu müqavilə ilə razılaşdırılmış qaydada malların dəyərini ödəyir. İş materiallarında olan 11 iyun 2023-cü il tarixli, WTCN-005204 saylı alqı-satqı müqaviləsinə əlavə 1 nömrəli əlavədən görünür ki, Alıcıya qarşı Müqavilədən irəli gələn pul tələbini istənilən vaxt 21 oktyabr 2019-cu il tarixli WTCN-005204 saylı alqı-satqı müqaviləsi üzə tələb etmə hüququ hüquqi şəxs olan İddiaçı MMC-yə güzəşt edilir. İş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli, WTCN-005204 saylı girov müqaviləsindən görünür ki, "Əmlak" adlandırılan Nokia 130 DS (0.1) İMEİ: **********04535 İMEİ2: **********04534; Samsung A505 64 DS (R) İMEİ: **********34484 İMEİ2: **********34482; Al-dəyiş Plus 501-600; Al-dəyiş Plus 001-100; Proqramçı xidməti; GLASS 3D SAMSUNG M30 BLACK; SİLİKON SAMSUNG A50 POLO COPY BLACK; ROCK HYDROGEL SCREEN PROTECTOR UNİVERSAL modeli, 793 AZN məbləğində avadanlığının dəyərinin ödənilməsini təmin etmək məqsədilə Girov qoyan ona təhvil verilmiş həmin əmlakı, özündə saxlamaq şərtilə girov qoymuşdur. İş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli WTCN-005204 saylı ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçınə 733 manat borcu yaranmışdır. İş materiallarında olan 21 oktyabr 2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh Nokia 130 DS (0.1) İMEİ: **********04535 İMEİ2: **********04534; Samsung A505 64 DS (R) İMEİ: **********34484 İMEİ2: **********34482; Al-dəyiş Plus 501-600; Aldəyiş Plus 001-100; Proqramçı xidməti; GLASS 3D SAMSUNG M30 BLACK; SİLİKON SAMSUNG A50 POLO COPY BLACK; ROCK HYDROGEL SCREEN PROTECTOR UNİVERSAL modeli, dəyəri 793 manat olan əşyaları İddiaçı təhvil almışdır. İş materiallarında olan 11 dekabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, 21 oktyabr 2019-cu il tarixli, WTCN-005204 saylı əşyaların nisyə alqı-satqı müqaviləsi üzrə borclu Cavabdeh İddiaçı MMC-yə 489 manat əsas, 48 manat cərimə borcu vardır. İş materiallarında olan 11 iyul 2023-cü il tarixli, №002 saylı faktorinq müqaviləsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı MMC arasında tələbin güzəşti barədə Faktorinq müqaviləsi bağlanmışdır. İş materiallarında olan ASAN3 tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Quliyev X1 rayonu, Xocavənd kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də, tələb olunan məbləğ üzrə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmumu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə görə müqavilə iştirakçılarından bir tərəf (borc verən) hər hansı əşyanı (pul və ya digər əvəz edilən əşyanı) digər tərəfin mülkiyyətinə keçirməyə, digər tərəf isə aldıqlarını müvafiq olaraq borc verənə qaytarmağı öz öhdəsinə götürür. Həmin maddənin ikinci hissəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 655.3-cü maddəsinə əsasən, müştəri faktor qarşısında öhdəliyinin icrasını təmin etmək məqsədi ilə də borcluya olan pul tələbini faktora güzəşt edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 657.3-cü maddəsinə əsasən, faktorinq müqaviləsində müştərinin hüquqlarının faktora hansı dərəcədə keçməsi də tənzimlənə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194.1-ci maddəsinə əsasən, tələb sahibi (kreditor) borclunun razılığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 196-cı maddəsinə əsasən, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, ilkin kreditorun tələbi yeni kreditora hüququn keçdiyi məqamda mövcud olmuş həcmdə və şərtlərlə keçir. Xüsusilə, öhdəliyin icrasını təmin edən hüquqlar, habelə tələblə bağlı olan hüquqlar, o cümlədən ödənilməmiş faizlərə hüquq yeni kreditora keçir. Tələb güzəşt edildikdə, yeni kreditora girov və ipoteka hüququ, habelə ona verilmiş zaminlik üzrə hüquqlar keçir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə sübutlara məcmu halında qiymət verib hesab edir ki, cavabdeh nisyə alqı-satqı müqaviləsi üzrə öz üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyindən iddia təmin edilməli, Cavabdeh 489 manat borc məbləği, 48 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rusumu İddiaçı MMC -nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 489 manat borc məbləği, 48 manat cərimələr üzrə borc qalığı və 30 manat məbləğində dövlət rusumu İddiaçı MMC -nin xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev
Məhkəmə qərarları › İş №e-2(069)-22/2024
Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-22/2024
26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver