Məhkəmə qərarları › İş №e-2(069)-261/2025

Xocavənd Rayon Məhkəməsi Qətnamə — İş №e-2(069)-261/2025

28.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Beyləqan şəhəri İş № e-2(069)-261/2025 28.11.2025 XOCAVƏND RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlqar Yadulla oğlunun sədrliyi Məhkəmə iclas katibi Məmmədov Rafil Rəfi oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.787,00 manat və ödənilmiş 37,87 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Xocavənd Rayon Məhkəməsinin 16 oktyabr 2025-ci il tarixli, e-2(069)-261/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “sığorta müqaviləsi üzrə mübahisələr” tələbinə dair iddiası üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılması qərara alınmış, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlilləri və onları təsdiq edən sənədləri 10 (on) iş günü müddətində Xocavənd Rayon Məhkəməsinə təqdim edilməsi barədə bildiriş göndərilmiş, lakin onun iddiaçının tələbinə dair əsaslandırılmış etirazı və onları təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddiasını onunla əsaslandırmışdır ki, PQA********** nömrəli sığorta şəhadətnaməsi əsasında “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış “VAZ 2106” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən idarə olunan zaman xx.xx.2018-ci il tarixdə, Beyləqan-Kəbirli yolunun 1-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsində “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi ziyan üzrə 1.787,00 manat sığorta ödənişi həyata keçirilmişdir. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Beyləqan RPŞ DYPBnin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim etdiyi arayışa əsasən, baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh zərər vuran qismində tanınmış və avtomobili sürücülük hüququ olmadan idarə etdiyi qeyd olunmuşdur. Sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(020)-672/2018 saylı X9 iş üzrə qərarında da, “VAZ 2106” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh həmin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi təsdiq olunmuş və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsinin sanksiyasına uyğun olaraq cərimə növündə inzibati tənbehin tətbiq edilməsi məqsədi ilə cərimə edilmişdir. Ona görə də, Cavabdeh 1.787,00 manat və ödənilmiş 37,87 manat məbləğində dövlət rüsumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli, PQA********** nömrəli icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X3 məxsus “VAZ 2106” markalı, **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" ASCdə icbari sığorta növündə sığortalanmışdır. İş materiallarında olan Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat kontoru tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, 11101 reyestr nömrəli etibarnamənin surətindən görünür ki, xx.xx.2018-ci il tarixli etibarnaməyə əsasən mülkiyyətçi X6 tərəfindən ona məxsus “VAZ 2106” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 6 ay 14 gün müddətinə Cavabdeh sürücülük hüququ olduqda idarə etmək və s. etibarnamə ilə səlahiyyətlər verilmişdir. İş materiallarında olan Beyləqan rayon Birinci Notariat kontoru tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, ƏN-İİ seriyalı 875319 saylı etibarnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixli etibarnaməyə əsasən mülkiyyətçi X11 tərəfindən ona məxsus “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 30 il müddətinə X1 hüququ olduqda idarə etmək, qeydiyyatdan çıxarmaq, qeydiyyata salmaq və s. etibarnamə ilə səlahiyyətlər verilmişdir. İş materiallarında olan 1022/18 saylı qiymətləndirmə aktından görünür ki, X7 məxsus olan “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə cəmi 1.787,00 manat ziyan dəymişdir. İş materiallarında olan 16 yanvar 2019-cu il tarixli, 506 saylı ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən X5 1.787,00 manat məbləğində sığorta ödənişi edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, CM0001/19 saylı sığorta aktından görünür ki, sığortalanmış “VAZ 2106” markalı, **-MN-*** qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən X5 məxsus “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərər "xxxx" ASC tərəfindən 1.787,00 manat məbləğində müəyyənləşdirilmiş və "xxxx" ASC tərəfindən X2 yolu ilə ödənilmişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli, AP serialı ******* saylı X9 protokolun surətindən görünür ki, Cavabdeh idarəetmə hüququ olmadan “VAZ 2106” markalı, **-MN- *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Beyləqan-Kəbirli yolunun 1-ci kilometrliyində sola dönərkən əks hərəkət zolağına çıxmaqla manevr etmə qydasını pozduğundan X4 idarə etdiyi “VAZ 2106” markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. İş materiallarında olan Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 3(020)-672/2018 saylı qərarının surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinib 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Beyləqan RPŞ tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZE seriyalı 03616266 №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1969-cu ildə Xocavənd şəhərində doğulmuş, Xocavənd rayonu, Əmirallar kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh qarşı məhkəmədə iddia qaldırılması üçün 37,87 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən, Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı vermiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin hüquq bərabərliyi, həqiqətə nail olmaqdan ötrü işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, tətbiq edilməli olan hüquq normalarına müvafiq surətdə və məcmu halda qiymət verərək hesab edir ki, xx.xx.2018-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “VAZ 2106” markalı, **-MN-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə edərək, yol nəqliyyat hadisəsi törətməsi, Beyləqan Rayon Məhkəməsinin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinməsi, zərərçəkənin avtomobilinin zədələnməsi ilə bağlı "xxxx" ASC tərəfindən 1.787,00 manat məbləğində sığorta ödənişi verilməsi, iş materialları və işin digər halları ilə sübuta yetirildiyindən, iddia əsaslıdır təmin edilməli, Cavabdeh 1.787,00 manat və ödənilmiş 37,87 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1.787,00 manat və ödənilmiş 37,87 manat məbləğində dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən qəbul edildiyi gündən 1 (bir) ay müddətində Xocavənd Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: İlqar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar