Məhkəmə qərarları › İş №e-2(069)-26/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-26/2025

25.02.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-26/2025 25.02.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh "xxxx" QSC-də olan borcuna ödənilmiş 5.876,50 ABŞ dollarının icra edildiyi günə məzənnə ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh "xxxx" QSC-dən kredit götürmək istəyərkən, qardaşı X2 müraciət etmişdir. Əvvəlcədən aralarında olan münasibətlərə görə qardaşı özünə məxsus evi girov qoymuş və cavabdehə zamin olmuşdur. Hazırda qüvvədə olan məhkəmə aktlarına əsasən, cavabdeh tərəfindən ödənilməyən borc girov qoyulmuş əmlaka yönəldilmişdir. Bundan sonra X4 zamin və ipotekaya qoyulmuş əmlakın sahibi olaraq ailə üzvləri ilə yaşadığı mənzili itirməmək üçün məcburiyyət qarşısında qalaraq, cavabdehin banka olan 22.308,39 ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və 122 manat borcunu ödəmiş və borcun tam olaraq onun tərəfindən ödənilməsi barədə bank tərəfindən ona rəsmi arayış verilmişdir. Məhkəmə qətnamələrindən və kredit müqavilələrindən göründüyü kimi həmin vəsaitləri bankdan cavabdeh götürmüş və öz şəxsi məqsədlərinə (ət alveri, fermer təsərrüfatı) sərf etmiş, lakin pulu ödəməyərək qardaşını və ailə üzvlərini ağır bir duruma salmışdır. Cavabdeh pulu qaytarmadığı üçün qardaşı məhkəmə mübahisələrinə cəlb edilmiş, ailə üzvləri ilə birlikdə yaşadıqları mənzildən çıxarılacaqları qorxusunu yaşamışlar. Hazırda cavabdehin banka olan borcu qardaşı və onun tərəfindən ödənilmişdir. Belə ki, həmin borcun 5.876,50 ABŞ dolları məbləğində hissəsi onun tərəfindən ödənilmişdir. X4 Xocavənd Rayon Məhkəməsində iddia qaldıraraq, tərəflərindən ödənilən məbləğin cavabdehdən tutulmasını xahiş etmişdir. Lakin məhkəmə qətnaməsində iddianın onun tərəfindən ödənilən hissəsində Etibar Novruzovun subyektiv hüququ olmadığına görə iddianı həmin hissədə təmin edilməməsini qət etmişdir. Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli, 2(069)-170/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13.100 (on üç min yüz) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçı X1 xeyrinə tutulmuşdur. Qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(106)-383/2024 saylı qətnaməsi ilə Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarxli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bankın məhkəməyə təqdim etdiyi sənədlərlə təsdiq olunur ki, Cavabdeh banka olan borcundan 5.876,50 ABŞ dolları onun tərəfindən ödənilmişdir. Məhkəmələrin hüquqi mövqeyinə görə də, Cavabdeh banka olan borcundan 5.876,50 ABŞ dolları onun tərəfindən ödənilmişdir. Göstərilən əsaslara görə onun Cavabdeh borcuna ödədiyi pulu ondan tələb etmək hüququ yaranmışdır. Lakin dəfələrlə cavabdehə xəbərdarlıq edilməyinə baxmayaraq, onun əvəzinə ödədiyi pulları geri qaytarmamışdır. Ona görə də, Cavabdeh "xxxx" QSC-də olan borcuna ödənilmiş 5.876,50 ABŞ dollarının icra edildiyi günə məzənnə ilə alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi olan Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək, səhətilə və mövcud hava şəraiti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməməsini nəzərə alıb, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılımasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmiş, məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və onun iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən, mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-170/2023 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh 13.100 (on üç min yüz) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçı X1 xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. İş materiallrında olan Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-383/2024 saylı qətnaməsinin surətindən görünür ki, iddiaçı X1 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-170/2023 saylı qətnaməsi iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, verilmiş kreditlər üzrə xx.xx.2023-cü il tarixdə İddiaçı tərəfindən 5.876,47 ABŞ dolları və xx.xx.2023-cü il tarixdə X3 tərəfindən 13.100 ABŞ dolları məbləğində pul vəsaiti Cavabdeh kredit borcuna ödənilmişdir. İş materiallarında olan DİN-in BPQMİ-nin MAPS Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1964-cü ildə Füzuli rayonu, Veysəlli kəndində doğulmuş, Xocavənd rayonu, Haxullu kəndində qeydiyyatdadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-170/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 13.100 (on üç min yüz) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçı X1 xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qalan iddiaçı X3 və Cavabdeh apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(106)-383/2024 saylı qətnaməsi ilə iddiaçı X1 və Cavabdeh apellyasiya şikayətləri təmin edilməmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-170/2023 saylı qətnaməsi iddiaçı və cavabdeh tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İİ hissəsinə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllsəinin 157.2-ci maddəsinə uyğun olaraq, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun olaraq, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.4-cü maddəsinə görə, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Göstərilən prosessual normanın tələbləri baxımından məhkəmə qeyd edir ki, mülki işin icraatı zamanı preyudisial (əvvəlki hal) faktlar da sübut olunmur. Sübutetmə predmetinə daxil olan tədqiq olunan və məhkəmənin yekun aktında əks edilən faktlar, bu akt qanunla müəyyən edilən qaydada ləğv edilənə və ya dəyişdirilənə qədər həqiqilik və qətilik keyfiyyəti əldə edir. Məcburiliyi baxımından bütün digər orqanlar, vəzifəli şəxslər, təşkilatlar, vətəndaşlar bu aktın məzmunu ilə razılaşmalıdırlar. Artıq qüvvəyə minmiş qətnamənin faktiki əsasını təşkil edən hallar yeni mübahisə üçün də hüquqi əhəmiyyət kəsb etdikdə preyudisiya əlaqəsi yaranmış olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun C.İsmayılzadənin şikayətinə dair 13 fevral 2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İş materiallarından görünür ki, iddiaçı X1 Cavabdeh qarşı “pul və dəymiş ziyanın tutulması” başqa məhkəmə prosesində mübahisələndirilmiş, Xocavənd Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(069)-170/2023 saylı qətnaməsinin qanuni və əsaslı olmasına dair qanuni qüvvəsini almış Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(106)-383/2024 saylı qətnaməsi mövcuddur. Göründüyü kimi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus bank hesabından 5.876,50 ABŞ dolları məbləğində pul Cavabdeh kredit borcuna silinmiş, xx.xx.2023-cü il tarixdə isə X2 məxsus bank hesabından 13.100 ABŞ dolları məbləğində pul Cavabdeh kredit borcuna silinmişdir. Bu səbəbdən də, iddia qismən təmin edilmiş, Cavabdeh 13.100 (on üç min yüz) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçı X1 xeyrinə tutulmuş, iddia qalan hissədə təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə uyğun olaraq, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 5.876,47 (beş min səkkiz yüz yetmiş altı dollar qırx yeddi sent) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə İddiaçı xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 216-220-ci və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh İddiaçı 5.876,47 (beş min səkkiz yüz yetmiş altı dollar qırx yeddi sent) ABŞ dolları məbləğində vəsait qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə iddiaçı X1 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar